25 Oktyabr 2025 09:40
1552
Mədəniyyət
A- A+
Sözü ucuzlaşdıran "söz sahibləri"

Sözü ucuzlaşdıran "söz sahibləri"


Dostlarımız olmasa, yəqin ki, günlərimiz darıxdırıcı keçər. Elə buna görə də özümüzə, sözümüzə uyğun dostlar tapırıq. Dost isə gərək "dosta tən gələ..." Belə olmayanda dostluğun ömrü qısa olur, yollar ayrılıq dayanacağına tez yaxınlaşır. 

Hamı kimi bizim də özümüzə bab dostlarımız var. Çoxu da qələm əhlidir. Amma hərə bir xüsusiyyətinə görə başqalarından fərqlənir. Arada-bərədə vaxt edəndə onların yazdıqlarını oxuyub yaradıcılıqlarından xəbər tuturuq. Həm maraqlı, həm də maraqsız yazıları olur. 

Yazar dostlarımızın özləri kimi yaradıcılıq yolları da bir-birinə bənzəmir, necə deyərlər, eyni ağacın meyvələri deyillər. Güclü, maraqlı yazanı da var, zəif uyduranı da. Tənqidçilər demiş, yaradıcılıqları başdan-başa rəngarəngdir. Rəngarənglik də adamın başını yaman qatır, darıxmağa qoymur. 

Dostlarımın arasında bir şairimiz var. İmzasına baxmasan, deyərsən dahidir -misraları bulaq suyu kimi qəlbindən süzülüb gəlir.  Necə deyərlər, yazdığı şeirə möhrünü vurur. Başqa bir şair dostum da var ki, onun tam əksidir. Oxuyan kimi fikirləşirsən ki, ondan başqa kimsə belə mənasız misraları kağıza köçürməz. Həmin şair dostumuz özü yaxşı oğlan olsa da, nədənsə şeirləri o qədər də yaxşı deyil. Amma utandığımızdan bunları onun özünə deyə bilmirik. Qorxuruq ki, küsər, inciyər. Ona görə də şeirlərinin necəliyini soruşanda baş barmağımızı yuxarı qaldırırıq. İşarəmizi görəndə kefi xeyli durulur, üzündə təbəssüm yaranır, sanki telləri öz-özünə daranır.  

Adını çəkmək istəmədiyim bu şair dostumuz isə şeirlə kifayətlənmir. Yaradıcılığı vulkan kimi püskürüb aşıb-daşanda, beyninə babat mövzunun toxumu düşəndə hekayədən-zaddan da qaralayır. Lakin bir iş var ki, hekayələri də şeirlərinə oxşayır, mənasını, məramını özündən başqa kimsə bilmir. İnsafən deyək ki, dostumuzun hekayələrinin mövzusu maraqlı olur. Girişini də əla toxuyur, ilmələri yerində vurur. Buna görə də oxucunun diqqətini tez cəlb edir. Lakin mövzunu axıra qədər maraqla davam etdirə bilmir. Elə bil istedadını yarıyolda əlindən salıb itirir, ilmələri barmaqlarının arasından sürüşüb çıxır. Buna görə hekayə olur maraqsız. Maraqsız hekayəni də indi heç kim oxumur. 

Amma nə olsun, dostumuzun ildə 3-4 kitabı çıxır, baxmayaraq ki, onların 5-6 vərəqini oxuyandan sonra vaxtımızı səmərəli işlərə sərf etmək qərarına gəlirik. Yeri gəlmişkən, yalan-gerçək tanınan tənqidçilərdən biri dostumuzun yaradıcılığını az-çox araşdırandan sonra bu qənaətə gəlib ki, o, düşünmədən yazır. Sərt olsa da, düz deyir. Doğrudan da, kimsə ildə üç-dörd kitab yazırsa, deməli, düşünmür, ağzına və ağlına nə gəlir səpələyir vərəqlərin üstünə, yəni düşünməyə və düşündürməyə vaxtı qalmır. Bu başqa söhbətdir ki, buna istedadı var ya yox. Yəqin ki, yoxdur, olsaydı, indiyəcən üzə çıxardı. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!