14 Fevral 2024 10:15
1156
Mədəniyyət
A- A+
Sazlı-sözlü kəlağayı mədəniyyətimizin bir parçasıdır

Sazlı-sözlü kəlağayı mədəniyyətimizin bir parçasıdır

 

İnsan nə qədər yaşa dolsa da, uzun illər ömür sürsə də, keçmişindən ayrılmır, onu tez-tez xatırlayır. Xatırladıqca da sanki zaman məsafəsi qısalır, addım-addım ona yaxınlaşır, əlçatan olur. Olanlar, keçənlər daim gözləri önündə canlanır. 
Güllü Eldar Tomarlı (Alıyeva) da  keçmişini qadınlarımızın qədim baş geyimi olan kəlağayıya sevgidə tapıb. Evində kəlağayı muzeyi yaradıb. Muzeyi zənginləşdirmək üçün xeyli axtarışlar aparıb, el-el, oba-oba gəzərək ən qədim kəlağayı nümunələrini, qədim əşyaları toplayıb. 
Güllü xanım Gürcüstan Respublikasının Rustavi şəhərində dünyaya göz açıb. Uzun müddət bu şəhərdə yaşayıb, təhsil alıb. Sonra tale onu Azərbaycana gətirib. Dörd uşaq anası olan Güllü Alıyeva bu gün həyatının ən gözəl günlərini yaşayır. Övladları ilə bərabər evində düzəltdiyi kəlağayı muzeyinə də elə övlad qayğısı göstərir. Kəlağayını hər yerdə təbliğ edir, onu gənc nəslə sevdirməyə çalışır. Müxtəlif səpkili tədbirlər keçirir, maarifləndirmə işləri aparır. Hazırda onun muzeyində 200-dən çox kəlağayı nümayiş etdirilir. Kəlağayıdan başqa muzeydə qədim geyimlər, xalça toxuyan dəzgah, neçə illərdən qalan alət və avadanlıqlar da var. Güllü Alıyevanın milli baş örpəyimiz olan kəlağayının mədəniyyətimizdəki, mənəviyyatımızdakı, şərəfli tariximizdəki, xalqımızın dünyagörüşündəki, adət-ənənələrindəki önəmindən bəhs edən dörd kitabı - "Azərbaycan kəlağayısı - min illərin yadigarı", "Kəlağayı əlvan, qıyqacı", "Anam kəlağaylı bir muğamıydı...", "Anam - kəlağaydı, kəlağay - anam..." işıq üzü görüb. 
Kəlağayıya sevgisinin haradan yarandığını soruşanda Güllü xanım xeyli düşünüb dedi ki, rəhmətlik Cahan nənəsi həmişə başına kəlağayı örtər, onu çox səliqəli saxlayardı: "Hərdən də nəvələrinə kəlağayının gözəlliyini vəsf edən bayatılar söyləyərdi. Nənəmin dilindən qopan bu bayatılar gün-gün, an-an kəlağayını bizə sevdirərdi. Bu sevginin təsirindəndir ki, kiçik yaşlarımdan kəlağayı örtməyə başladım. Nənəm rəhmətə getməzdən bir neçə gün əvvəl illərdən bəri başına örtdüyü sarı rəngli kəlağayısını səliqə ilə büküb mənə hədiyyə etdi. Dedi ki, bunu məndən yadigar saxlayarsan. Cahan nənəmin kəlağayısını da ən qiymətli eksponat kimi muzeyə qoymuşam". 
Söhbət zamanı Güllü Alıyevadan onu da öyrəndik ki, 24-28 noyabr 2014-cü ildə Parisdə keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin doqquzuncu sessiyasında  "Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması" UNESCO-nun  Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu əlamətdar  günlə əlaqədar olaraq  hər il 26 noyabr ölkəmizdə "Azərbaycan Kəlağayısı Günü" kimi qeyd olunur. Bu il həmin əlamətdar hadisənin 10-cu ildönümüdür. Bununla əlaqədar Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə  "Anam - kəlağaydı, kəlağay - anam..." kitabı nəşr olunub. 
Söhbət zamanı Güllü xanım kəlağayının yeni yaranmış formalarından, inkişafından böyük sevinclə danışdı. Ürəyindən keçən bir istəyi də dilə gətirdi. Dedi ki, mahir ustaların hazırladıqları yeni kəlağayıları görəndə uşaq kimi sevinirəm. Kəlağayı ilə bağlı bizim də bir arzu və istəyimiz var. İstəyirik ki, Zəfərimizin rəmzi olan Xarıbülbül kəlağayıları hazırlayaq. Hazırlayacağımız kəlağayıları Zəfər sevincini bizə yaşadan şəhidlərin analarına hədiyyə edək. Əgər dəstək olarsa, Zəfər kəlağayılarının istehsalını və satışını da təşkil etmək mümkündür. Satışdan əldə olunacaq vəsaiti isə kəlağayının təbliğinə xərcləyər, muzeyimizi daha da zənginləşdirərik. 
Güllü Alıyeva bu il Azərbaycanın ali təhsil ocaqlarında,  ümumtəhsil məktəblərində "Sazlı-sözlü kəlağayı günləri" adlı silsilə tədbirlər keçirməyi, sərgilər təşkil etməyi planlaşdırır. Bunun üçün Elm və Təhsil Nazirliyindən rəsmi razılıq da alıb. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!