14 Oktyabr 2025 14:55
466
CƏMİYYƏT
A- A+
Tacikistan nümayəndə heyəti Azərbaycanın penitensiar və probasiya sahəsindəki təcrübəsi ilə tanış olub  

Tacikistan nümayəndə heyəti Azərbaycanın penitensiar və probasiya sahəsindəki təcrübəsi ilə tanış olub  


Tacikistanın Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndə heyəti Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinin fəaliyyəti və probasiya sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tacikistanın Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəis müavini Voris Gozizodanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.

Sonra nümayəndə heyəti ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüşüb. Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqların təmin olunması müzakirə edilib, infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən penitensiar müəssisələrin inşası və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində qonaqlar Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində keçirilən görüşdə xidmətin rəisi Vüqar Ağayev, xidmətin məsul əməkdaşları, eləcə də Bakı şəhəri Probasiya idarəsinin nümayəndələri iştirak ediblər. Görüşdə son illərdə ölkəmizdə probasiya sisteminin inkişafı istiqamətində həyata keçirilən institusional və hüquqi islahatlar, probasiya nəzarətində olan şəxslərlə aparılan sosial və psixoloji reabilitasiya tədbirləri, həmçinin rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi barədə ətraflı məlumat verilib. Qonaqlara elektron nəzarət vasitələrinin tətbiqi və innovativ idarəetmə platformalarına dair təqdimatlar nümayiş etdirilib.

Tədbir zamanı Azərbaycan və Tacikistanın ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Tacikistan nümayəndə heyəti ölkəmizdə penitensiar və probasiya sistemlərinin müasir yanaşmalar əsasında qurulmasını, məhkumların sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirləri, eləcə də rəqəmsal texnologiyaların tətbiqini yüksək qiymətləndirib, bu sahələrdə əldə olunan təcrübənin ikitərəfli əməkdaşlıq çərçivəsində öyrənilməsinin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!