18 İyul 2024 09:05
2247
Oxucu məktubları
A- A+
"Şəfa" sanatoriyası məmnunluq hissi yaradır

"Şəfa" sanatoriyası məmnunluq hissi yaradır

 

İl boyu işlə-güclə məşğul oluruq, istirahət haqqında fikirləşməyə zaman belə qalmır. İxtisasca həkim olduğuma görə insanların sağlamlığının qeydinə qalmaq, onların səhhətini normallaşdırmaq bizim vəzifə borcumuzdur.

Bir neçə il bundan əvvəl özümü yorğun və üzgün hiss etdim. Respublika Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək göndərişlə ailəliklə Qusardakı "Şəfa" sanatoriyasına gəldik.

Neçə ildir hər il yay dövründə bura gəlirik. Respublikanın müxtəlif bölgələrində çalışan həkimlərlə görüşməyin özü bir münasibətdir. Yeddi gün ərzində müalicə prosedurları, idman hərəkətləri, normal qidalanma itirdiyin enerjini sənə qaytarır.

Burada əraziyə yaxın olan görməli yerlərə ekskursiyalar təşkil edilir. Şahdağa, Qusar və Quba rayonlarının görməli yerlərinə təşkil olunan ekskursiyalar isə böyüyün də, kiçiyin də ürəyincə olur. Beləliklə, müalicə və istirahətə gələnlər eyni zamanda ölkəmizin şimal bölgəsinin tarixi və inkişafı ilə də yaxından tanış olmaq imkanı qazanırlar. Xınalıq, Təngəaltı kəndləri, Laza şəlalələri, tarixi abidələrin ziyarəti bu bölgə barədə məlumatımızı daha da zənginləşdirir.

Burada futbol həvəskarları da darıxmırlar. Turistlərin ixtiyarında olan futbol meydançasında kiçik komandalarla yarışlar təşkil olunur, axşamlar isə bir yerə yığışıb dünya arenasında keçirilən oyunları da seyr edirlər.

Bu sanatoriya həm də tanışlıq mərkəzidir. Üzünü illərlə görmədiyimiz tələbə yoldaşlarımızla burada rastlaşırıq. Hələ tibbi təcrübəmizin bölüşməyini demirəm. Dostlarımızla istirahət vaxtlarında elmin yeniliklərindən söhbət açır, fikir mübadiləsi aparırıq.

Yeddi günlük istirahətimizdə bizim qazancımız yenidən fəaliyyət üçün enerji toplamaq, yeni dostlar qazanmaq və cansağlığıdır.

Hörmətli redaksiya, sizin vasitənizlə bu rahatlığı bizim üçün yaradan bütün  "Şəfa"çılara təşəkkür edirik. Var olsunlar!

 

Sevinc ƏHMƏDOVA,

Qusar rayonu

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

14:03
12 Oktyabr

Marburq qızdırmasından 13 nəfər öldü

13:46
12 Oktyabr

İtaliyada dəmiryolçuların tətili başlayır

13:33
12 Oktyabr

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

13:21
12 Oktyabr

100 il əvvəl itkin düşmüş alpinistdən xəbər var

13:13
12 Oktyabr

Maykl Jordanın əşyaları hərraca çıxarılır  

13:11
12 Oktyabr

Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir  

13:03
12 Oktyabr

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

12:44
12 Oktyabr

Şimali Koreyadan Rusiyaya əsgər göndərilir

12:25
12 Oktyabr

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

12:22
12 Oktyabr

Tramp o şəxslərə ölüm cəzası istədi

12:13
12 Oktyabr

Süni zəka modelləri Yerə ciddi zərər vura bilər

11:40
12 Oktyabr

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

11:38
12 Oktyabr

ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun

11:24
12 Oktyabr

“Whatsapp”ın yeni funksiyası

11:11
12 Oktyabr

Azərbaycan neftinin bahalaşması davam edir

11:09
12 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

11:06
12 Oktyabr

“Boeing” işçilərini ixtisar edir

11:01
12 Oktyabr

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

10:57
12 Oktyabr

Ötən gün 48 cinayətin üstü açılıb

10:39
12 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:34
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!