10 Fevral 2026 08:25
427
CƏMİYYƏT
A- A+
Uşaqlar nəzarətsiz qalmamalıdırlar

Uşaqlar nəzarətsiz qalmamalıdırlar


Sosial şəbəkələr gündəlik həyatın ayrılmaz hissəsidir. İnformasiya əldə etmək, maariflənmək, təhsil və özünüifadə imkanları baxımından rəqəmsal platformalar geniş imkanlara malikdir. Bundan əlavə, internetin yaratdığı imkanlar sosial münasibətləri formalaşdıran əsas mühitlərdən biridir desək, yanılmarıq.

Bu imkanlarla yanaşı, internetin və sosial şəbəkələrin, xüsusən uşaqlar və yeniyetmələr üçün yaratdığı risklər də zaman keçdikcə daha qabarıq şəkildə ortaya çıxır. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış qısa videoçarxlar, misal olaraq, "reels", "shorts" və oxşar formatlar gündəlik olaraq milyonlarla istifadəçiyə təqdim olunur. Bu videoların böyük bir qismi zorakılıqdan, silahlı hücumlardan, kriminal həyat tərzindən, aqressiv davranışlardan və sairədən ibarət olur, amma bütün bunlar adiləşdirilir və bəzən də "qəhrəmanlıq" nümunəsi kimi təqdim edilir. Psixoloji cəhətdən formalaşmaqda olan uşaqlar üçün isə belə məzmunlu görüntülər təhlükəli davranış modellərinin normallaşmasına səbəb ola bilər.

Demək olar ki, bəzi böyük platformalar azyaşlıları zərərli məzmunlardan qorumaq məqsədilə müəyyən yaş məhdudiyyətləri və valideyn nəzarəti alətləri təqdim edirlər. Buna "YouTube", "YouTube Kids", "Facebook" və digər platformaları nümunə gətirmək olar. Ancaq bu mexanizmlərin real təsir gücü ciddi suallar doğurmaqdadır. Tutaq ki, bir valideyn öz övladına bununla bağlı məhdudiyyət tətbiq edir, amma uşaq başqa bir telefon vasitəsilə, məsələn, dostunun hesabından və ya saxta profil yaradaraq eyni məzmuna çıxış əldə edir. Üstəlik, məsələ yalnız bir neçə məşhur platforma ilə də məhdudlaşmır. Dünyada yüzlərlə sosial şəbəkə və videopaylaşım platforması fəaliyyət göstərir və onların əksəriyyətində yaş filtrləri formal xarakter daşıyır. Anormal materiallar, silah nümayişləri, zorakı çağırışlar, aqressivlik yaradan məhsullar, kriminal həyat tərzini təbliğ edən paylaşımlar və nəzarətsiz ünsiyyət imkanları uşaqlar üçün açıq qalır. Bu da aqressiyanın artmasına, zorakılığın adi hal kimi qəbul edilməsinə səbəb olur və sosial davranışlarda ciddi dəyişikliklərlə müşayiət olunur.

Bu tip hadisələr Azərbaycan cəmiyyəti üçün heç vaxt dramatik şəkildə xarakterik olmayıb. Güclü ailə bağları, ictimai nəzarət, mənəvi dəyərlər və sabit mühit belə halların kütləviləşməsinin qarşısını alıb. Lakin qlobal rəqəmsallaşma və nəzarətsiz sosial media mühiti bu balansı sürətlə dəyişir. Son vaxtlar baş verən hadisələrə nəzər salaq. Rayonların birində 12 yaşlı uşaq digər azyaşlıya (7 yaşlı) bıçaqla xəsarət yetirib. Digər hadisə isə bir neçə gün əvvəl "İdrak" liseyində şagirdin müəllimə odlu silahdan atəş açmasıdır. Deyə bilərik ki, bu hadisələr artıq təsadüfi insident deyil. Doğrudur, hadisələrin forması fərqlidir, ancaq mahiyyət eynidir. Azyaşlıların zorakılığa meyillənməsi təhlükəli tendensiyaya çevrilir. 

Bu cür problemlər dünyanın bir çox ölkəsində ciddi narahatlıq doğurmaqdadır. Avstraliya, Fransa, İtaliya, İspaniya və başqa ölkələr sosial şəbəkələrin uşaqlara təsirini nəzərə alaraq qanunvericiliyi sərtləşdirib, yaşa uyğun mərhələli giriş mexanizmləri tətbiq edib və platforma idarəçilərinin üzərinə hüquqi öhdəliklər qoyub. Avropa İttifaqı səviyyəsində də bu istiqamətdə vahid hüquqi çərçivənin hazırlanması prosesi davam edir. Almaniyada aparılan son sorğular isə cəmiyyətin böyük hissəsinin azyaşlı və yeniyetmələrin sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasını dəstəklədiyini göstərir. Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. Bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. Qanun qəbul ediləcəyi təqdirdə valideynlərinin icazəsi olsa belə, uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcəklər. 

Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir. Bir neçə gün əvvəl Milli Məclisdə komitə iclasında "Uşaq hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib: "Biz "Roblox" korporasiyasına rəsmi müraciət ünvanlamışıq. Bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün, demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər. Rəsmi müraciətimizdə iradlarımızı bildirmişik və onların nəzərə alınmasını tələb etmişik. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, biz bunu qiymətləndirəcəyik. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyik. Bu oyunların bir çoxunda yaş məhdudiyyətinin olmaması, nəzarətsiz ünsiyyət imkanları və istifadəçilərin anonimliyi uşaqlar üçün ciddi təhlükələr yaradır. Bu cür platformalar uşaqları zərərli məzmunla qarşı-qarşıya qoymaqla yanaşı, onların psixoloji vəziyyətinə, davranışlarına və sosial münasibətlərinə də mənfi təsir göstərə bilər".

Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələrə girişin tam qadağan edilməsi də problemin həlli deyil. Əsas məsələ düzgün tənzimləmədir, yaşa uyğun mərhələli giriş, məzmun filtrləri və vaxt limitlərinin tətbiqidir. Bu prosesdə valideynlərin rolu da xüsusi əhəmiyyətə malikdir. Nəzarət, sadəcə, texniki məhdudiyyətlərlə məhdudlaşmamalıdır. Məsələ valideynin övladının rəqəmsal dünyadakı emosional vəziyyəti ilə maraqlanması, onun nə izlədiyini və nə hiss etdiyini anlaması üzərində qurulmalıdır. Çünki özünü yalnız hiss edən, diqqət və qayğı görməyən uşaqlar daha çox sosial şəbəkələrə sığınır və riskli ünsiyyət formalarına açıq olurlar.

Nəzarətsiz azadlıq isə uşaqlar üçün risklidir. Vurğulamaq lazımdır ki, rəqəmsal savadlılığın artırılması, uşaqlar üzərində nəzarət, sosial şəbəkə operatorları ilə əməkdaşlıq mexanizmlərinin qurulması bu sahədə diqqət yetirilməli əsas məsələlərdir. Məqsəd uşaqları həm real, həm də rəqəmsal məkanda təhlükəsiz və sağlam şəkildə böyütmək olmalıdır. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!