17 May 2026 15:09
237
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası - YENİLƏNİB

WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası - YENİLƏNİB


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) maraqlı tərəflərin cəlb edilməsi üzrə məsləhətçi və baş ekspert Aditya Kumarın moderatorluq etdiyi sessiya “Paylaşılan prioritetləri kollektiv fəaliyyət momentumuza necə çevirə bilərik?” mövzusuna həsr edilib.

Tədbir ümumi prioritetləri üzə çıxarmaq və ilkin öhdəlikləri stimullaşdırmaq üçün hekayə nəqlini, yüksəksəviyyəli dialoqu və interaktiv iştirakçılığı özündə birləşdirir. Mənzil təminatı sahəsində artan çətinliklər, iqlim təzyiqləri və getdikcə dərinləşən bərabərsizliklərlə xarakterizə olunan bir dövrdə bu açılış rəsmi mərasim çərçivəsindən kənara çıxaraq, iştirakçıları forumun yekun nəticələrinə birbaşa töhfə verən qüvvə kimi fəallaşdırır.

Sessiyada çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, bu gün dünyada məskunlaşma ilə bağlı baş verən böhran təkcə binalarla bağlı deyil, bu, insanların təhlükəsizliyi və imkanlara çıxışların əlçatan olması ilə bağlıdır. Birbaşa iqlimlə bağlı olan bu məsələ gələcək dayanıqlığı da ehtiva edir. Ona görə də Ümumdünya Şəhərsalma Forumu olduqca vacibdir.

O bildirib ki, WUF burada müxtəlif maraqlı tərəfləri təmsil edir. Bunun əsas güclü cəhəti ondan ibarətdir ki, biz inklüziv yanaşmanı təşviq etməliyik. Bu, cəmiyyətin müxtəlif təbəqələrini, bərabərhüquqlu insanlar və tərəflər kimi bir araya gətirir. Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir. Forum qadınların, uşaqların, gənclərin, vətəndaş cəmiyyətinin səslərini bir araya gətirir. Yerli hökumət idarəetmə qrupları da bütün bu müzakirələrə cəlb olunaraq WUF13 ilə bağlı nəticələri bir araya gətirməlidirlər.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilində əməyi olan bütün tərəfdaşlara, xüsusilə Azərbaycana təşəkkür edib. Bildirib ki, bu, assambleyanın işini mənalı edir.

İcraçı direktor nəzərə çatdırıb ki, bu, qlobal bir platformadır və şəhərsalma problemlərinin həlli üçün olduqca vacibdir. Forumda iştirak edən dövlət təmsilçiləri, vətəndaş cəmiyyətləri və digərləri urbanizasiyanın gələcəyini necə gördüklərini bölüşəcəklər. Müzakirələr proseslərə ilham verəcək. Həmçinin biznes icmalarının burada iştirakı vacibdir. Forum yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır.

Tədbirdə çıxış edən Mexiko şəhər hökumətinin başçısı Klara Bruqadanın fikrincə, bu Forum bəşəriyyət üçün şəhərsalmanın gələcəyini quracağımız strateji bir məkandır. Yerli hökumətlər tərəfindən təşviq edilən açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyac var. Bu fəaliyyətlər şəhərlərin sosial-iqtisadi inkişafını və ekoloji transformasiyasını təmin etməlidir.

Banqladeşdən olan uşaq hüquqları müdafiəçisi və jurnalist Imtiaz Ahmed bildirib ki, çətinliklər və imkanlar hər bir gecəqonduda yaşayanlar üçün eynidir. Onun sözlərinə görə, uşaqlar üçün ev sadəcə fiziki bir struktur deyil, hər bir uşağın hüquqlarının təməlidir. Çünki yaşamağa evi olmayan bir uşağın sağlam qalması, başının üstündə dam olmadan təmiz su, gigiyena və sanitariya kimi fundamental hüquqlara çıxış əldə etməsi qeyri-mümkündür. Ev dayanıqlı və təhlükəsiz olmadıqda təhsilin əlçatmaz olduğunu və bütün səylərin sağ qalmaq mübarizəsinə çevrildiyini qeyd edən Imtiaz Ahmed təhlükəsiz evin uşaqları zorakılıqdan qoruyan bir qala və inkişaf təməli olduğunu vurğulayıb.

