Samuxlu fermerlər bu il daha çox taxıl istehsal etmək əzmindədirlər
Dünyanı cənginə almış koronavirus epidemiyası samuxlu fermerləri qətiyyən qorxutmur. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl etməklə hər gün əkin sahələrinə çıxır, bu il daha çox taxıl yetişdirmək uğrunda əzmlə mübarizə aparırlar.
Samux Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənovun verdiyi məlumata görə keçən il qazanılan uğurlar rayon taxılçılarını daha böyük uğurlara ruhlandırmışdır. Qeyd edək ki, 2019-cu ildə 9 min 623 hektarda taxıl yetişdirən fermerlər bu sahələrdən19 min 343 ton buğda, 12 min 699 ton isə arpa istehsal etdilər. Hər hektardan da məhsuldarlıq yüksək oldu. Belə ki, arpa sahələrinin hər hektarından 34,5 sentner, buğda sahələrindən isə 32,6 sentner məhsul götürüldü.
Öyrəndik ki, keçən ilki uğurlardan ruhlanan rayon taxılçıları cari ilin məhsulu üçün əkin sahələrini bir qədər də genişləndirərək 10 min 604 hektara çatdırmışlar. Onun 6min 62 hektarını buğda, 3 min365 hektarını isə arpa təşkil edir. Keçən ildən fərqli olaraq bu il xəsil sahələri də genişləndirilərək 777 hektara çatdırılmışdır.
Fermerlər səpilmiş taxıla aqrotexniki qaydalarda qulluq etməklə indidən bol məhsulun bünövrəsini qoyurlar. Artıq sahələrə birinci vegetasiya suyunun verilməsi başa çatdırılmışdır. İkinci vegetasiya suyunun verilməsi isə 3 min hektarda uğurla həyata keçirilmişdir. Hazırdafermerlər sahələrdə ziyanvericilərə və gəmiricilərə qarşı mübarizə aparmaqla yanaşı, yemləmə gübrəsinin verilməsini də həyata keçirirlər.
Rayonda ən çox taxıl əkən "Aqro DAİRY” MMC, "Regionaqro” MMCvə "Murovdağ” kəndli fermer təsərrüfatı bu il də daha çox taxıl istehsal etmək üçün bütün qüvvələri səfərbərliyə almışlar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!