27 Noyabr 2024 17:34
154
Mədəniyyət
A- A+
UNESCO-nun mənzil-qərargahında azərbaycanlı rəssamların sərgisi açılıb  

UNESCO-nun mənzil-qərargahında azərbaycanlı rəssamların sərgisi açılıb  

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayiş etdirildiyi “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” adlı sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun, eləcə də rəssamlar Xanlar Əsədullayev, Aqşin Kazımov, Nihad Ağazadə, Çinarə Baxşıyev-Qafarova, Mahir Qafarov, Aynur Məmmədovanın, həmçinin gənc rəssamlar Nazilə Fərzullayeva, Məryəm Abdulla və Nərmin Nəsibovanın əsərləri nümayiş olunub.

UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko, təbiət elmləri üzrə müavini Lidia Brito, habelə təşkilat yanında akkreditə olunmuş ölkələrin səfirləri, daimi nümayəndələri və yerli incəsənət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev tədbirdə çıxış edərək, sərginin iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin sarsılmaz öhdəliyinin təcəssümü olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 və onun yekununda əldə olunmuş razılaşmalar beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən E.Abdullayev “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycanın iqlim danışıqlarında tarixi nəticələrə imza atdığını diqqətə çatdırıb.

UNESCO-nun rəhbər nümayəndələri də mərasimdə çıxış edərək, mədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habelə UNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyətdən və yaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını vurğulayıblar. Həmçinin COP29-a uğurla ev sahibliyi etdiyinə görə ölkəmizə təbriklər ünvanlanıb, bu uğurun Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğu diqqətə çatdırılıb.

Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın zəngin mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Xəzər dənizinin rəngarəng mənzərələrindən Qafqaz dağlarının əzəmətinə qədər müxtəlif motivləri canlandıran əsərlər yalnız təbiət təsvirlərini təqdim etməklə kifayətlənmir, eyni zamanda, onun qorunması üçün çağırış edir. Bu baxımdan, tədbir incəsənətin təbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyin vurğulanması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.

Açılış mərasimdən sonra qonaqlar sərgini ziyarət edib, əsərlərlə yaxından tanış olublar. “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” sərgisi UNESCO-nun mənzil-qərargahında üç gün müddətində ziyarətçilərə açıq olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Baş katibinə Nizami Gəncəvi irsinin simvolu olan xatirə qəpiyi təqdim edilib  

19:36
27 Noyabr

Mingəçevirdə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışla bağlı müraciətləri dinlənilib  

19:35
27 Noyabr

“Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib  

19:34
27 Noyabr

Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib  

19:33
27 Noyabr

Baş prokuror Qətərə işgüzar səfər edib  

19:31
27 Noyabr

Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib  

18:07
27 Noyabr

Namibiyada ümumxalq seçkiləri keçirilir  

18:06
27 Noyabr

BCM-nin baş prokuroru Myanma hərbi administrasiyasının başçısının həbsinə order istəyib  

18:04
27 Noyabr

“Mitsubishi” Ginnesin Rekordlar Kitabına düşüb  

17:58
27 Noyabr

PKK-nın daha səkkiz terrorçusu zərərsizləşdirilib  

17:57
27 Noyabr

4.45 milyard illik asteroid keçmişdən xəbər verib  

17:56
27 Noyabr

"Lion"un 150-yə yaxın azarkeşi Bakıya gəlib  

17:56
27 Noyabr

Slovakiyanın Baş naziri Qələbənin 80 illiyi ilə bağlı Moskvaya gələcək

17:55
27 Noyabr

ABŞ Tayvanla bağlı gərginlik fonunda Quamda atom sualtı qayığı yerləşdirib  

17:53
27 Noyabr

“Google Maps” xətası ölümə səbəb olub  

17:52
27 Noyabr

Fransanın Baş naziri Mişel Barnye vəzifəsini itirə bilər  

17:52
27 Noyabr

Ursula fon der Lyayen məzuniyyətini Yunanıstan baş nazirinin villasında keçirib  

17:50
27 Noyabr

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb  

17:49
27 Noyabr

Almaniya hakimiyyəti Birinci Kanalın bürosunu bağlamaq qərarına gəlib  

17:48
27 Noyabr

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb  

17:46
27 Noyabr

Ukrayna XİN COP29-un nəticələrini yüksək qiymətləndirib  

17:46
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!