05 Sentyabr 2024 14:58
245
DÜNYA
A- A+

TEXNOFEST yeni rekorda imza atıb

 

Türkiyənin Antalya şəhərində ölkənin ilk Aviasiya, Kosmos və Texnologiya Festivalı - TEXNOFEST-in Aralıq dənizi Texnologiyaları Yarışmalarının final mərhələsi başlayıb. Builki yarışlara 1 milyon 650 min iştirakçı müraciət edib ki, bu da TEXNOFEST-də rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, Antalyanın ANFAŞ Beynəlxalq Sərgi və Konqres Mərkəzinin ev sahibliyi ilə baş tutan tədbirdə 25 sahə üzrə texnologiya yarışları təşkil olunub. Dörd gün davam edəcək müsabiqə 49 əsas və 127 alt kateqoriya üzrə keçirilir.

Süni intellekt və kommunikasiyadan, bio və kənd təsərrüfatı texnikalarına qədər müxtəlif sahələr üzrə aparılan yarışların final mərhələsində 1270 komanda ilə 6 min 514 iştirakçı mübarizə aparır. İştirakçılar, eyni zamanda, Türkiyənin ən böyük texnologiya şirkətlərinin təşkil etdiyi təlim və seminarlarda iştirak edəcək, müxtəlif texnologiya sahələri üzrə mütəxəssislərlə görüşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video