17 Aprel 2024 19:14
261
DÜNYA
A- A+

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

 

Rusiya sülhməramlı kontingentinin (RSK) Qarabağdakı missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, çünki Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib.

O qeyd edib ki, RSK-nın missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, yəni, Rusiya hərbçilərinin artıq evə qayıtmaq vaxtı çatıb.

Deputat qeyd edib ki, indi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir.

Eyni zamanda, politoloq Aleksey Naumov bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağdakı antiterror əməliyyatından sonra Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib. O deyib ki, Qarabağın Azərbaycana qayıtmasından sonra Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür. “Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılılığı olmayan logistika zəncirləri (xatırladım ki, bu nəqliyyat zənciri Qərblə münasibətlər yaxşılaşacağı təqdirdə də gərəkli olacaq), birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərb təsirinin qarşısının alınmasından ibarətdir”, deyə - A.Naumov qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video