18 Aprel 2024 16:28
265
SİYASƏT
A- A+

Türkiyəli nazir: Bakıda keçiriləcək COP-29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir  

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) həm qardaş Azərbaycan və Türkiyə, həm də bütün dünya üçün çox vacib nəticələr verəcəyinə inanıram.

AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 17-də Ankarada Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı səsləndirib. COP-29-a ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edən Türkiyəli nazır, bu tədbirə çox ciddi hazırlıq prosesinın şahid olduqlarını diqqətə çatdırıb.

İqlim dəyişikliyi məsələsinin bütün ölkələr üçün vacibliyini vurğulayan nazir deyib: “Azərbaycanda keçiriləcək COP-29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir. Ölkəmiz də bu tədbirdə aktiv iştirak edəcək. Türkiyə su ehtiyatlarının artırılması başda olmaqla, biomüxtəlifliklə bağlı bir çox sahəyə töhfə vermək niyyətindədir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video