Sumqayıtlı teatrsevərlər tamaşalara 52-ci mövsümdə də onlayn baxacaqlar
Prezidentin tapşırığı ilə Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir işləri aparılmış, bütün mühəndis-texniki qurğular tamamilə yenidən qurulmuş, 500 yerlik tamaşa və 100 yerlik akt salonları müasir avadanlıqlarla təchiz olunmuşdur. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri quraşdırılmışdır.
Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilmişdir. Həmçinin bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunmuş, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib hazırlanmış, teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənmiş, binadakı sütunlar mərmərlə üzlənmişdir.
Bütün bunların fonunda teatrın repertuarı da zənginləşmişdir. Təəssüf ki, pandemiya səbəbindən teatr 52-ci mövsümündə də onlayn fəaliyyət göstərir. Maarifləndirici, vətənpərvərlik və bir sıra tanıdıcı çarxlar, onlayn tamaşalar mütəmadi teatrsevərlərə təqdim olunur.
Hər ay müxtəlif janrlı tamaşalarla teatrsevərlərin görüşünə gələn Sumqayıt Dövlət Dram Teatrı qarşıdakı aylarda virtual repertuarını tamaşaçılara açıqlayıb. Cari mövsüm nümayiş olunacaq səhnə əsərləri arasında Y.Əzimzadənin “Nəsrəddin”, R.Kiplinqin “Öz xoşuna yaşayan pişik”, K.Həsənovun “Sehrli yaylıq”, “Ələddinin sehrli çırağı”, “Məlikməmməd”, “Əlibaba və qırx quldur”, A.Şaiqin “Qaraca qız”, V.Qaufun “Balacaboy yekəburun” uşaq tamaşaları, eləcə də M.Süleymanlının “Dəyirman”, T.Özakmanın “Ocaq”, C.Patrikin “Qocanı öldürməliyik”, Ə.Əmirlinin “20 ildən sonra”, “Sevgilim Sumqayıt”, M.Atəşin “Şərəfin sandığı”, Y.Onilin “Qarağaclar altında məhəbbət”, mərhum rejissor Rövşən Almuradlının xatirəsinə ithafən M.B.Marinyenin “Oğru” tamaşaları var.
Bunlardan əlavə, teatrın kollektivi Nizami Gəncəvinin yubileyi ilə bağlı yeni tamaşa hazırlamaq fikrindədir.
Akif ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!