20 Noyabr 2023 16:00
230
DÜNYA
A- A+

UNESCO: Kaxovka bəndinin dağıdılması mədəniyyət və təhsil sahələrinə 219 milyon dollar ziyan vurub

 

UNESCO-nun hesabatında deyilir ki, Ukrayna müharibəsində Kaxovka bəndinin dağıdılması ətraf ərazilərdə mədəniyyət və təhsil sahələrinə 219,37 milyon dollar ziyan vurub. Bütün sahələr (energetika, mənzil və s.) üzrə ümumi zərərin məbləği isə 485 milyon dollardır.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, mədəniyyət obyektlərinin məhv olması nəticəsində bu sektora dəymiş ümumi zərərin məbləği 156,8 milyon dollardır. Dağıntıların 72 faizi Xerson vilayətindədir. Bölgədəki Ukraynanın mədəniyyət sektoru artıq ixtisaslaşdırılmış mütəxəssislərin yoxluğu və işğala görə material çatışmazlığından əziyyət çəkir, mədəni sərvətlərin mühafizəsi və sənədləşdirilməsi üçün təcili və uzunmüddətli dəstək tələb olunur.

UNESCO, həmçinin bu bölgələrdə qeyri-qanuni qazıntılar, irs abidələrinin qarət olunması ilə bağlı narahatlıqları qeyd edib.

Daşqınlar Xerson və Nikolayev vilayətlərində 37 təhsil müəssisəsinə 51,97 milyon dollar məbləğində ziyan vurub. Zərər çəkmiş təhsil müəssisələrinin yenidən qurulması və bərpası 62,37 milyon dollara başa gələcək. Bu, təkcə məktəblərin yenidən qurulmasını deyil, həm də müəllimlərin hazırlanması, tələbələrin öyrənmə səviyyəsinin artırılması və psixo-sosial dəstəyin gücləndirilməsini ehtiva edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video