24 Aprel 2024 23:12
224
SİYASƏT
A- A+

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

 

Aprelin 23-24-də Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının 5-ci dövri məruzəsinin təqdimatı keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Nazir müavini çıxış edərək, Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, son dövrlərdə ölkəmizdə həyata keçirilmiş məhkəmə islahatları, eləcə də Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində digər mütərəqqi addımlar barədə Komitə üzvlərini ətraflı məlumatlandırıb.

Nazir müavini çıxışında Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə biləcəyini bəyan edib.

Bundan başqa, S.Şərifov Azərbaycan Respublikası hökuməti tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları barədə geniş məlumat verib.

Qeyd edilənlərlə yanaşı, Komitə üzvləri məhkəmə-hüquq sisteminin müstəqilliyinin təmin edilməsi, ədliyyə sisteminin modernləşdirilməsi, penitensiar infrastrukturunun təkmilləşdirilməsi, məhkumlara keyfiyyətli tibb xidmətlərinin göstərilməsi, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlər, alternativ cəzaların tətbiqi, insan alveri və məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması sahəsində qəbul edilmiş milli fəaliyyət planları və dövlət proqramları barədə məlumatlandırılaraq Komitə üzvləri tərəfindən qaldırılan suallar dolğun şəkildə cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video