03 Noyabr 2022 01:16
750
Mədəniyyət
A- A+
Şuşa milli birliyimizin rəmzidir

Şuşa milli birliyimizin rəmzidir

 

Ümummilli Lider Heydər Əliyev vaxtilə Şuşa haqqında demişdir: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq bu il yanvarın 5-də 2022-ci ilin "Şusa ili" elan olunması haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, "Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin tarixi inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır". 
Prezident İlham Əliyev Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ olunması məqsədilə 7 may 2021-ci ildə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalamışdı. 
Həmin sərəncamda Şuşanın ictimai-siyasi mədəni tariximizdəki müstəsna rolu xüsusi olaraq qeyd edilir: "Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur... Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır". 
Bu sərəncamla Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-si və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunduqdan sonra "Xarıbülbül" festivalı keçirilmişdir. 
Tarixi mənbələrə əsasən Şuşa qalasının tikilməsi 1750-1751-ci illərə aid edilir. Azərbaycanın dağlıq Qarabağında yerləşən Şuşanın əsası bəzi tarixi mənbələrə görə, 1751-ci ildə, digər mənbələrdə isə Qarabağ xanlığının qorunması üçün 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulduğu qeyd olunmuşdur. İlk vaxtlarda şəhər onun əsasını qoymuş şəxsin şərəfinə Pənahabad, sonralar isə Şuşa adlandırılmışdır. Tarixdə Şuşa şəhəri 1795-ci ildə İran ordusunun hücumundan qəhrəmancasına müdafiə olunması ilə tanınmışdır. Şuşa 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur. 
Tarixi sənəd və mənbələr təsdiq edir ki, Qarabağ Azərbaycan xalqının əzəli və əbədi torpağıdır, onun tarixi beşiyidir. Qarabağın Rusiyanın hakimiyyəti altına keçməsi haqqında tarixi mənbələr - Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisianovun 1805-ci il mayın 14-ü imzaladıqları Kürəkçay traktatı, həmçinin Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi tarixi mənbələr əyani surətdə subut edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında heç bir işarə belə olmamışdır. 
Azərbaycana məxsus torpaqlar Rusiyanın tərkibinə daxil edildikdən sonra imperiya tərəfindən geosiyasi məqsədlərlə erməni ailələri mərhələ-mərhələ İran, Türkiyə və digər yerlərdən köçürülərək Qarabağda, Yelizavetpol (Gəncə-R.S.) və İrəvan quberniyalarının ərazilərində yerləşdirildi və bununla da süni surətdə gələcəkdə yaradılacaq "problem"in əsası qoyuldu. 
Tarixi faktlar sübut edir ki, ermənilər çar hakimiyyəti tərəfindən müxtəlif siyasi məqsədlərlə İran və Türkiyədən kütləvi surətdə köçürülərək Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilənə qədər bu tarixi ərazilərimizdə milli zəmində hər hansı bir "problem" və ya münaqişə yaşanmamışdır. Həmin münaqişələr bu köçürülmə proseslərinin acı bəhrələri kimi sonralar meydana çıxmışdır. Rusiya imperiyası tərəfindən ermənilərin bu yerlərə, ilk növbədə, geosiyasi məqsədlərlə yerləşdirildiyi bir sıra digər tarixi mənbələrdə də öz əksini tapmışdır. Məsələn, Qafqazdakı rus qoşunları komandanının 22 may 1805-ci il tarixli 19 nömrəli raportunda qeyd edilirdi ki, coğrafi mövqeyinə görə Qarabağ nəinki Azərbaycanın, hətta İranın da darvazası sayılır və ona görə də bu əyalətin öz əlimizdə saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir. 1805-ci il mayın 14-də Qarabağ xanlığının Rusiya imperiyasının tabeliyinə keçməsi haqqında general Pavel Sisianov və İbrahim xan Qarabağlı tərəfindən imzalanmış Kürəkçay müqaviləsi yuxarıda qeyd olunan vəzifənin yerinə yetirilməsinə əlverişli şərait yaratdı və həmin dövrdən başlayaraq Rusiya impeiyası tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarına kütləvi surətdə ermənilərin köçürülməsinə başlanıldı. 
