19 Sentyabr 2025 10:16
1864
Mədəniyyət
A- A+
UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi konsert proqramı ilə qeyd olunub  

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi konsert proqramı ilə qeyd olunub  


Azərbaycan milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında konsert proqramı ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tərbir Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və Fransa-Azərbaycan Dialoqu assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxış edərək bildirib ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi bəstəkarın həyat və yaradıcılığına ehtiramı nümayiş etdirir. Bu, eyni zamanda musiqinin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir. Daimi nümayəndə Üzeyir Hacıbəylinin Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında müstəsna rol oynamasından danışıb.

“1908-ci ildə Şərqdə ilk opera olan “Leyli və Məcnun” təkcə musiqi əsəri deyildi. Bu, əsl mədəni inqilab idi. Hacıbəyli, Azərbaycan muğamının əsrlərlə formalaşmış ənənəsini Qərb musiqisinin klassik formaları ilə birləşdirərək, Şərq və Qərb arasında musiqi körpüsü saldı.

Onun əsərlərinin gücü də bu sintezə dayanır – milli irsə dərin bağlılıq, eyni zamanda bəşəriyyətə açıq mesaj. Hacıbəylinin musiqisi Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini əks etdirir və bütün bəşəriyyətə xitab edir. Onun irsi UNESCO-nun missiyası ilə tam uyğun gəlir”, - deyə səfir məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibəyli Ü. Hacəbəyli yaradıcılığından bəhs edib.

Bildirilib ki, Ü. Hacəbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya səhnələrində uğurla nümayiş olunub və xalqlar arasında mədəni körpüyə çevrilibdir.

O, yalnız bəstəkar deyil, həm də maarifçi, pedaqoq və ictimai xadim idi. Onun təşəbbüsü ilə əsası qoyulan Azərbaycan Dövlət Konservatoriyası – Bakı Musiqi Akademiyası bir çox musiqiçi yetişdirib.

Qeyd edilib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!