18 Sentyabr 2025 19:15
1692
Mədəniyyət
A- A+
Üzeyir Hacıbəylinin yubileyi Vyanadakı abidəsi önündə qeyd edilib  

Üzeyir Hacıbəylinin yubileyi Vyanadakı abidəsi önündə qeyd edilib  


18 Sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycanın Avstriyadakı səfirliyi və bu ölkədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bəstəkarın Vyanada ucaldılmış abidəsi önündə musiqili-bədii proqram təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Vyanadakı Dunay Parkında yerləşən abidənin qarşısında keçirilən xatirə tədbirində Avstriyanın dövlət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Ü.Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətindəki transformativ rolundan, eləcə də çoxşaxəli ictimai fəaliyyətindən bəhs edib. Səfir tədbirdə BMT Baş katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) icraçı direktoru Qada Valinin iştirakını yüksək qiymətləndirib. Qeyd olunub ki, xanım Valinin təkcə siyasi görüş və konfranslarda deyil, eləcə də mədəniyyətimiz üçün önəmli günlərdən birində iştirak etməsi qürurvericidir.

Çıxışında Qada Vali tədbirə olduqca böyük maraqla qatıldığını, çox sevdiyi “Leyli və Məcnun” dastan-rəvayəti əsasında yazılan müsəlman Şərqinin ilk operası “Leyli və Məcnun” əsərini qeyd edib.

Daha sonra Vyana Şəhər Parlamentinin və Bələdiyyə Şurasının üzvü Aslıhan Bozatemur Vyana şəhərinin meri və qubernatoru Mixael Ludviq adından çıxış edib. A.Bozatemur abidənin klassik musiqinin beşiyi sayılan Vyana şəhərinin ən gözəl məkanlarından birində ucaldılmasından və bunun olduqca simvolik məna kəsb etdiyindən bəhs edib.

Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə 2006-cı ildə ucaldılan abidənin açılışında çıxış edən uşaqlardan ibarət “Qarabağ bülbülləri” xoru xüsusi qeyd olunub.

Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli çıxışında Azərbaycan musiqisində və mədəniyyətində bir çox ilk nailiyyətlərin - ilk musiqi dərsliyi, ilk musiqili tamaşa, ilk opera, ilk operetta və ilk konservatoriyanın yaradılmasının məhz Üzeyir Hacıbəylinin adı ilə bağlı olduğunu qeyd edib. O, bu il həm də bəstəkarın yaxın dostu və qohumu, Azərbaycanın ilk peşəkar dirijoru və bəstəkarı Müslüm Maqomayevin 140 illiyi qeyd olunduğunu vurğulayıb. Qeyd olunub ki, Ü.Hacıbəylinin yubiley ili çərçivəsində “Arşın mal alan”ın alman dilinə tərcümə olunmuş “Samt und Seide” (“Məxmər və İpək”) adı altında yeni quruluşda təqdim olunacaq və tamaşalar 30 və 31 oktyabr, həmçinin 2 noyabr tarixlərində “Akzent” teatrında baş tutacaqdır.

Çıxışlardan sonra tədbirin musiqili hissəsində Fərid Feyzullayev (violin) və Rodrigo Sámano (violonçel) Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Handel və Halvorsen kimi bəstəkarların əsərlərini ifa ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!