Rus hakimiyyəti tərəfindən müxtəlif siyasi məqsədlərlə ermənilərin Şuşaya və Qarabağın digər bölgələrinə kütləvi yerləşdirilməsinə baxmayaraq, 1852-ci ilin "Kavkazskiy Kalendar"ında həmin dövrdə Şuşadakı azərbaycanlıların sayının ermənilərin sayından artıq olduğu qeyd olunmuşdur. Bundan əlavə, digər mənbədə, məsələn, S.P.Zelenskinin "Yelizavetpol quberniyasının Zəngəzur qəzasındakı dövlət kəndlilərinin iqtisadi həyatı haqqında" adlı əsərində imperiya məmurları olan Yermolov və Mogilevski tərəfindən tərtib edilmiş vergi reyestrinə əsaslanaraq 1823-cü ildə Qarabağda 20.095 nəfər əhalinin yaşadığı, onların da etnik tərkibinin və sayının aşağıdakı kimi olduğu qeyd edilirdi: "Azərbaycanlı ailələrin sayı 15.729, onlardan şəhərdə 1.111; kənddə 14.618. Erməni ailələrin sayı 4.366, onlardan şəhərdə 421; kənddə 3.945".
Ruhumuzun paytaxtı Şuşa ilə bağlı digər tarixi mənbələrdə də qiymətli məlumatlar yer almışdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə rus dilində çap olunan 11 fevral 1919-cu il tarixli 31 saylı "Azerbaydjan" qəzetində " Qarabağ" adlı məqalə dərc edilmişdir. Həmin məqalənin müəllifi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Xarici İşlər Nazirliyinin İnformasiya bürosunun şöbə müdiri Aleksandr Serqeyeviç Şepotyevdir. 
Müəllif məqalədə erməni hökumətinin Qarabağın bir hissəsinə gözlənilmədən "iddia" ilə çıxış etdiyi haqqında məlumat verilərək qeyd edir: "...ermənilər özlərinin bu "iddialarının" etnoqrafik və tarixi "hüquqlara" əsaslandığını, eləcə də "bu hüquqların" şübhəsiz olduğunu hamıya bəyan etdiklərinə görə aşağıdakı suallar üzərində bir qədər ətraflı dayanmalı olacağıq. Qarabağ nədir və nə üçün Ermənistanın gözlənilməz iddiaları Azərbaycan hökuməti üçün tamamilə əsassız hesab edilir?" 
A.S.Şepotyev Qarabağın ərazisini təsvir edərək yazır: "Qarabağ-Kür və Araz çayları arasındakı və Kiçik Qafqaz sıra dağlarının şərq qollarından ibarət olan sahədən, yəni müasir Azərbaycanın əsas ərazilərindən biri sayılan Gəncə quberniyasının Cavanşir, Karyagin, Zəngəzur, Şuşa qəzalarından ibarətdir. Qarabağ təbiətinə, iqtisadi və təsərrüfat həyatına görə bir-biri ilə ayrılmaz əlaqəsi olan üç hissəyə - böyük aran, dar, qapalı dağ və dağətəyi rayonlara ayrılır. Aran rayonlarında əkinçilik və maldarlıq inkişaf etmiş, əgər süni suvarma işləri yaxşı qurularsa, dağlıq və dağətəyi rayonlarda da əkinçiliyi, bağçılığı, ipəkçiliyi və üzümçülüyü inkişaf etdirmək mümkündür. Qarabağ sakinlərinin əsas məşğuliyyətlərindən biri də maldarlıqdır. Bununla belə, yazda, adətən aprel ayının ortalarında bütün naxırlar aran yerlərindən dağlıq yerlərə aparılarkən payız düşənə qədər mal sürüsü ilə yanaşı, əhalinin bir hissəsi də dağlıq yerlərə köçür və nəticədə yay aylarında dağlıq ərazilərdə yaşayan insanların sayı qış mövsümü ilə müqayisədə bir neçə dəfə artmış olur. 
Yayda aran yerlərində quraqlıq və mal-qara arasında xəstəliklər yayıldığı üçün Qarabağda bu cür köcmələr kənd təsərrüfatının əsasını təşkil edir. Bundan əlavə, aranda malyariyanın yayılaraq inkişaf etməsi bu cür köçmələrin ümumiyyətlə, yerli əhalinin salamat qalmasının vacib şərtinə çevirir.
