17 May 2026 14:49
220
CƏMİYYƏT
A- A+
WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilib YENİLƏNİB

WUF13-də Milli Nazirlik Bəyanatları - Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş keçirilib YENİLƏNİB


Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakıda “Milli Nazirlik Bəyanatları – Yeni Şəhərsalma Proqramının gedişatı” mövzusunda nazirlər səviyyəsində görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 100-dən çox ölkənin nümayəndəsi çıxış edib.

Görüşdə Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq çıxışında deyib ki, şəhərsalma Malayziya üçün, sadəcə, siyasət istiqaməti deyil, həm də milli zərurətdir. Hazırda Malayziya əhalisinin 75 faizindən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli şəhərsalma mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.

WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin yarıdan çoxu yaşıl zona olacaq.

"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir şəhərsalma prinsipləri əsas prioritetlərdəndir”, - deyə A.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda infrastruktur və mənzil layihələrinə təxminən 14,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

O söyləyib ki, 2028-ci ilədək bu məbləğin 18 milyard dollara çatacağı gözlənilir. Layihələr “ağıllı” infrastruktur, bərpaolunan enerji, dayanıqlı torpaq istifadəsi və rəqəmsal idarəetmə sistemlərini əhatə edir.

Anqolanın ictimai işlər, şəhərsalma və mənzil tikintisi naziri Karluş Alberto Qreqoriu duş Santuş diqqətə çatdırıb ki, ölkəsi demoqrafik artım və genişmiqyaslı daxili miqrasiya nəticəsində sürətli şəhərsalma dövrünü yaşayır. Hazırda Anqola əhalisinin sayı 36 milyonu ötür, onların əhəmiyyətli hissəsi iri şəhərlərdə və şəhərətrafı ərazilərdə yaşayır. Şəhər əhalisinin sürətlə artması mənzil sektoru, nəqliyyat infrastrukturu, sanitariya sistemləri və digər əsas xidmət sahələri üzərində ciddi yük yaradır.

Nazir WUF13-də bu sahədə bir sıra problemlərin öz həllini tapacağına ümid etdiyini bildirib.

Çexiyanın regional inkişaf naziri Suzana Mrazova bildirib ki, ölkəsi Yeni Şəhərsalma Proqramının qəbulundan sonra onun icrası istiqamətində ardıcıl fəaliyyət göstərir və sənədi dayanıqlı şəhər inkişafı üzrə əsas qlobal çərçivə kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə şəhərsalma siyasəti sosial və institusional inkişafın gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının artırılmasına yönəlib.

Kanadanın mənzil, infrastruktur və icmalar nazirinin müavini vəzifəsini icra edən Janet Golding vurğulayıb ki, ölkəsi qarşıdakı illərdə üç əsas istiqamətə üstünlük verəcək. Bunlar mənzil tikintisinin sürətləndirilməsi, inklüziv inkişaf və tərəfdaşlıqların gücləndirilməsi, həmçinin iqlim dəyişikliyinə davamlı və enerji səmərəli şəhərlərin qurulmasıdır.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun sessiyaları ölkələr arasında təcrübə mübadiləsi və ortaq həllərin müəyyənləşdirilməsi baxımından mühüm platformadır.

Estoniyanın İqlim Nazirliyinin yaşayış mühiti və dairəvi iqtisadiyyat üzrə baş katibinin müavini İvo Yaaniso deyib ki, şəhərlərin uğurlu inkişafını uşaqların təhlükəsiz şəkildə məktəbə gedə bilmələri ilə ölçmək olar. Estoniya kiçik ölkə olsa da, şəhərləri rəqəmsal innovasiya, yaşıl keçid və inklüziv planlaşdırma sahələrində mühüm təcrübə məkanına çevrilib. Təhlükəsiz şəhərlərin formalaşdırılması prioritet istiqamətlərdən biridir.

İştirakçı ölkələr şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, dayanıqlı və inklüziv şəhərlərin qurulması, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşan şəhər inkişaf modellərinin tətbiqi istiqamətində görülən işləri və təcrübələrini bölüşüblər.

Çıxışlarda Yeni Şəhərsalma Proqramının həyata keçirilməsinin sürətləndirilməsi, şəhərlərin daha təhlükəsiz, yaşıl və yaşayış üçün əlverişli mühitə çevrilməsi baxımından innovativ yanaşmaların tətbiqinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, bu istiqamətdə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi şəhərlərin gələcək inkişafında mühüm rol oynayır. Eyni zamanda, şəhər infrastrukturunun modernləşdirilməsi, yaşayış standartlarının yüksəldilməsi və sosial xidmətlərin əlçatanlığının artırılması istiqamətlərində görülən işlər diqqətə çatdırılıb.

Qeyd edilib ki, şəhərsalma sahəsində qarşıya çıxan çağırışların həlli yalnız milli səylərlə deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər. Bu baxımdan təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və texniki biliklərin paylaşılması mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin şəhərlərin iqlim dəyişikliyinə davamlılığının artırılması, yaşıl infrastrukturun genişləndirilməsi, enerji səmərəliliyinin yüksəldilməsi və ekoloji risklərin azaldılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas  

21:39
17 May

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır 

21:12
17 May

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

20:49
17 May

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

20:48
17 May

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

20:47
17 May

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik 

20:46
17 May

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

20:45
17 May

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

20:44
17 May

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

20:43
17 May

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB

20:43
17 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib  

20:40
17 May

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

19:07
17 May

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

19:06
17 May

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

19:04
17 May

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB

19:02
17 May

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik 

18:48
17 May

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

18:29
17 May

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

18:13
17 May

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir  

18:09
17 May

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB 

18:01
17 May

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

17:58
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!