31 Yanvar 2022 16:03
2187
CƏMİYYƏT
A- A+
“Üç bacı”dan ən kiçiyi - Kiçik çillə

“Üç bacı”dan ən kiçiyi - Kiçik çillə

Qədim Naxçıvanda qış nə dərəcədə sərt keçsə də, tarix boyu bu qədim diyarın sakinləri onun gəlişini bayram kimi qarşılayır, bununla bağlı müxtəlif adətlərə, inam və mərasimlərə əməl edirlər. Maraqlıdır ki, ancaq qışın və yazın qarşılanması təntənə ilə keçirilir. Başqa sözlə desək, xalqımız qışı xoş qarşıladığı kimi, təntənəli şəkildə də yola salır. Vaxtilə qış əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluqlarını qış mövsümündə atardılar. Qış görüləcək işlərin az olması səbəbindən həm də bir istirahət və əyləncə mövsümü idi.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında qış mövsümünün və Kiçik çillənin folklorumuzda necə əks olunduğu barədə fikirlərini bölüşüb.

 

Qabağı yaz olan Kiçik çillə

Tədqiqatçı deyib ki, xalqımız qış dövrünü “çillə” adı ilə üç yerə bölüb. Çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Böyük çillə 40 gün (21 dekabr - 30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar - 19 fevral), ala çillə və ya ala çolpav (boz ay da deyilir) isə bir ay (20 fevral - 20 mart) olur. El arasında bu üç çilləni üç bacı, daha çox Böyük və Kiçik çillələrə görə “böyük və kiçik bacı” adlandırırlar.

Asəf Orucov bununla bağlı olan rəvayətlərdən biri xatırladıb: “Böyük çillə ömrünü başa vurub geri qayıdanda Kiçik çillə ilə qarşılaşır. Kiçik çillə Böyük çillədən soruşur: “Nə etdin?”. Böyük çillə cavab verir: “Tayaları yarıladım, qovurma küpəsinin başını endirdim, qalaqları sökdürdüm”. Kiçik çillə deyir: “Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb göyə sovuracağam, gəlinlərin əlini xəmir təknəsində donduracağam”. Böyük çillə deyir: “Heç nə edə bilməyəcəksən, çünki ömrün azdır, qabağın yazdır”.

 

Qışın oğlan çağı

Xalq arasında iki çillənin bir-birini əvəz etməsi “təhvil-təslim dövrü” adlanır. Ordubad və Culfa bölgələrində əhali qışın ən qorxulu dövrünü “cahar-cahar” adlanan dövr hesab edir ki, bu da dörd gün Böyük çillədən, dörd gün isə Kiçik çillədən götürülür. Xalq meteorologiyasına görə, Böyük çillənin son, Kiçik çillənin isə ilk dörd günü qışın ən sərt günləridir. Culfa bölgəsindən topladığımız etnoqrafik materiallarına görə, bu bölgədə Böyük çillə qurtarıb, yerini Kiçik çilləyə verdiyi dövrdə (“cahar-cahar” adlanan dövr nəzərdə tutulur) “Çillə kəsdi” oyunu və ya şənliyi keçirilərmiş. Oyun zamanı qardan heyvan fiqurları düzəldib, onun ətrafına yığışar, şənlik edərdilər. Məqsəd qışdan qorxmamaq, qışa sinə gərməkdir.

Folklorşünas Bəhlul Abdullayev yazır: insanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı. Kiçik çillə daha çox şaxtalı keçdiyinə görə bu müddətə “qışın oğlan çağı” da deyilir.

 

Kiçik çillə vay çillə, Qarlı dumanlı çillə

İnsanlar Böyük çilləni rəhmli, qarlı, bərəkətli sayırlar:

Böyük çillə, nar çillə,

Ağ gül üstə qar çilə.

Buğdalara yorğan ol,

Bağçalara bar çilə.

Kiçik çillənin isə şaxtalı, boranlı olmasını “Kiçik çillənin soyuğu, təndirə qatar toyuğu” və ya “kiçik qardaş xovlu olar” kimi el deyimlərində də görürük.

Kiçik çillə vay çillə,

Qarlı dumanlı çillə,

Gəbə, kilim toxuduq,

Cəhrəmizdə var çillə.

Deyilənə görə, Kiçik çillə daxil olduğu kimi, çıxanda da havada bir dəyişiklik yaradır.

Kiçik çillənin adı ilə bağlı xalqımız bir söz də qoşub:

Kiçik çillə,

Boyu bir belə,

Hikkəsi iri belə...

Gəlişi oldu hayınan

Gedişi oldu vayınan.

Çillə kimi qar salanam, sən nəsən?

Asəf Orucov müxtəlif mənbələrə əsaslanaraq qeyd edib ki, Novruz bayramından əlli gün qabaq, Böyük çillənin axırı odla əlaqəli olaraq Səddə bayramı keçirilirdi. Bunu Nizami Gəncəvinin “İsgəndərnamə” poemasında da görürük.

Etnoqrafik materiallara görə, xalq təqviminə uyğun olaraq Böyük çillənin sonlarına “qurdun insana yerikləyən dövrü” də deyilirdi. Bu da onunla əlaqəlidir ki, ilin bu dövründə qurd (canavar) ac qaldığı üçün insanlara da hücum edir. Bu da qarlı qışın sərt keçməyindən xəbər verir. Hətta aşıq yaradıcılığında çillənin qarı-boranı insanın sərt xüsusiyyəti ilə müqayisə olunur. Aşıq Molla Cuma çillə haqqında belə yazır:

Durubsan meydanda özünü çəkib,

Bu meydanda mən aslanam, sən nəsən?

Girərəm ortaya qaş-qabaq töküb,

Çillə kimi qar salanam, sən nəsən?

 

Çoban bayramı

Araşdırmalardan məlum olub ki, Ordubadda Böyük çillə ilə Kiçik çillənin arasındakı “təhvil-təslim dövrü”ndə və ya Böyük çillə qurtarıb yerini Kiçik çilləyə verən günü “Çoban bayramı” və ya “Saya gəzmə” adlı mərasim təşkil edərdilər. Mənbələrin verdiyi məlumata görə, bayramı keçirməkdə əsas məqsəd yer ruhlarını razı salıb, dölün bərəkətini artırmaq və heyvanları sağlam vəziyyətdə yaza çıxarmaq idi. Eyni zamanda, bu tariх maldarlar üçün yeni bir ilin başlanğıcı kimi də qəbul edilirdi.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!