18 Aprel 2025 18:21
544
CƏMİYYƏT
A- A+
Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək  

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək  


Ölkəmizdə vətəndaş rifahına xidmət edən islahatlar davam etdirilir. Prezident İlham Əliyevin tapşırıqları əsasında 2025-ci ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılıb: minimum əməkhaqqının 16 faiz artımla 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib. Yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sosial ödənişlərin artırılması ilə yanaşı, sosial rifahda mühüm amil olan məşğulluğun təminatına yönələn proqramların getdikcə daha da genişləndirilməsinin, dövlət sosial xidmətlərində innovativ həllərin geniş tətbiqi işlərinin davam etdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

İclasda nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 milyon manat çox olmaqla 2 milyard 14 milyon manat, xərclərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 milyon manat artaraq 1 milyard 864 milyon manat təşkil etdiyi bildirilib. Həmin dövrdə pensiya ödənişlərinə də ötən ilin müvafiq dövrünə nisbətən 156 milyon manat və ya 10 faiz çox olmaqla 1 milyard 768 milyon manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 milyon manat, 402 min nəfərə Prezident təqaüdləri olaraq 173 milyon manat ödənildiyi qeyd olunub.

Cari ilin birinci rübündə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 84,7 min şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyi, o cümlədən 27,2 min şəxsin işlə təminatının həyata keçirildiyi, 1195 şəxsin özünüməşğulluq proqramına, 1221 işsiz şəxsin peşə kurslarına, 55,1 min şəxsin peşəyönümü xidmətlərinə cəlb edildiyi bildirilib.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabat dövründə əmək münasibətləri üzrə innovativ nəzarət mexanizmlərinin tətbiqi, habelə elektron əmək müqaviləsinə keçid sahəsində gördüyü işlər qeyd edilib. Eləcə də əməkhaqqı və digər sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirildiyinin müəyyən edildiyi, həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin, işdən qanunsuz çıxarılmış 17 nəfərin əvvəlki işlərinə bərpasının təmin edildiyi diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, DOST Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübündə görülən işlərdən bəhs olunub. Həmin dövrdə 3,4 min tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərildiyi, sosial xidmət müəssisələrində 2,3 min şəxsin xidmətlə təmin edildiyi, daha 32 uşağın övladlığa və 9 uşağın himayədar ailələrə verildiyi diqqətə çatdırılıb.

Həmin dövrdə 213 min, ümumən ötən dövrdə 3,4 milyon vətəndaşın DOST mərkəzlərinin xidmətlərindən yararlandığı, həmin xidmətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirildiyi qeyd edilib.

Yanvar-mart aylarında 11,6 min şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 27,9 min şəxsin reabilitasiya xidmətləri, 4,5 min şəxsin 29,4 min reabilitasiya vasitəsi ilə təmin edildiyi diqqətə çatdırılıb.

İclasda sənədlərlə və vətəndaş müraciətləri ilə iş, vətəndaşların qəbulu və s. sahələrdə ilk rüb ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!