18 Sentyabr 2025 14:36
403
CƏMİYYƏT
A- A+
“Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusunda forum keçirilib  

“Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusunda forum keçirilib  


Sentyabrın 18-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə “Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusuna həsr olunan forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Anım Gününün beşinci ildönümü ərəfəsində “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, QDF-nin donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan xalqı üçün yaddaş sadəcə tarixin bir “simvolu” deyil, milli kimliyimizin, dözümlüyümüzün və müstəqilliyimizin təməlidir. Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib. Sovet repressiyalarından Birinci Qarabağ müharibəsinə, oradan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədəri həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.

“2020-ci ildə Vətən müharibəsi başa çatan kimi Prezident İlham Əliyev məhz Şəhidlər xiyabanından xalqa müraciət edərək Zəfəri bu xatirə məkanından xalqa çatdırdı. Sonrakı illərdə müharibədə həlak olanların ailələri üçün geniş sosial dəstək paketi təsdiq olundu və beləliklə fədakarlığın heç vaxt unudulmayacağını nümayiş etdirdi”, - deyə o qeyd edib.

Tarixi abidələrin və tikililərin də yaddaşımızın bir hissəsi olduğunu deyən Rəhman Hacıyevin sözlərinə görə, bu gün Qarabağda inşa edilən memorial komplekslər, Şəhidlər xiyabanı, Xocalı soyqırımı abidəsi, Zəfər memorialı – bunların hamısı yalnız simvol deyil, həm də dirçəlişimizin, milli iradəmizin göstəricisidir.

“Yaddaşımız yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və bizə azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün ilham verir. Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq”, - deyə R.Hacıyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bərpa-quruculuq işlərində milli həmrəyliyin rolu və digər məsələlərlə bağlı fikirlərini bölüşərək, cəmiyyətin hər bir üzvünün bu proseslərdə iştirakının vacibliyini vurğulayıblar.

Sonra tədbir panel müzakirələrlə davam edib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı iştirakçılar “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu”, “44 günlük Vətən müharibəsinin regional geosiyasətə təsiri”, “Qarabağın azadlığı və dirçəlişində dövlət-cəmiyyət birliyinin rolu”, “Azadlıq və dirçəliş prosesində milli həmrəylik və kollektiv məsuliyyət, “44 günlük Vətən müharibəsindən sonrakı dövrdə regional əməkdaşlıq və sülh quruculuğu” və digər mövzular ətrafında çıxış edərək geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşı olan şirkətlərin nümayəndələri də çıxış ediblər. “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorunun müşaviri İlqar Nuri çıxışları zamanı işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyindən danışmaqla yanaşı, QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.

Qeyd olunub ki, Qarabağın bərpası təkcə dövlət qurumlarının deyil, həm də yerli özəl sektorun məsuliyyətidir. Bu gün azad edilmiş torpaqlarda infrastruktur, sosial və iqtisadi layihələrdə iştirak edən yerli şirkətlər həm sahibkarlıq potensialını gücləndirir, həm də regionun dayanıqlı inkişafına töhfə verir.

Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib, çıxışçılar tədbir iştirakçılarının onlara ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Tədbirin sonunda Fond tərəfindən məruzəçilərə kristal plaket, tədbirin hər bir iştirakçısına isə xatirə, dayanıqlılıq və inkişaf dəyərlərini təcəssüm etdirən ting təqdim olunub. Qeyd edilib ki, iştirakçılar onları əkib böyütməklə xatirənin, yenilənmənin və gələcəyi qoruyub-bəsləmək məsuliyyətinin canlı rəmzinə töhfə vermiş olacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!