24 Oktyabr 2025 09:10
549
CƏMİYYƏT
A- A+
Şəhidliyi ilə əbədi Yaşar oldu

Şəhidliyi ilə əbədi Yaşar oldu


Ötən hər gün bizi Vətən savaşında qazanılan Zəfərin 5-ci ildönümünə  yaxınlaşdırır. Və bu günlər xalqımız həmin savaşda  canlarından keçən şəhidləri anır, onların həyat və döyüş yollarına nəzər salır.

 Yurdumuzun azadlığı uğrunda şəhid olan oğullarımızdan biri də zabit Yaşar Füzuli oğlu Sadıqovdur. Y.Sadıqov 10 avqust 1975-ci ildə Füzulinin Bala Bəhmənli kəndində dünyaya göz açıb. Kiçik yaşlarından hərbi sahəyə böyük maraq göstərib. Bu maraq 1991-ci ildə onu Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) aparıb. Yaşar dörd il bu ali hərbi təhsil ocağında oxuyub. Bu müddət ərzində hərbin sirlərinə və döyüş vərdişlərinə dərindən yiyələnib. Necə deyərlər, zəfərlər, qələbələr qazanmaq üçün zabit kimi özünü gələcək xidmətə hazırlayıb.

1993-cü il dekabr ayının son günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında "Horadiz əməliyyatı" adlanan əməliyyat başlananda Yaşar kursant idi, hərbi təhsil alırdı. O, çox çalışsa da, kursant taborunun komandirinə, məktəb rəisinə doğma rayonlarının düşmən işğalından azad edilməsi uğrunda könüllü olaraq döyüşlərə getmək üçün müraciət etsə də, müsbət cavab ala bilməyib. Bundan çox təəssüflənən Yaşarı 1994-cü il yanvar ayının ilk günlərində Füzuli və Cəbrayıl rayonları istiqamətində Horadiz qəsəbəsi də daxil olmaqla 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi xəbəri sevindirib. Amma bu uğurlu döyüşlərdə iştirak etmədiyinə görə çox təəssüflənib.

Hərbi təhsilini başa vurduqdan sonra Yaşar Sadıqov 1995-ci ildə gənc zabit kimi  Azərbaycan Ordusunun sıralarında Naxçıvan Muxtar Respublikasında xidmətə başlayıb. Həmin günlər ordu quruculuğunda olduqca mühüm islahatlar həyata keçirilirdi. Yaşar da gənc zabit kimi uğurla aparılan bu quruculuq işlərində fəal iştirak edib. Buna görə də bacarığı və peşəkarlığı ilə taqım komandiri vəzifəsindən hərbi hissənin kəşfiyyat bölməsinin zabiti vəzifəsinədək yüksəlib. Nümunəvi xidməti ilə həmişə komandanlığın rəğbətini, tabeliyində olanların isə böyük sevgisini qazanıb.

 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda ilk döyüşə atılanlardan biri də zabit Yaşar Sadıqov olub. Müharibənin ilk günündə təcrübəli zabit döyüşə yollanacaq şəxsi heyəti təcili olaraq ətrafına toplayaraq onlarla dəyərli söhbətlər aparıb. Bildirib ki, İkinci Qarabağ müharibəsində biz torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoymalıyıq, cəsarətlə, igidliklə vuruşmalıyıq, nəyin bahasına olursa olsun, torpaqlarımızı düşmənlərdən təmizləməli, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməliyik. 

Zabit Yaşar Sadıqov Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Təəssüflər olsun ki, onun döyüş yolu qısa olub. Amma bu qısa döyüş yolunda da gələcək nəsillərə nümunə olacaq böyük igidlik və qəhrəmanlıqlar göstərib. Onun rəhbərliyi altında düşmənin bir neçə strateji mövqeyi  darmadağın edilib, neçə-neçə hərbi texnikası sıradan çıxarılıb. Lakin növbəti əməliyyatların birində igid zabit bir neçə cəsur silahdaşı ilə bərabər şəhid olub. Yaşar oktyabr ayının 2-də Murovdağ döyüşləri zamanı Ömər aşırımı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Uzun müddət onun nəşini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Nəhayət,  2021-ci il fevralın 26-da şəhidin döyüş bölgələrindən nəşi çıxarılaraq Bakıya gətirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinin ehtiramla qeyd olunduğu bir vaxtda İkinci Şəhidlər xiyabanında (indi - Hərbi Memorial Məzarlıq) son mənzilə yola salınıb.

Şəhidin iki övladı yadigar qalıb. Bu gün onlar atalarının qəhrəmanlığı ilə qürur duyurlar.  

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə zabit Yaşar Füzuli oğlu Sadıqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin atası Füzuli Sadıqov həmişə oğlu ilə fəxr etdiyini, qürur duyduğunu bildirir. Deyir ki, üstündən illər keçsə də, Yaşarın ölümünə inanmır: "Elə bilirəm ki, oğlum yenə də döyüşdədir. Yenə də Murovdağın zirvəsində erməni işğalçıları ilə vuruşur, torpaqlarımızı yağılardan qoruyur. Getdiyi kimi günlərin birində də qayıdıb gələcək". 

Xalqımız müstəqilliyi və suverenliyi uğrunda şəhid olan övladlarını heç vaxt unutmur, onların xatirəsini ehtiramla yad edir. Ailə üzvləri, doğmaları, döyüşçü yoldaşları Yaşar Sadıqovun  məzarını tez-tez ziyarət edir, ruhuna dualar oxuyurlar. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!