27 Yanvar 2022 00:16
5911
SİYASƏT
A- A+
Sovet rejiminə qarşı üsyanlar

Sovet rejiminə qarşı üsyanlar

 

1920-ci il mayın 29-da Şuşa qəzasında bolşeviklərlə əlbir olan ermənilər 30 Azərbaycan kəndini yandırdılar. Bu zaman çoxlu qadın və uşaq öldürüldü. Azərbaycanlı əhali içərisində sovet hakimiyyətinin nüfuzdan düşməsi haqqında N.Nərimanovun Moskvaya göndərdiyi həyəcan dolu məktublara məhəl belə qoyulmadı. Çünki mərkəz Azərbaycanda nələr törədildiyini yaxşı bilirdi. Bütün bunlar çox qısa müddətdə sovet rejiminə qarşı üsyanlara səbəb oldu.

Sovet işğal rejiminə qarşı ilk və ən böyük üsyan Gəncədə baş verdi. Bolşeviklər Gəncədəki Milli Ordu hissələrini ləğv etmək istəyirdilər. Əsgərlərimizin tərk-silah edilməsi haqqında qərar şəhərdə böyük narazılıqla qarşılandı. 1920-ci il mayın 25-də üsyan başlandı. Üsyanda Milli Ordu hissələri ilə yanaşı, Gəncə şəhərinin on min nəfərdən çox sakini də iştirak edirdi. Üsyana rəhbərlik etmək üçün Hərbi Şura yaradıldı. Şuraya Milli Ordunun generalları Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları daxil idilər. Üsyançılar ilk hücumla dəmir yolu stansiyasını ələ keçirdilər. Gəncə şəhərinin böyük bir hissəsi bir həftə üsyançıların nəzarəti altında qaldı. XI Ordunun rəhbərliyi üsyanı yatırmaq üçün digər bölgələrdən böyük qoşun birləşmələrini Gəncə ətrafına topladı. Ağır toplardan və zirehli qatarlardan da istifadə edib mayın 31-də düşmən Gəncə şəhəri üzərinə hücuma keçdi. Rus ordusuna çox güclü müqavimət göstərilsə də, qüvvələr nisbətinin qeyri-bərabərliyi üzündən üsyan yatırıldı. Xalq hərəkatı qan dəryasında boğuldu.

 Üsyan yatırılandan sonra Milli Ordunun çoxlu sayda yüksəkrütbəli zabiti, o cümlədən 12 generalı həbs edildi. Onlar Bakıya gətirilərək Nargin adasında qətlə yetirildilər. Azərbaycan ziyalılarından görkəmli maarif xadimi Firudin bəy Köçərli və minlərlə ziyalı XI Ordunun xüsusi şöbəsi tərəfindən güllələndilər. Gəncə şəhəri rus əsgərləri və onlarla əlbir olan ermənilər tərəfindən üç gün qarət edildi. On üç min nəfərdən çox dinc sakin qətlə yetirildi. Gəncə üsyanı sovet Rusiyasını bərk qorxuya saldı. Həmin dövrdə Azərbaycana çoxlu əlavə hərbi qüvvələr göndərildi.

 XI Ordunun xüsusi şöbəsinin Azərbaycanda fəaliyyəti ilə əlaqədar M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov idi. Pankratovun əmri fövqündə bir əmr yox idi”. XI Ordunun siyasi şöbəsinin rəisi olmuş bu amansız insanın başçılığı altında olan xüsusi şöbədə çoxlu sayda erməni millətindən olan daşnaklar fəaliyyət göstərirdilər. O zaman A.Mikoyan Azərbaycan xalqının düşmənlərinin mənəvi dayağına çevrilmişdi.

Bolşeviklərin Azərbaycan Milli Ordusuna qarşı olan etimadsızlığı getdikcə onun tamamilə ləğv olunması haqqında qəti qərarın verilməsinə gətirib çıxartdı. Milli Ordumuzun əsas hissəsi - Cavanşir, Ağdam, Tatar, Şəki süvari alayları, Bakı piyada alayı və iki topçu divizionu Qarabağ bölgəsində yerləşirdi. Erməni qiyamlarına və təcavüzünə qarşı yerləşdirilmiş bu qüvvələr qəzalarda XI Ordunun və bolşeviklərin yeni hakimiyyətinin yerli türk-müsəlman əhalisinə qarşı etdikləri özbaşınalığa biganə qalmır və onların qarşısını almağa çalışırdı. Bu isə böyük münaqişələrə gətirib çıxarırdı. Hərbi bölmələrin tərkibində altı min nəfərə qədər əsgər var idi. Əslində, bu hərbi hissələr Qarabağa tam nəzarət etməklə bolşevik hakimiyyətinin nüfuzunu heçə endirmişdilər. Buna görə də sovet Rusiyasının hərbi komandanlığı XI Ordunun Qarabağda olan hərbi hissələri qarşısında Azərbaycanın ordu bölmələrini tərk-silah etmək vəzifəsini qoymuşdu.

