02 Fevral 2024 16:56
1231
CƏMİYYƏT
A- A+
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

 

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA) ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığı arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə SOMDA-nın nümayəndə heyəti Türkiyənin Ankara, Zonquldağ və İstanbul şəhərlərində səfərdə olublar.

Dövlət Agentliyinin nümayəndə heyətini polkovnik Qəmərli Ceyhun, polkovnik-leytenant Abıyev Anar, mayor Mustafayev Anar və leytenant Nağıyev Rüstəm təmsil ediblər.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, Ankara şəhərində Jandarma Baş Komandanlığında Strateji və xarici əlaqələr rəhbəri general-leytenant Nail İlbəy, Mühafizə idarəsinin rəisi polkovnik Tolqa Gemrek və digər yüksək rütbəli zabitlərlə görüşlər keçirilərək Jandarma rəhbərliyinə SOMDA haqqında ətraflı məlumat verilib, əlaqələrin mövcud vəziyyəti və daha da inkişaf etdirilməsi müzakirə olunub.

Səfər çərçivəsində Jandarma Komando Xüsusi Asayiş Birliyində (JÖAK) JÖAK rəisi general-mayor Yusuf Aslan, Jandarma komandanlığının Aviasiya qüvvələri rəisi general-mayor Ferrux Taraxtaş, BOTAŞ-ın (Boru Kəməri Neft Nəqliyyatı Anoniş Şirkəti) rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirilib, terrorla mübarizə, eləcə də hədəflərin havadan kəşfiyyatı, müşahidəsi və zərərsizləşdirilməsi kimi əhəmiyyətli vəzifələr haqqında müzakirələr aparılıb, BOTAŞ (Boru Kəməri Neft Nəqliyyatı Anonim Şirkəti) şirkətinin qaz idxalı, ixracı, saxlanması və ötürülməsi sahəsində fəaliyyəti ilə tanış olublar. Nümayəndə heyəti TransAnadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin müzakirə olunduğu ofisinə də baş çəkib, layihənin Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığında əhəmiyyətini vurğulayıb.

SOMDA-nın nümayəndə heyəti Zonquldağda ictimai asayişin qorunmasında və Filyos Təbii Qaz Emalı Terminalının mühafizəsində Jandarma Qüvvələrinin rolu ilə tanış olub. İstanbula səfər çərçivəsində şəhər Jandarma İdarəsinin rəisi general-leytenant Yusuf Kenan Topçu ilə görüşüb, İstanbul Yeni Hava Limanını və Topkapı Sarayını mühafizə edən obyektlərə baş çəkiblər. Səfər çərçivəsində İctimai asayişin təmin edilməsində, qaçaqmalçılığın qarşısının alınmasında və kritik yerlərin qorunmasında Jandarmın üzərinə düşən vəzifələr vurğulanıb.

Bütövlükdə səfərin məqsədi Azərbaycan və Türkiyə arasında müxtəlif strateji və təhlükəsizliklə bağlı sahələrdə əməkdaşlığı gücləndirmək və məlumat mübadiləsi aparmaq olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məkkədə Həcc ziyarəti başlayıb

18:49
26 May

Qan təzyiqinin tez-tez dəyişməsi beyin sağlamlığına mənfi təsir göstərə bilər

18:41
26 May

Uqandada Ebola virusuna yoluxanların sayı artıb

18:34
26 May

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

18:32
26 May

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

18:31
26 May

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq  

18:30
26 May

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

18:28
26 May

WUF13: Bakıdan dünyaya inkişaf mesajı

18:19
26 May

Körfəz ölkələri dron təhlükəsinə qarşı lazer silahlarına yönəlir

18:16
26 May

Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar olunub

18:13
26 May

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

18:10
26 May

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan  

18:09
26 May

Microsoft Dünya Çempionatı üçün hakaton keçirilib

18:08
26 May

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

18:04
26 May

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:03
26 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:59
26 May

ABŞ ordusu İranın qayıqlarına və zeni-raket qurğusuna zərbə endirib

17:59
26 May

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

17:51
26 May

“Sea Breeze”də çoxfunksiyalı idman infrastrukturunun inkişafı planlaşdırılır  

17:49
26 May

Örüş və otlaq sahələrinin idarə olunmasında yeni mərhələ: 480 min hektarda bərpa hədəfi

17:44
26 May

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

17:42
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!