14 Sentyabr 2019 12:08
920
Mədəniyyət
A- A+
Xalq rəssamı Tahir Tahirov vəfat edib

Xalq rəssamı Tahir Tahirov vəfat edib


Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Tahirov sentyabrın 12-də vəfat edib.

AZƏRTAC xəbər verir ki, milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Tahir Tahirov təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz rəssam idi.

Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin "Traviata”, C.Rossininin "Sevilya bərbəri”, R.Leonkavallonun "Payatsı”, F.Əmirovun "Sevil” operaları, P.Çaykovskinin "Romeo və Cülyetta”, Q.Qarayevin "Don Kixot”, "Leyli və Məcnun”, T.Bakıxanovun "Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin "Müdriklər”, İ.Əfəndiyevin "Büllur sarayda”, C.Cabbarlının "Od gəlini”, "Aydın”, S.Vurğunun "Fərhad və Şirin”, N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü”, H.Orucovun "Bu dünyanın adamları”, B.Vahabzadənin "Cəzasız günah”, Elçinin "Poçt şöbəsində xəyal”, H.Həsənovun "Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

Tahir Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülməsi bunun bariz nümunəsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb 

21:24
18 Mart

Ağdamlılar baharın gəlişini sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar

21:22
18 Mart

Milli Məclisdə 14 məsələ müzakirə olunub YENİLƏNİB 

21:19
18 Mart

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

19:27
18 Mart

“ExxonMobil” şirkəti ilə Xəzər dənizinin külək enerjisi potensialı müzakirə olunub

19:26
18 Mart

Ağdərə rayonunun Suqovuşan kəndində məscid istifadəyə verilib YENİLƏNİB

19:26
18 Mart

Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib  

19:23
18 Mart

bp şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

19:21
18 Mart

ANAMA-da Bosniya və Herseqovinanın nümayəndə heyəti ilə görüş keçirilib

19:20
18 Mart

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Balakəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

18:44
18 Mart

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB

18:12
18 Mart

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

18:09
18 Mart

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

18:08
18 Mart

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:37
18 Mart

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib 

17:36
18 Mart

Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

17:35
18 Mart

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

17:15
18 Mart

Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər

17:01
18 Mart

“Apple” yeni modelini təqdim etməyə hazırlaşır

16:28
18 Mart

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

16:12
18 Mart

“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib

16:11
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!