Azərbaycan ərazisində XI Ordunun hərbi hissələrinə qarşı ilk üsyan Qarabağın Tərtər bölgəsində başladı. 1920-ci il may ayının 21-də Tərtərdə olan XI Ordunun 32-ci piyada diviziyasının 282-ci alayı yerini XI Ordunun digər hissələrinə verərkən Azərbaycan Milli Ordusunun III Şəki süvari alayına məxsus atları aparmaq istəmişlər. Azərbaycanın milli qüvvələri müqavimət göstərmişlər. XI Ordunun döyüşçüləri top atəşindən istifadə edərək atları aparmağa çalışmışlar. Şəki III süvari alayı məcbur olub 32-ci piyada diviziyasının 282-ci alayının əsgərlərini qırmışdılar.

Beləliklə, sovet rejiminə qarşı ikinci böyük üsyan 1920-ci il mayın 29-da Qarabağda başlanmışdı. XI Qızıl ordunun müdaxiləsi zamanı Milli Ordumuzun piyada və atlı alayları bu bölgəni öz nəzarətində saxlamaqda davam edirdi. Azərbaycan əsgərləri iyunun 5-də Tərtər, Ağdam və Şuşada savaşa girərək düşməni böyük tələfata uğratdılar. O zaman üsyana Nuru paşa başçılıq edirdi.

Yuxarı Qarabağda daşnaklar rus ordusu ilə əlbir hərəkət edirdilər. Onlar vəziyyətdən istifadə edib əzəli Azərbaycan torpağı olan Qarabağı ələ keçirmək istəyirdilər. Şuşa əhalisini üsyana qaldıran səbəblərdən biri də bu idi. XI Qızıl ordunun II süvari korpusu və 32-ci atıcı diviziyasının hissələri iyunun 10-da Qarabağ üsyançıları üzərinə hücuma keçdilər. XI Ordunun hərbi hissələri Qarabağ üsyançılarının və Azərbaycan Milli Ordu əsgərlərinin müqavimətini ağır səhra topları və zirehli avtomaşınların köməyi ilə dağıdaraq Bərdəni və Tərtəri ələ keçirdilər. Əsgərlər geri çəkilməyə məcbur olan yerli əhaliyə amansız divan tutur, yol kənarında yerləşən bəylik kəndlərini yandırırdılar.

Onlar Qarabağın Bərdə bölgəsində yerləşən Köçərli, Şahvəllər, İmirli, Tərtərin Sarıcalı, Qaraqoyunlu, Ağdamın Sarıcalı-Quzanlı kəndi ətrafında yerləşmiş Soflu, Aslanbəyli, Salahbəyli, Hüseynbəyli Sarıcalısı adlanan kəndlərini, Bərdə, Ağdam yoluna yaxın olan Qarvənd, Nəmirli kəndlərində olan abad bəy evlərini qarət edib yandırdılar. Azərbaycan Milli Ordusunun inadlı müqavimətinə baxmayaraq, XI Ordunun hərbi qüvvələri iyunun 11-də Ağdamı, iyunun 14-də Xankəndini və Şuşanı ələ keçirdilər. XI ordunun xüsusi şöbəsi və İnqilab Komitələri türk-müsəlman əhalisinə qarşı terrora keçərək Azərbaycan Milli Ordusunun 12 generalını, 27 polkovnik və podpolkovniki, 46 kapitan və ştabs-kapitanı, poruçik və podporuçik, 146 praporşik, 266 nəfər başqa hərbi işçiləri güllələmişlər. 1920-ci il aprel ayının 28-dən 1921-ci ilin avqustuna kimi Azərbaycanda 48 min adam qırmızı terrorun qurbanı olmuşdur.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!