24 Aprel 2022 01:23
1324
Mədəniyyət
A- A+
Tarixi yaşadan milli-mənəvi xəzinə

Tarixi yaşadan milli-mənəvi xəzinə

 

Azərbaycan xalqının ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətini əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliği işində mühüm rol oynayırlar. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub, bütün bölgələrimizi əhatə edir.

Lakin erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizdəki tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar 30 ildə amansızcasına dağıdılmış, fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları qarət edilmişdir. Erməni qəsbkarlarının törətdikləri vandalizm aktları "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

Erməni işğalı zamanı Şuşada da muzeylər talan edilmişdir. Halbuki bu gözəlliklər məkanını tədqiqatçılar "muzeylər şəhəri" adlandırmışlar. Tarix muzeyi diyarın keşməkeşli və şanlı tarixindən söhbət açırdı, Dərman bitkiləri muzeyi təbiətin bir çox sirrinə bələdçilik edirdi, Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Nəvvabın, Mehmandarovların və başqalarının ev-muzeyləri milli mədəniyyətimizin tanınmış və məşhur simalarının həyat və yaradıcılığını özündə yaşadırdı. Qapıları şəhərə gələnlərin üzünə həmişə açıq olan Şuşa muzeyləri əsrlərin hadisələrini özündə yaşadan, qoruyub-saxlayan, öyrənən maddi-mənəvi xəzinə idi.

 

Şuşa Tarix Muzeyi

 

1969-cu ildə fəaliyyətə başlayan Şuşa Tarix Muzeyi Yuxarı Gövhər ağa məscidində yerləşirdi. Burada tarixi keçmişimizdən, dünənimizdən soraq verən 2500-dən artıq eksponat nümayiş etdirilirdi. Şəhərin tarixi ilə bağlı bir çox əşya, xüsusən 1795-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacarın Şuşaya basqını zamanı qala divarlarına atılmış top mərmisi qanlı-qadalı illəri xatırladırdı. Şuşanın müasir həyatına, şuşalıların mübarizəsinə, İkinci Dünya müharibəsindəki qəhrəmanlığına həsr olunmuş stendlər də böyük maraq doğururdu. Ümumiyyətlə, muzeyə tamaşa edərkən şəhərin keşməkeşli həyatı göz önündə canlanır, şanlı keçmişi haqqında zəngin təəssürat yaradırdı.

 

Şuşa Xalça Muzeyi

 

Şuşa Xalça Muzeyi 1982-ci ildə Mehmandarovların yaşayış kompleksində açılmışdı. Tədqiqatçı-jurnalist Vasif Quliyev  muzeylərlə bağlı araşdırmalarında bildirir ki, binanın dörd böyük salonunda xalça ustalarının 300-dən çox əl işi nümayiş etdirilirdi. Xalçalar toxunuş xüsusiyyətlərinə görə ayrı-ayrı salonlarda yerləşdirilmişdi. Salonların üçündə xovlu, birində isə xovsuz xalçalar toplanmışdı. Bura əsasən Qarabağ xalçaçılıq məktəbinə aid nümunələr daxil idi. "Güzgülü xalı", "Güllü kilim", "Balıq", "Ləmpə", "Xantirmə" kimi monumental ölçülü xalçalar milli naxış quruluşu, rəng ahəngdarlığı, orijinal kompozisiyası, ümumiyyətlə, bədii xüsusiyyətlərinə görə baxımlı idilər.

Pənahəli xan Cavanşirin saray emalatxanasında toxunmuş "Xanlıq" adlı xalça saralıb-solsa da, orijinal kompozisiyası və rəng baxımı ilə seçilirdi. Muzeydə nümayiş etdirilən sənət əsərlərinin çoxunun öz adı və tarixi vardı. Təbriz, Quba-Şirvan, Gəncə-Qazax məktəblərinin nümunələri də muzeydə geniş təmsil olunmuşdu. Muzeyin ekspozisiyası Azərbaycan xalqının tarixi keçmişinin öyrənilməsində qiymətli mənbə kimi mədəniyyət və incəsənətimizin parlaq səhifəsini təşkil edirdi.

 

Şuşa Dərman Bitkiləri Muzeyi

 

Şuşa Dərman Bitkiləri Muzeyi 1984-cü il iyulun 29-da Vaqif poeziya bayramında açılmışdı. Mehmandarovların yaşayış kompleksinə daxil olan bərpa edilmiş məhəllə məscidində fəaliyyət göstərirdi.

V.Quliyev yazır ki, muzeydə çobanyastığı, boymadərən, gülxətmi, bağayarpağı, ətirşah, qatırquyruğu, yovşan, gicitkən, qırxbuğum, dağ tərxunu, adaçiçəyi, darçın, dağ nanəsi, ümumiyyətlə, 50-dən çox dərman bitkisi nümayiş etdirilirdi. Ağacdan toxunmuş dibçək və səbətlərdə əkilən çəmən ətirli dərman bitkiləri muzeyi kiçik bir dağ bağçasına bənzəyirdi. Həmin şəfaverici bitkilərin demək olar ki, hamısı Şuşanın yaylaqlarında, dağ və yamaclarında bitirdi. Bir yanda isə keçmiş təbabətdə istifadə edilən sənətkarlıqla işlənilmiş qab-qacaq, saxsıdan düzəldilmiş mis həvəngdəstə, dərman hazırlamaq üçün şüşə qablar, manqal, sandıq, gülab qabı, kasa və cam qoyulmuşdu. Mirzə Sadıq Lətifov, Mirzə Məmmədqulu Təbib, Mir Möhsün Nəvvab, Mirzə Cavad Qayıbov, Mirzə Hüseyn, Əbdülkərim bəy Mehmandarov kimi el təbiblərinin yağlı boya ilə çəkilmiş portretləri divar boyu sıralanmışdı. Bir guşədə isə məşhur xalq həkimlərinin təbabətə aid kitablarından ekspozisiya təşkil olunmuşdu.

Tədqiqatçı onu da qeyd edir ki, muzeyin nəzdində 666 nömrəli aptek fəaliyyət göstərirdi. Burada əhaliyə əczaçılıq xidməti göstərilir, təbii bitkilər və onlardan hazırlanan dərmanların açıq satışı təşkil edilirdi.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!