Xəzər dənizi öz səviyyəsini saxlaya biləcəkmi?
Son vaxtlar Xəzər dənizində suyun səviyyəsinin bir neçə onilliklərdən sonra kəskin şəkildə enəcəyi, Bakının hətta əsrin sonunadək artıq liman şəhəri olmayacağı haqda fikirlər mətbuatda geniş yer alır.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bu fikirlərə aydınlıq gətirib.
Səid Səfərov diqqətə çatdırıb ki, Xəzər dənizi dünyanın ən iri, qapalı su hövzəsidir. Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığı üçün onun səviyyəsi daim tərəddüdlərə məruz qalır. Bu tərəddüdlər qısamüddətli və uzunmüddətli ola bilir.
Qısamüddətli səviyyə dəyişmələrinə qabarma və çəkilmə hadisələri səbəb ola bilər ki, bu da Ayın qravitasiya sahəsi ilə əlaqədardır. Bundan başqa, bir neçə gün ərzində eyni istiqamətdən əsən aramsız güclü küləklər də dənizin bir hissəsində suyun səviyyəsinin qalxmasına, əks tərəfdə isə düşməsinə səbəb ola bilər. Beləliklə, qısamüddətli səviyyə dəyişmələrində dənizin ümumi su kütləsi dəyişmir, müəyyən bir ərazidə səviyyənin artması digər ərazidə azalması ilə müşayiət olunur. Uzunmüddətli səviyyə tərəddüdləri dənizin su balansının dəyişməsi ilə əlaqədardır ki, bu da ümumi su kütləsinin artıb-azalması ilə müşayiət olunur.
O qeyd edib ki, son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrə təsadüf edir (okean səviyyəsindən 35 metr aşağı). Ən yuxarı səviyyə isə XIV və XVIII əsrlərdə qeydə alınıb (okean səviyyəsindən 22 metr aşağı). Sonrakı yüzilliklərdə dənizin səviyyəsi ümumən artmağa doğru getsə də, əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 metr diapazonunda dəyişib: “Bütün əsrlərdə Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri mövcud olub. Daha doğrusu, Xəzərin səviyyəsi özünəməxsus uzunmüddətli dəyişmə perioduna malikdir. Xəzərin səviyyə dəyişmələrindəki bu periodiklik çox güman ki, onun təbii tənzimləmə xüsusiyyəti ilə əlaqədardır. Yəni səviyyə qalxanda dənizin sahəsi də artdığından onun səthindən buxarlanma da artır ki, bu da müəyyən dövrdən sonra səviyyənin tədricən aşağı düşməsinə səbəb olur. Səviyyə nəzərəçarpacaq dərəcədə aşağı düşdükdə isə dənizin sahəsi azaldığından buxarlanma da azalır ki, bu da son nəticədə səviyyənin qalxmasına gətirir”.
Alim bildirib ki, XX əsrdə dənizin səviyyə dəyişmələri 2 dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər olan müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna çatsa da, 1977-ci ildən başlayaraq kəskin qalxmağa başlayıb və 1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, hər halda nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir.
Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyədək bu problem özünün lazımi həllini tapa bilməyib. Bununla belə, son illərdə, xüsusilə də bir çox Qərb ölkələrində, Xəzərin səviyyəsinin bundan sonra daha da kəskin enəcəyi barədə bədbin proqnozlar verilməkdədir: “2017-ci ildə Amerikanın nüfuzlu "Geophysical Research Letters" jurnalında dərc olunan məqalədə yaxın 75 il ərzində Xəzərin səviyyəsinin 5-6 metr enəcəyi və Şimali Xəzərin tamamilə quruyacağı proqnozlaşdırılır. Lakin bu yaxınlarda alman və holland alimlərinin “Nature Communications Earth & Environment” jurnalında dərc olunan məqaləsində verdikləri proqnoz isə daha qorxuludur. Belə ki, onlar əsrin sonunadək Xəzərin səviyyəsinin 9-18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar”.
Səid Səfərov qeyd edib ki, qısamüddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli proqnozların özünü doğrultma faizi çox aşağıdır. Bu, həm meteoroloji, həm də onlara əsaslanan hidroloji proqnozlara aiddir. Qeyd edilən proqnoz modellərində dənizin hazırkı illik səviyyə dəyişmələri, dəniz suyu temperaturunun artması nəticəsində buxarlanmanın intensivləşməsi, yağıntıların və çay axımlarının azalması tendensiyası əsas götürülür. Lakin Xəzərin səviyyə dəyişmələrinin yuxarıda qeyd edilən uzunmüddətli və böyük amplitudlu periodikliyini nəzərə alsaq, yaxın gələcəkdə vəziyyətin tam əksinə dəyişəcəyini ehtimal edə bilərik.
Keçən əsrin 70-ci illərində Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam etməsi və alimlər tərəfindən verilən bədbin proqnozlar səbəbindən keçmiş Sovet İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətini dəyişməklə, Volqa çayı vasitəsilə Xəzər dənizinə yönəldilməsi layihələri işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə bu layihələr öz aktuallığını itirdi. Təsəvvür edin ki, əgər qeyd edilən layihələr həyata keçirilsəydi, onda 1995-ci ilə qədərki səviyyə artımı 2,5 metrdən xeyli artıq olardı ki, bu da daha arzuolunmaz nəticələrə gətirib çıxarardı: “Qlobal istiləşmə, onunla əlaqədar müasir iqlim dəyişmələri və çay axımlarına antropogen müdaxilələr (təsərrüfat məqsədləri ilə əlaqədar) Xəzərin səviyyəsinə mənfi təsir göstərir. Lakin bu təsirlər dənizin səviyyəsinin yüzilliklərdən bəri müşahidə olunan periodik dəyişmə xarakterini kəskin şəkildə dəyişə bilməz. Xəzər dənizində səviyyə dəyişmələri indiyədək həmişə mövcud olub və bundan sonra da olacaq. Lakin suyun səviyyəsinin əsrin sonunadək monoton azalmaqla 9-18 metr aşağı düşməsi haqqında verilən proqnozlar ağlabatan deyil”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!