14 Dekabr 2021 00:21
1500
İDMAN
A- A+
Uğurlar “Qarabağ”

Uğurlar “Qarabağ”

 

Ağdamın futbol komandası “Qarabağ” UEFA Konfrans Liqasının pley-off-unda FransaMarseli ilə qarşılaşacaq

 

Dünya bu gün özünün elə bir inkişaf mərhələsinə çatıb ki, istənilən dövlətin uğurunu onun kompleks nailiyyətləri müəyyənləşdirir. Yəni, təkcə iqtisadi, diplomatik, siyasi uğurlar hansısa dövləti tam güclü hala gətirmir. Bunları digər sahələr, məsələn, cəmiyyətin rifah halı, mədəniyyət, idman və başqa sahələrdə də zəfərlər tamamlamalıdır. Həmin sahələr üzrə qazanılan nailiyyətlər dövlətin gücünə güc qatır, onu daha böyük uğurların sahibinə çevirir.

Bu mənada hər bir istiqamət üzrə qazanılan qələbə dövlət, cəmiyyət üçün çox əhəmiyyətlidir. Necə ki, “Qarabağ” futbol klubunun uğurları yalnız futbol bayramına çevrilmir, xalqımızın qürur, iftixar mənbəyi kimi qəbul edilir.

“Qarabağ” klubu, onun baş məşqçisi Qurban Qurbanov, sözün əsl mənasında, Azərbaycan idmanında, onun dünyada sözünü deməsində böyük işlərə imza atmaqdadır. UEFA Konfrans Liqasının pley-off mərhələsinə çıxmaqla Azərbaycan futbol tarixində bir ilkə imza atan Ağdam klubu bu nailiyyətə  gərgin zəhməti, əzmlə çalışmağı nəticəsində nail olub.

Cəmiyyət də bu rəyi birmənalı təqdir edir. Bu gün “Qarabağ” Azərbaycanın ən populyar futbol klubudur. Elə Azərbaycanın sərhədlərindən kənarda da ən çox tanınan futbol komandası məhz “Qarabağ”dır.

Dünən Prezident İlham Əliyev də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” klubunun üzvlərini qəbul edərkən xüsusi olaraq vurğulayıb ki, Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq, doğrudan da, böyük nailiyyətdir. Səkkizdəbir final mərhələsinə də birbaşa çıxmaq imkanı olsa da, hakim ədalətsizliyi buna imkan vermədi. Dövlət başçısı dedi ki, bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir.

Prezident İlham Əliyev bildirib ki, həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Qarabağ adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz: “Bir daha demək istəyirəm, nəzərə alsaq ki, uzun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işğal altında idi, hər qələbə, “Qarabağ” futbol klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək xalqımızı sevindirəcəksiniz”.

Beləliklə, “Qarabağ” təkcə futbol oynamır, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırır. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən komanda olduğunu, mübarizliyin hər bir azərbaycanlının ruhunda yer aldığını göstərdi.

Vədlərini əməldə reallaşdıran Qurban Qurbanov isə hələ heç vaxt ayrı-seçkilik etməyib. İstər səlahiyyətlilər olsun, istərsə də sıravi azarkeşlər, istərsə də digər klublar, hamısını özününkü sayıb, doğma yanaşıb, hörmət və ehtiram göstərib. Milli komandadan gedişindən sonra isə yenə əvvəlki ampluasında olduğunu göstərib.

İndi isə gəlin “Qarabağ”ın pley-off mərhələsinə yüksələnə kimi hansı komandalarla qarşılaşdığını bir daha xatırladaq.

Mübarizəyə UEFA Konfrans Liqasının 2-ci mərhələsindən başlayan komandamızın rəqibi İsrailin “Aşdod” klubu oldu. Bakıda qolsuz heç-heçəyə razılaşan Ağdam klubu səfərdə 1:0 hesablı qələbə ilə adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində rəqib isə Cənubi Kiprin AEL komandası idi. Səfərdən 1:1 hesablı nəticə ilə qayıdan “Qarabağ” evdə qalib gələrək (2:1) pley-off-a vəsiqə qazandı.

Qrup mərhələsinə gedən yolda isə son rəqib Şotlandiya “Aberdin”i idi. Tofiq Bəhramov adına Respublika Stadionunda 1:0 hesabı ilə qalib gələn ağdamlılar səfərdə də qələbəyə sevinərək qrup mərhələsinə yüksəlməyi bacardılar-3:1.

Qrup mərhələsində H qrupunda yer alan “Qarabağ” İsveçrə “Bazel”i, Qazaxıstan “Kayrat”ı  və Kipr “Omoniya”sı ilə mübarizə apardı. Qrupun ilk qarşılaşmasında Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya Stadionunda İsveçrə “Bazel” ilə üz-üzə gəldilər. Komandamızın bütün cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmadı.

Qrup mərhələsinin 2-ci turunda “Qarabağ” Kiprdə “Omoniya” ilə qarşılaşdı. Daha baxımlı oyun nümayiş etdirən ağdamlılar 4:1 hesabı ilə qələbə qazandılar. Növbəti görüşə - “Kayrat”la matça böyük maraq var idi. Hesabda geri düşməsinə baxmayaraq, təmsilçimiz  nümayiş etdirdiyi əzmkar oyunu ilə 2:1 hesabı ilə qalib gəldi. Komandamızın növbəti səfəri Qazaxıstana idi. Almatıda kəskin soyuq hava şəraiti altında keçən qarşılaşmadan da 2:1 hesablı qələbə ilə ayrılan Ağdam klubu qrupda xallarının sayını 10-a yüksəldərək həm liderliyə yüksəldi, həm də pley-off mərhələsinə vəsiqəni təmin etdi.

Növbəti sınaq evdə “Omoniya” ilə oldu. Görüşdən 2:2 hesablı nəticə ilə ayrılan komandamız qrup liderliyi üçün sonuncu turda İsveçrədə “Bazel”lə qarşılaşdı. Matça  üstün başlayan “Qarabağ”ın vurduğu top qapı xəttini bir metr keçsə də, xorvatiyalı hakim bunu görmək istəmədi. Belə ki, komandamızın təmiz qolu qeydə alınsaydı, bəlkə də “Bazel” futbolçuları oyundan daha tez düşəcəkdilər. Bir sözlə, bu qərar Ağdam təmsilçisinin bəlkə də qrupda liderliyə yüksəlməsini süni şəkildə əngəlləmiş oldu. Böyük təəssüf hissi ilə vurğulayaq ki, Azərbaycana qarşı ikili standartlar artıq idmana da tətbiq olunur. Xorvatiyalı hakimlər briqadasının bu ədalətsizliyi milyonlarla tamaşaçının gözləri qarşısında baş verdi.

Yekunda komandada böyük ruh düşkünlüyü yarandı. Səfərdə 0:3 hesabı ilə uduzan “Qarabağ” H qrupunu 2-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəldi. Komandamızın rəqibi isə dünən UEFA Avropa Liqasında öz qrupunda 3-cü yeri tutan klublardan biri oldu.

Püşkatmanın nəticəsinə əsasən “Qarabağ” Fransanın “Marsel” komandası ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu  gələn il fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də Bakıda keçirəcək.

Uğurlar, “Qarabağ!”

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!