21 Oktyabr 2025 15:19
480
CƏMİYYƏT
A- A+
UNESCO-da “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və davamlı cəmiyyətlərin qurulması” adlı konfrans keçirilib  

UNESCO-da “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və davamlı cəmiyyətlərin qurulması” adlı konfrans keçirilib  


Azərbaycan və UNESCO-nun birgə təşkilatçılığı ilə qurumun mənzil-qərargahında “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və davamlı cəmiyyətlərin qurulması” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29-un əsas nailiyyətləri və Azərbaycan diplomatiyasının iqlimdə rolu haqqında danışıb. O, iqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb. Y.Rəfiyev çıxışında Azərbaycanın UNESCO ilə uzunmüddətli və məhsuldar əməkdaşlığına toxunaraq bildirib ki, COP29 çərçivəsində birgə təşəbbüslər — iqlim təhsili, mədəniyyətin iqlim fəaliyyətində rolu və digər sahələrdə bu əlaqələr daha da möhkəmlənib.

“COP29 təkcə razılaşdırılmış sənədlərlə deyil, həm də bizim yanaşma tərzimizlə tarixə düşüb. Biz davamlı inkişafla iqlim tədbirlərini, maliyyə ilə ədaləti, elmlə icranı birləşdirdik”, - deyə nazir müavini vurğulayıb.

Y. Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Bakı Maliyyə Məqsədi – əvvəlki maliyyə vədlərindən üç dəfə böyük olan və BMT-nin iqlim danışıqları tarixində ən böyük öhdəlik; Bakıdan Belemə Yol Xəritəsi (1.3T) – bu məqsədin həyata keçirilməsi üçün maliyyənin izlənməsi və tətbiqinə dair çərçivə sənədi; Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi; İtki və Zərər Fondu – iqlim fəlakətləri nəticəsində zərər çəkmiş ölkələrə yardım mexanizminin tam fəaliyyətə başlaması kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

COP29-un baş danışıqçısı, həmçinin qeyd edib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) iqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələrdir. COP29 zamanı Bakıda keçirilmiş SIDS Sammiti bu dövlətlərin diplomatik səylərinə verdikləri önəmi bir daha sübut edib. Azərbaycan bu ölkələrin narahatlığını qlobal gündəmə gətirməyə xüsusi diqqət yetirib.

Y. Rəfiyev “Bakıdan Belemə” anlayışının yalnız texniki keçid deyil, həm də məqsədlərin davamlılığı və ümumi məsuliyyətin təcəssümü olduğunu qeyd edib. O vurğulayıb ki, COP30-a gedən yolda Azərbaycanın liderliyi ilə formalaşan bu ruh – elmi əsaslı qərarlar, inklüzivlik və dialoq – gələcək üçün nümunə olacaq. Azərbaycan COP29-un Sədrliyi ilə iqlim diplomatiyasında mühüm dönüş yaradıb və elmi biliklərə əsaslanan, inklüziv və nəticəyə yönəlmiş əməkdaşlıq modelini təşviq edib. UNESCO ilə birgə fəaliyyət bu istiqamətdə mühüm rol oynayıb.

Sonda Yalçın Rəfiyev Azərbaycanın beynəlxalq ictimaiyyətlə əməkdaşlıqda qətiyyətli qalacağını və iqlim fəaliyyətini davamlı təşviq edəcəyini söyləyib.

UNESCO-nun elm sektoru üzrə direktor müavini Lidia Brito çıxışında bildirib ki, “Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və davamlı cəmiyyətlərin qurulması” konfransı vaxtında təşkil edilib. Lidia Brito bu konfransın COP29 və COP30 arasında körpü rolu oynadığını vurğulayaraq, onun iqlim dəyişikliyinə daha çox məruz qalan SIDS ölkələrinə olan diqqəti bir daha nümayiş etdirdiyini deyib.

UNESCO-nun digər nümayəndələri çıxış edərək, iqlim dəyişikliyinin su ehtiyatları, ekosistemlər və buzlaqlar kimi həssas təbii sistemlərə təsirlərinin getdikcə daha ciddi və dağıdıcı olduğunu xatırladıblar. Vurğulayıblar ki, məhz bu çətinliklər fonunda UNESCO Azərbaycan COP29 sədrliyi ilə əməkdaşlıq edərək, “Bakıdan Belemə” adlı təşəbbüs çərçivəsində qlobal miqyasda dayanıqlığın artırılması və elmi əsaslı fəaliyyətin genişləndirilməsi məqsədi daşıyan yeni təşəbbüsləri təqdim edib.

Qeyd edilib ki, tədbirin məqsədi COP29-un elmi irsini qoruyaraq COP30 (Belem, Braziliya) konfransına keçidi təmin etmək, eyni zamanda, UNESCO-nun su, biosfer, və krayosfer (buzlaqlar) sahəsindəki bilik və metodologiyalarını tətbiq etməklə davamlı cəmiyyətlərin formalaşdırılmasını dəstəkləməkdir.

Tədbirdə Azərbaycanın COP29 Sədrliyi çərçivəsində UNESCO ilə əməkdaşlığı yüksək qiymətləndirilib. Xüsusilə də “İqlim Fəaliyyəti üçün Su Bəyannaməsi”nin, “Bakı Su və İqlim Dialoqu”nun su və iqlim əlaqələrinin davamlı şəkildə müzakirə olunmasına şərait yaratdığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın COP29 Sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər, onun COP29 zamanı elmi əsaslı və inklüziv yanaşma ilə iqlim fəaliyyətinə verdiyi töhfənin bariz nümunələridir.

UNESCO-nun rəhbərliyi ilə həyata keçirilən layihələr elmi araşdırmaları, təhsil vasitəsilə məlumatlılığı artırmağı və mədəni irsi qorumağı hədəfləyir. Təşkilat iqlimə davamlı gələcəyin qurulmasında təhsil, elm, informasiya və mədəniyyət sütunlarını birləşdirərək fəaliyyət göstərir.

Bu tədbir UNESCO-nun COP29-da gördüyü işləri təqdim etməklə yanaşı, Belemdə COP30 üçün fəaliyyət çərçivəsinin müzakirə olunmasına da zəmin yaradıb.

“Bakıdan Belemə” yalnız coğrafi deyil, həm də strateji və mənəvi bir keçid dövrüdür. UNESCO-nun və Azərbaycanın rəhbərliyi ilə iqlim dəyişikliyinə qarşı elmi əsaslı və davamlı cavablar formalaşdırılır. Bu təşəbbüslər sayəsində dünya yalnız siyasətlərdə deyil, praktikada da real dəyişikliklərə şahid olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!