Təəssüf edirik ki, yanvarın 29-da Senatda müzakirələr zamanı Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro növbəti dəfə Azərbaycanın Fransanın dənizaşırı ərazilərinə qondarma müdaxiləsi ilə bağlı iddialar yaymağa cəhd edib.
Fransanın xarici işlər naziri Jan-Noel Baronun Azərbaycanı dənizaşırı ərazilərə müdaxilədə ittiham edən şərhinin Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdi olduğunu bir daha diqqətə çatdırırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Senatında səsləndirilən iddialara dair şərhində yer alıb.
Mətbuat katibi bildirib ki, məhz Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb.
Bakı Təşəbbüs Qrupu bir QHT kimi Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini sarsıdır.
“Yalnız keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir.
Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.
Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik”, - deyə A.Hacızadə vurğulayıb.
Vatikanda Papa Fransiskin Müqəddəs Taxt-Tacdan istefa verəcəyini istisna etmirlər
Süni intellektə əsaslanan diaqnostika xəstəliklərin erkən və daha dəqiq aşkarlanmasına kömək edir
Viktor Orban: Yüksək enerji qiymətləri Avropa iqtisadiyyatını məhv edəcək
Fuad Muradov: Azərbaycanın diaspor təşkilatları son illərdə çox böyük uğurlar əldə edib
Kəskin hava şəraiti ilə əlaqədar FHN əhaliyə təkrar müraciət edib
ABŞ BMT-dən çıxmaq istiqamətində ilk addım atıb
Xəzər dənizində dalğanın hündürlüyü 5,5 metrə çatıb – FAKTİKİ HAVA
Bahar Muradova: Qarşımızda daha yaxşı cəmiyyət quruculuğu dayanır
ETSN: Bakıda və Abşeron yarımadasında iqlim normasından 7,5 dərəcə aşağı temperatur müşahidə olunur
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd ediləcək – SƏRƏNCAM
Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında
DSX Akademiyasında Ana dilinə həsr olunan tədbir təşkil edilib
Ziyad Səmədzadə: Azərbaycan bu gün öz iqtisadi təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir
Xankəndi Zəfər parkının ərazisində planlaşdırma işləri görülür
AYNA qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı gözlənilir
Qarlı havada travmaya görə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edənlərin sayı açıqlanıb
Azərbaycanın və Tailandın parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Konstitusiya Məhkəməsinin sədri: Qanunvericilik bazamız daha da təkmilləşdirilməlidir
Yanvarda yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB12 Fevral 2025
Yeni dövrün əsas hədəfləri12 Fevral 2025
Sabitliyin Azərbaycan nümunəsi11 Fevral 2025
"Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük"09 Fevral 2025
Müstəqilliyin uğur formulu: qətiyyətli lider və qüdrətli dövlət08 Fevral 2025
FƏRQLİ LİDER, SÖZÜNÜN SAHİBİ07 Fevral 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!