01 Sentyabr 2025 14:44
471
DÜNYA
A- A+
ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb  

ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb  


Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, dövlət və hökumət başçıları Tiencin Bəyannaməsini imzalayıblar.

İmzalanan sənədlər arasında 2035-ci ilə qədər İnkişaf Strategiyası, təşkilata üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramı, 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsi, Laos Xalq Demokratik Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında qərar, ŞƏT-in Müstəqil Dövlətlər Birliyində müşahidəçi statusu alması haqqında qərar, “Şanxay Əməkdaşlıq Təşkilatının tərəfdaşı” statusu haqqında qərar, Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərinin 2025-2026-cı illərdə Şanxay Əməkdaşlıq Təşkilatının turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında qərar, sənədləri imzalamaqla bağlı ŞƏT Baş katibinin səlahiyyətləri haqqında qərar, Şanxay Əməkdaşlıq Təşkilatı Katibliyinin Çin Xalq Respublikasında qalma şərtləri haqqında 2004-cü il 17 iyun tarixli Sazişə əlavə Protokol, Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyi və “Roskonqres” Fondu arasında Anlaşma Memorandumu; təşkilatın Regional Antiterror Strukturunun 2024-cü ildə fəaliyyəti haqqında Regional Antiterror Strukturu Şurasının hesabatı, üzv dövlətlər arasında Şanxay Əməkdaşlıq Təşkilatının Narkotiklərlə Mübarizə Mərkəzi haqqında Saziş, üzv dövlətlər arasında təhlükəsizlik çağırışlarına və təhdidlərinə qarşı mübarizə üzrə Universal Mərkəz haqqında Saziş, İkinci Dünya müharibəsinin bitməsinin və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü ilə bağlı bəyanat, Rəqəmsal İqtisadiyyatda Əməkdaşlığın Gücləndirilməsinə və Dayanıqlı Enerji İnkişafına dair bəyanatlar, “yaşıl” sənaye sahəsində əməkdaşlığa dair saziş, süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə dair bəyanat, çoxtərəfli ticarət sisteminin dəstəklənməsinə və dünya narkotik probleminin effektiv həlli və ona qarşı mübarizə haqqında bəyanatlar, elmi, texnoloji və innovasiya sahəsində əməkdaşlıq haqqında saziş, üzv dövlətlərin səlahiyyətli nazirlik və idarələrinin rəhbərlərinin davamlı inkişaf sahəsində investisiya əməkdaşlığının gücləndirilməsinə dair bəyanatı, ŞƏT və Çin Xalq Respublikası Hökuməti arasında Şanxay Əməkdaşlıq Təşkilatı Katibliyinin Çin Xalq Respublikasında qalma şərtləri haqqında Sazişə 17 iyun 2004-cü il tarixli Protokol var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!