26 Sentyabr 2025 13:56
1819
Mədəniyyət
A- A+
“Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb 

“Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb 


Sentyabrın 26-da "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum ICESCO və TÜRK Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə həyata keçirilir. Əvvəlcə qonaqlar sarayın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

Forumda açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan festival artıq musiqi həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. O bildirib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən genişmiqyaslı Tədbirlər Planı hazırlanaraq icrasına başlanılıb. Belə ki, böyük bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunur.

Nazir müavini deyib: “Üzeyir Hacıbəylinin irsi: keçmişdən bu günə” adlı beynəlxalq forum bu gün növbəti dəfə dəyərli elm və sənət xadimlərini bir araya toplayıb. İki paneldən ibarət bu forumda siz Üzeyir Hacıbəyli yaradıcılığının qlobal aləmdə - Şərq və Qərbdə təcəssümü, onun dünya musiqi sənətində mövqeyi barədə mülahizələrin və diskussiyaların şahidi olacaqsınız. Dahi bəstəkarın yaradıcılığına daha fərqli prizmadan baxış imkanları olacaq. Forumda yerli tədqiqatçılar, elm adamları ilə bərabər xarici qonaqlar da sizinlə öz fikirlərini paylaşacaqlar".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova deyib ki, biz buraya dahi bəstəkar, mütəfəkkir və maarifçi – Üzeyir Hacıbəylinin zəngin irsini müzakirə etmək üçün toplaşmışıq. Onun adı dünya musiqi mədəniyyəti tarixinə əbədi yazılmışdır. Üzeyir Hacıbəylinin yaradıcılığı Şərqlə Qərbin vəhdətinin simvoluna çevrilib.

Müsəlman dünyasında ilk operanı yaratmaqla o, milli musiqinin dünya mədəniyyətində layiqli yer tuta biləcəyini sübut edib. Onun əsərləri Azərbaycan musiqisini yüksəltmiş, türk xalqlarının ortaq mədəni dəyərlərini gücləndirib və onları dünya irsinin bir hissəsinə çevirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti deyib: “Üzeyir Hacıbəylinin irsi Türk dünyasının mənəvi birliyinə xidmət edir. Azərbaycan hökumətinə, o cümlədən Mədəniyyət Nazirliyi və digər qurumlara, Üzeyir Hacıbəylinin 140 illiyinin ölkədə və ölkədən kənar böyük təntənə ilə qeyd olunmasına görə təşəkkürümü bildirirəm”.

ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakeem Alsenan vurğulayıb ki, Üzeyir Hacıbəyli Festivalı sadəcə bədii tədbir deyil. O, musiqi və incəsənətin nəfəs aldığı qlobal bir platformadır, Azərbaycanın sivilizasiya missiyasını dünyaya çatdıran bir məkandır. “Bu festival dərin məna daşıyır: o, böyük bəstəkarın dahiliyinə ehtiram, Şərqin ruhunu və Qərbin yeniliklərini vəhdətdə təqdim edən yaradıcılığın rəmzidir. Festival, eyni zamanda, dünyaya göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, sülhün, ilhamın və yaradıcılığın ünvanıdır.

Bu festival bütöv bir simfoniya kimidir: keçmiş, bu gün və gələcək harmoniyada birləşir, sülhün nəğməsi səslənir, mədəniyyətin millətləri birləşdirən böyük gücü təcəssüm olunur. Çünki mədəniyyət sadəcə lüks deyil, o, xalqlar arasında körpü yaradan, əməkdaşlığa yeni üfüqlər açan yumşaq qüvvədir”, - deyə ICESCO-nun Bakı ofisinin rəhbəri vurğulayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti professor Firəngiz Əlizadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışlarında Üzeyir Hacıbəylinin əbədiyaşar irsindən danışıblar.

Sonra forum iştirakçıları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən videomaterialı izləyiblər.

Forum işini panel sessiyalarla davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!