04 Noyabr 2022 01:40
904
Mədəniyyət
A- A+
Şuşa milli birliyimizin rəmzidir

Şuşa milli birliyimizin rəmzidir

 

1918-ci il mayın 28-də müsəlman Şərqində dövrün ilk demokratik və yeganə parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqı özünün çoxəsrlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu. Azərbaycan Şərqi və Cənubi Zaqafqaziyadan ibarət tamhüquqlu müstəqil dövlət elan olundu. İstiqlal Bəyannaməsinin birinci maddəsində deyilirdi: "Bu gündən etibarən Azərbaycanın xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın bütün tarixi ərazisində öz siyasi hakimiyyətini bərqərar etməyə çalışdığı bir vaxtda yenicə elan olunmuş Ermənistan (Ararat) Respublikası Qarabağa heç bir əsası olmayan iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu iddianı rədd etdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Ə.M.Topçubaşov (1862-1934) Osmanlı dövlətinin xarici işlər naziri ilə 1918-ci il noyabrın 18-də İstanbulda apardığı danışıqlar zamanı bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu, xanlığın ərazisidir və burada erməni və müsəlmanların sayı bərabər olmasa da, ermənilərin əsaslı çoxluğu haqqında danışmağa lüzum yoxdur. Bununla belə, onlar buranın yerli əhalisi deyillər, Rusiya ilə müharibədən sonra Türkiyədən buraya qaçıb gələnlərdir. Nəzərə alınmalıdır ki, hazırda Ermənistan Respublikasının ərazisinə daxil edilmiş Osmanlı imperiyasının əsas inzibati-ərazi vahidlərindən olan İrəvan vilayətində 100 minlərlə müsəlman yaşayır və biz həmin torpaqların mübahisəsini aparmırıq. Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda deyil, müsəlmanlarla qarışıq halda yaşayırlar. Lakin biz bütün bunlara baxmayaraq, beynəlxalq xarakterli deyil, bizim daxili xarakterli bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq".
1918-ci ilin yayından başlayaraq Ermənistanın daşnak hökuməti Zəngəzur bölgəsində Andronikin, Njdenin, Dronun quldur dəstələri vasitəsilə dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə başladı. Ermənilər Qarabağı ələ keçirmək üçün əvvəllər başladıqları soyqırımlarını Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdirdilər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu il yanvarın 15-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarının müvəqqəti general-qubernatoru vəzifəsinin təyin edilməsi haqqında qərar qəbul etdi. Həmin qərarla daxili işlər nazirinə tapşırılırdı ki, hökumətin növbəti iclasında baxılması üçün general-qubernator vəzifəsinə namizədi seçsin və onun sərəncamına hansı məbləğdə vəsaitin ayrılmasının lazım olduğu haqqında fikirlərini təqdim etsin. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarı ilə Xosrov bəy Sultanov Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilmişdir. Həmin qərarla general-qubernatorluğun ehtiyaclarını ödəmək üçün 20 milyonluq fonddan 5 milyon rubl ayrılmışdır. Hökumətin 1 fevral 1919-cu il tarixli qərarı ilə Quda Qudiyev Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatorunun müavini təyin edilmişdir. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.X.Təkinski 1919-cu il iyunun 25-də Ermənistan Respublikasının xarici işlər nazirinə 224 nömrəli nota tədqim edərək aşağıdakiları bildirmişdi: "Hökumətimin tapşırığı ilə sizə bildirirəm ki, Sultanov Azərbaycan hökuməti tərəfindən 1919-cu il yanvarın 15-də Azərbaycanın qəti ayrılmaz hissəsi olan Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının general-qubernatoru təyin edilmiş və o, müttəfiqlərin komandanlığı tərəfindən general-qubernator kimi aprelin 3-də rəsmi olaraq tanınmışdır. Odur ki, Ermənistan Respublikası hökumətinin Sultanovun fəaliyyətinə və yaxud Azərbaycan qoşun hissələrinin adı şəkilən qəzalarda olmasına qarşı müxtəlif etirazları Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etməsi deməkdir. Qarabağın general-qubernatoru Sultanov gördüyü ciddi tədbirlərlə Şuşa rayonunda nizam-intizamı bərpa etmiş və həyat məcrasına düşmüşdür..."
Xosrov Paşa bəy Sultanov Şuşaya gələn kimi Qarabağda daşnak Andronik başda olmaqla erməni quldur dəstələrilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə Milli Ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı, Erməni Milli Şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail oldu. Buna cavab olaraq erməni yaraqlıları Şuşada silahlı toqquşma törətsə də, ertəsi gün - iyunun 6-da sülh əldə edilmiş, şəhərin dinc erməni əhalisi Xosrov bəy Sultanova üzrxahlıq məktubu yazaraq, erməni separatçılarının fıtnəkarlığına görə onun şəxsində Şuşanın müsəlman camaatından üzr istəmişdi. 1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Qarabağda, Zəngəzurda və ermənilərin ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Xosrov bəy Sultanov böyük xidmət göstərdi. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət verdi. Azərbaycan hökumətinin 29 sentyabr 1919-cu il tarixli qərarı ilə Qarabağın erməni müəllim və müəllimələrinə yardım edilməsi üçün Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının müvəqqəti general-qubernatorunun sərəncamına 1 mln. rubl pul vəsaiti ayrıldı. Şuşa şəhərində müəllimlərin qurultayının keçirilməsi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 27 sentyabr 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirinin sərəncamına 30 min rubl ayrılmışdır. Bunlardan savayı, 1919-cu il noyabrın 20-də Azərbaycan Parlamenti 1 iyun 1919-cu ildən etibarən Şuşa şəhərində 30 çarpayılıq pulsuz hökumət xəstəxanasının yaradılması haqqında qanun qəbul etdi.
Tarixi faktlar sübut edir ki, Azərbaycan xalqı və dövləti haqq yolunda, öz ərazisinin toxunulmazlığı uğrunda daim mübarizə aparmış və son nəticə etibarilə qalib gəlmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla silahlı qüvvələrimizin cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyularaq, ədalət bərpa edildi. Noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqımıza müraciət edərək böyük sevinc hissi ilə ruhumuzun özü, varlığımızın nüvəsi olan Şuşamızın dünyanın ən mənfur təcavüzkarı olan terrorçu Ermənistan ordusunun işğalından azad olunması müjdəsini verdi: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Rafiq SƏFƏROV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!