“Slum Dwellers International” (SDI) təşkilatının qurucu üzvü Celine Dcruz Mumbayda şəhər yoxsulları ilə yaxından çalışmış biri olaraq səlahiyyətsizliyin nə olduğunu və sonradan o gücü əldə etməyin nə demək olduğunu yaxşı anladığını deyib. O, yerli hakimiyyət orqanlarının bəzən şəhərdəki böyük problemləri görüb haradan başlayacaqlarını bilməyərək çarəsiz qaldıqlarını söyləyib. Mumbayda da gecəqondularda yaşayan 6 milyon insanla bağlı eyni vəziyyətin yarandığını deyən Celine Dcruz bu problemin həlli istiqamətində görülən işlərdən bəhs edib.

BMT-nin Qlobal Saziş Şəbəkəsinin nümayəndəsi Samir Məmmədov təmsil etdiyi qurumun əsas diqqətinin sosial sahəyə, inkişafa və biznesə yönəldiyini söyləyib. Bildirib ki, daha dayanıqlı təcrübələrin tətbiqi üçün məsuliyyətli biznes və inkişafı təşviq edən üzvlük təşkilatıdırlar.

Bu gün biznesin reallığı dəyişdiyini diqqətə çatdıran Samir Məmmədov deyib: "Dayanıqlılıq artıq səhmdar dəyərinin bir hissəsidir. Bu, istər zərər, istərsə də mənfəət şəklində birbaşa pula çevrilir. Bu, innovasiya tələb edir. Biznesin hər bir sahəsində olduğu kimi, burada da ya qalib gəlirsiniz, ya da uduzursunuz".

Anqola Şəhər Laboratoriyasının nümayəndəsi Ana Kristina İnglesin sözlərinə görə, təhlükəsiz ev sadəcə sığınacaq deyil, daha artıqdır. Onun fikrincə, bu, imkanlara, sağlamlığa, təhsilə çıxış deməkdir, lakin hər şeydən öncə sabitliyə, ləyaqətə və bir yerə aid olma hissiyyatına qovuşmaqdır. “Mən bura fərdi iradə və fəaliyyətimlə hər bir qadının mübarizəsinə töhfə vermək və həmin arzuların çin olması üçün lazımi şəraitin yaradılmasına kömək etmək üçün gəlmişəm. WUF bunun üçün ideal platformadır”, - deyə Ana Kristina İngles əlavə edib.


11:41


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) maraqlı tərəflərin cəlb edilməsi üzrə məsləhətçi və baş ekspert Aditya Kumarın moderatorluq etdiyi sessiya “Paylaşılan prioritetləri kollektiv fəaliyyət momentumuza necə çevirə bilərik?” mövzusuna həsr edilib.

Tədbir ümumi prioritetləri üzə çıxarmaq və ilkin öhdəlikləri stimullaşdırmaq üçün hekayə nəqlini, yüksəksəviyyəli dialoqu və interaktiv iştirakçılığı özündə birləşdirir.

Mənzil təminatı sahəsində artan çətinliklər, iqlim təzyiqləri və getdikcə dərinləşən bərabərsizliklərlə xarakterizə olunan bir dövrdə bu açılış rəsmi mərasim çərçivəsindən kənara çıxaraq, iştirakçıları forumun yekun nəticələrinə birbaşa töhfə verən qüvvə kimi fəallaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas  

21:39
17 May

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır 

21:12
17 May

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

20:49
17 May

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

20:48
17 May

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

20:47
17 May

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik 

20:46
17 May

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

20:45
17 May

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

20:44
17 May

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

20:43
17 May

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB

20:43
17 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib  

20:40
17 May

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

19:07
17 May

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

19:06
17 May

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

19:04
17 May

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB

19:02
17 May

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik 

18:48
17 May

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

18:29
17 May

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

18:13
17 May

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir  

18:09
17 May

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB 

18:01
17 May

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

17:58
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!