 Dağlıq ərazilərin şəraitini nəzərə alaraq Arandan dağlıq bölgəyə köçməyin yalnız aşağıda qeyd olunan üç yerdən mümkün olduğunu söyləmək olar - Şuşadan dağ dərəsi üzərindən uzanan girəcək yolla, Adqardan Cavanşir qəzasına və Minqrel sahəsindən İstisuya, hərdənbir bəzi naxırlar buradan İrəvan quberniyasının Alagöz ətəyinə qədər uzanan yolla gedirlər. Beləliklə, bu 3 dərə aran sahəsində yaşayan əhalinin mövcudluğunu təmin edir və onların iqtisadi rifahını şərtləndirir. 
Qarabağın ərazisi Zaqafqaziyada məskunlaşmış türk xalqının özəyini təşkil edir. 1735-ci ildə Zaqafqaziya tanınmış Nadir şah tərəfindən istila edildikdən sonra Qarabağ xanlığının sərbəst mövcudluğu başlandı. Nadir şahın ölümündən sonra onun yaxın köməkçilərindən olan Pənahəli bəy özünü Qarabağın müstəqil hökmdarı elan edərək Şuşa şəhərinin əsasını qoydu və bu şəhəri yeni xanlığın paytaxtı elan etdi. Çingiz xanın nəslindən olan yerli mülkədar məliklər də qismən bu şəhərə cəmləşdilər. Tezliklə, Qarabağ xanlığı kifayət qədər çiçəkləndi və müasir Azərbaycanın əhəmiyyətli xanlıqlarından birinə çevrildi, Şirvan və ya Şamaxı, Bakı, Talış, Gəncə, Şəki və ya Nuxa xanlıqları kimi yalnız fars şahlarına vassal münasibətlərini qəbul etdi. Rusların Qafqazda meydana çıxması ilə Qarabağ xanlığı öz müstəqilliyini digərləri ilə müqayisədə daha uzun müddətə qoruyub saxlaya bildi. İbrahim xan Qarabağlı Rusiyanın "himayədarlığ"ını qəbul edərək onunla vassal münasibətlərinə qoşuldu, lakin bu münasibətlər olduqca zəif idi. Farslarla müharibələr zamanı Qarabağın aran hissəsi rus-fars toqquşmasının meydanına çevrildi. İrəvan xanlığı uğrunda müharibə zamanı çoxlu sayda ermənilər farsların əlindən başlarını götürərək öz daxili idarəçiliyini saxlamış Qarabağ xanlığının dağlıq rayonlarına qaçdılar. "Zaqafqaziya müsəlman əyaləti" adı altında Qarabağın Rusiyaya qəti olaraq birləşdirilməsi haqqında akt yalnız 1844-cü ildə dərc edildi. Digər əyalətlərin bəylərindən fəqli olaraq müstəsna hüquqlara malik Qarabağın mülkədar bəylərinin hüquqlarının tanınması haqqında 1846-cı ildə əlavə akt da dərc edildi. Gəncə quberniyasının yaradılması ilə əlaqədar 4 qəzaya bölünmüş Qarabağ ona birləşdirildi. Zəngəzur qəzasındakı kürd əhalisinin böyük olmayan zolağından savayı Qarabağın ərazisində Azərbaycan türkləri və ermənilər məskunlaşdırılmışdır. Ermənilər dağlıq rayonda cəmləşmişdilər, onların kəndləri Vonkdan Şuşaya keçərək Gəncəyə qədər uzanan türk köçərilərinin dağa gedən yolu ilə kəsişən nazik lent şəklində düzülmüşdür ki, buralarda da yayda müsəlman əhalisinin sayı bir neçə dəfə artır. Qarabağın digər ərazisini başdan-başa Azərbaycan türkləri tutmuşdur.
