30 Sentyabr 2025 16:21
413
CƏMİYYƏT
A- A+
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə sahibkarlarla görüş keçirilib  

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə sahibkarlarla görüş keçirilib  


Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində bölgədə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə keçirilən tədbirdə qida, kənd təsərrüfatı, turizm, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları və mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunmuş tədbirə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar da qatılıblar.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Marsol Group”un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış ediblər. Çıxışlarda sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, bizneslər arasında əməkdaşlıq imkanları, sahibkarlıq fəaliyyəti üçün bölgənin iqtisadi potensialı barədə məlumat verilib.

Qeyd olunub ki, Şəki kənd təsərrüfatı, sənaye və turizm sahələrində güclü potensiala malikdir. Rayonun ipəkçilik, üzümçülük və meyvəçilik ənənələri bu gün müasir aqrar texnologiyalar və emal sənayesinin inkişafı ilə güclənir. Şəkinin mədəni irsi onu aparıcı turizm məkanına çevirib. İnfrastruktur layihələri və sahibkarlığa dəstək tədbirləri Şəkini investorlar üçün cəlbedici edir. Dövlət dəstəyi və sahibkarlığın inkişafı nəticəsində rayonda yeni təsərrüfatların qurulması məşğulluq səviyyəsini artırır.

Çıxışçılar tərəfindən, həmçinin yerli sahibkarların Bakıdan olan iş adamları ilə əməkdaşlığının genişləndirməsinə, yerli bazarların ehtiyaclarını və tələblərini dərindən araşdırmalarına, rəqəmsal iqtisadiyyatın imkanlardan maksimum istifadə etmələrinə, dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlılığa və bu imkanlardan istifadəyə dair tövsiyələr verilib.

Tədbir çərçivəsində sahibkarların maliyyə resurslarına çıxışı, lisenziyalar, gübrə idxalı, beynəlxalq yükdaşımalar, regionda fəaliyyət göstərən tədris müəssisəsinin inkişafına dəstək, vergi inzibatçılığı və s. istiqamətlər üzrə müraciətləri və təklifləri dinlənilib, qanunvericiliyin tələbləri və mövcud dəstək alətləri barədə izahat verilib, sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!