“SOCAR Turkey”in törəmə şirkətləri təbii qaz paylanması avadanlığını 3D çap texnologiyası ilə istehsal edəcək
“SOCAR Turkey”in törəmə şirkətləri “Kayserigaz” və “Bursagaz” müştərək bir tədqiqat və inkişaf layihəsinə başlayıb. Etibarlı, ətraf mühitə ziyan vurmayan və iqtisadi cəhətdən səmərəli, təbii qaz xidmətlərini ən yüksək və keyfiyyətli səviyyədə həyata keçirmək məqsədilə “3D Çap Texnologiyaları ilə Təbii Qaz Paylanmasında İstifadə Olunacaq Avadanlıqların İstehsalının Tədqiqatı Layihəsi”ni reallaşdırıb.
SOCAR-dan AZƏRTAC-bildirilib ki, Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) təsdiqi ilə başlayan işlər çərçivəsində təbii qaz paylanmasında istifadə olunan avadanlıq və hissələrin 3D çap texnologiyası ilə istehsalı üçün proqram təminatının işlənib hazırlanması planlaşdırılır.
“SOCAR Turkey” Təbii Qaz Bölümünün Tarif, İnvestisiya və Səhmdar Münasibətləri üzrə direktoru Ertan Yıldız təbii qaz paylayan şirkətlərin inventarındakı bütün hissələrin üçölçülü çap texnologiyası ilə proqramlaşdırılaraq istehsalını nəzərdə tutan bu layihənin əhəmiyyətli üstünlüklər yaradacağını bildirərək deyib: “Yeni paylayıcı şəbəkələrin yaradılması və ya mövcud şəbəkələrin yenidən qurulması zamanı çoxlu material istifadə olunur. Bu materialların təchizatında və daşınmasında bəzən problemlər meydana çıxır. Bəzi avadanlıqların xərci çox olur. 3D çap texnologiyası ilə alternativ istehsala başlayaraq daha az məsrəfli, daha sürətli və anbarlara ehtiyac olmadan material təchizatı mümkün olacaq. Şirkətlərin xərcləri azalacaq, yeni şəbəkələrin yaradılması və mövcud olanların yenidən qurulması müddəti qısalacaq.
3D alternativ çap texnologiyalarından biridir. Bu texnologiya vasitəsilə kompüterdən rəqəmsal olaraq alınan məlumatlar əsasında üçölçülü əşyalar istehsal olunur. Burada material seçimi çoxçeşidli və zəngindir: plastik, metal, keramik, biomateriallardan istifadə olunur. Bundan başqa, fərqli çap proseslərinə malik müxtəlif 3D printerlər mövcuddur. Bu baxımdan stereolitoqrafik, DLP, püskürtmə/FDM, SDL, EBM çap texnologiyalarını göstərə bilərik. Hətta bu texnologiyalardan istifadə etməklə insanlar ev-məişət əşyalarını və onların ehtiyat hissələrini belə yarada bilərlər. Biz də ehtiyacımız olan hissələri 3D çap texnologiyası vasitəsilə istehsal etməyi planlaşdırırıq”.
Hazırda 3D çap texnologiyası ilə avadanlıq istehsalını ətraflı təhlil etdiklərini bildirən E.Yıldız istehsal olunacaq hissələrin xərcinin infrastruktur qurulması və ya xidmət alınması vasitəsilə müəyyən ediləcəyini bildirib. Onun dediyinə görə, tədqiqatların sonunda əldə edilən nəticələrə görə çox meyarlı qərarvermə modellərinin istifadə olunduğu, bulud əsaslı hissə təchizatı üçün tövsiyə və informasiya sistemi proqramları təkmilləşdiriləcək, son mərhələdə isə təkmilləşmiş proqram təminatı ilə istehsala başlanılacaq.
Tədqiqat işlərinə tam sürətlə davam edən “Kayserigaz”ın işləyib hazırladığı və EPDK tərəfindən təsdiqlənmiş iki fərqli tədqiqat layihəsi də uğurla tamamlanaraq tətbiqə verildi. Təbii qaz sayğaclarının avtomatik oxunması layihəsi artıq reallaşdırılmağa başlandı. “Robot Tədqiqatı və İnkişafı Layihəsi” çərçivəsində isə quruma daxil olan informasiya sorğularına robot vasitəsilə cavab verilməsi üçün yeni bir sistem yaradıldı. “Bursagaz” ilə birgə hazırlanan bu sistem hər iki şirkətdə istifadə olunur.
“Bursagaz”ın 2019-cu ildə EPDK tərəfindən təsdiqlənən iki fərqli Tədqiqat layihəsi də sona çatmaq üzrədir. Paylayıcı şəbəkələrin istehsal proseslərində daha etibarlı və səmərəli işləməsinə imkan yaradacaq “Kompozit Layihəsi” çərçivəsində polad boruya alternativ olaraq kompozit boru istehsal olunur. Daha davamlı və çevik olan bu borunun istehsalı texniki standartlaşma sınaqlarından sonra tamamlanacaq. Fiziki çatışmazlıqların və çətin şəraitin olduğu hallarda qazın uzaqdan idarə ilə kəsilməsini hədəfləyən “Uzaqdan Qaz Kəsmə Layihəsi” isə pilot tədbirlərin ardınca tətbiqə veriləcək.
Ötən il EPDK-nın təsdiqini alan “İkitərəfli Xidmət T Layihəsi” və “Ağıllı Daxili Təsisat Layihəsi” üçün çalışmalar isə davam edir. “İkitərəfli Xidmət T Layihəsi”ndə ikitərəfli xidmət bağlantısının işlənib hazırlanmasında məqsəd şəbəkənin ana xəttində daha az ara vasitənin istifadə olunması, bununla da sızma riskinin azaldılmasıdır. “Ağıllı Daxili Təsisat Layihəsi”ndə isə məqsəd ictimai qurumların qaz təhvili stansiyalarında SCADA sistemindən istifadə etməklə təcili hallarda, yanğın, qaz sızmaları və buna oxşar hadisələr zamanı uzaqdan və ya avtomatik şəkildə qaz təchizatının kəsilərək etibarlı və davamlı qaz təchizatının təmin olunmasıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
Ramil Quliyevdən zədədən qayıtdıqdan sonra İLK
04 May
Everesti fəth etmək üçün icazələrin sayı azalacaq
04 May
Azərbaycan Premyer Liqasında XXXIII tur start götürür
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!