1917-ci ilin "Kavkazskiy kalendar"ında 1916-cı il üçün ermənilərin sayı 242 min, müsəlmanların sayı isə 322 min olduğu qeyd edilir. Lakin bu rəqəmlər həqiqətə uyğun deyildir, belə ki, Qarabağ ermənilərinin sayına Bakıdan Rostova qədər, daha sonra Dərin Don vilayətinin stansiyalarına qədər səpələnmiş çoxlu sayda erməni fəhlə və sənətkarların sayı da daxil edilmişdir. Təkcə bunu demək kifayətdir ki, Qarabağın əhalisini təşkil etməyən və onunla heç bir bağlılığı olmayan yalnız Bakı mədənlərindəki 50 min fəhlə qarabağlı erməniyə aid edilmişdir. Ona görə də Qarabağın dağ zolağında məskunlaşmış ermənilərin sayı kifayət qədər az olmalıdır.
Digər tərəfdən dəqiq qeydə alınmaya məruz qalmayan, hökmən metrikası və hərbi mükəlləfiyyətləri olmayan türk əhalisinin həqiqi sayı göstərilənlərdən daha çox idi. Bu, "1912-ci ildə Zaqafqaziyada pay torpaqlarının buraxılması haqqında təhriri məruzə"də əks olunan girovdan çıxartma üzrə bir xadimin torpaq pulunun ödənilməsi haqqında məlumatlarlari ilə sübut olunur. Qeyd edilirdi ki, öz başlanğıcını 70-ci illərin kameral siyahısından götürmüş məlumatlar əsasında müsəlman əhalisinin sayına uyğun olaraq hesablanmış 28 milyon rubl torpaq pulu əvəzinə, 50 milyon rubldan artıq pul qeydiyyatdan keçirilməli olmuşdular. Bütün bunlar 1917-ci ilin siyahıyaalınması, eləcə də kənd təsərrüfatının sonuncu siyahıyaalınması məlumatları ilə təsdiq olunur. Ona görə də Qarabağın erməni əhalisinin sayını 170 min, türk əhalisinin sayını isə 415 min müəyyən etmək olar. Ermənistan Respublikasının Qarabağa dair iddiası tamamilə əsassızdır və daşnak nazirlərinin imperialist fantaziyasının məhsulu kimi təsvir olunur. Bir tərəfdən, Qarabağın erməni əhalisi şübhəsiz azlıq təşkil edir, onlar buradakı bütün əhalini təmsil etməyən, hər tərəfdən türk əhali ilə əhatə olunmuş, Ermənistan Respublikasındakı erməni mərkəzləri ilə heç bir nə iqtisadi, nə də ki, tarixi əlaqəsi olmayan, dağlıq rayonun dar, qırıq zolağında cəmləşmiş azlıq təşkil edir. Digər tərəfdən, əgər aranla dağ otlaq rayonları arasında olan dağ dərəsi özgə əllərdə olarsa, Qarabağda azərbaycanlı türklərin mövcudluğu ölümcül təhlükəyə məruz qala bilər, yəni kifayətdir ki, oranı bağlayasan və düzənlikdə olanlar ölümə düçar qala bilər. Köç yerlərinə gedən yollar istənilən vaxt kəsilə bildiyinə görə həmin yerlərin sərbəst sürətdə tutulması haqqında heç bir müqavilə həqiqi sayıla bilməz.
Nə tarixi, nə iqtisadi, nə də ki, etnoqrafik göstəricilərə görə haqq qazandırılması mümkün olmayan erməni hökumətinin bu cür iddialarına son qoyulmalıdır. Onların bütün Borçalıya olan iddiası ilə uğursuzluğa düçar olduqdan sonra indi də Azərbaycanın köklü və ayrılmaz hissəsinə iddia ilə çıxış edirlər.
Hazırkı vaxtda hər bir azərbaycanlı türkü üçün Qarabağın Azərbaycanın digər əraziləri ilə əlaqəsi o qədər qəti və aşkardır ki, bu məsələ haqqında heç bir mübahisə və söhbət ola bilməz. 
Qeyd olunan Qarabağla bağlı bu məqalə Qarabağla tanışlığı olmayan hər bir kəsə, onun haqqında birtərəfli olaraq erməni mənbələrindən məlumat alanlara göstərir ki, erməni iddiaları tamamilə əsassızdır". 
A.S.Şepotyevin bu məqaləsində Şuşanın, bütövlükdə Qarabağın Azərbaycan olduğu dəqiq və hərtərəfli təsvir edilmişdir. 
(ardı var)

Rafiq SƏFƏROV,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!