RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkilatın Regionlararası forumu keçirilib
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Sankt-Peterburqda bu təşkilatın Regionlararası forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefinin ziyarəti ilə başlanıb. İştirakçılar Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqə üzrə Komitə sədrinin müavini İvan Yesipovla birgə “Böyük Vətən müharibəsi qəhrəmanları” və “Müharibə övladları” abidələrinin önünə güllər düzüblər.
Forumun rəsmi açılışı “Vahid Rusiyanın Gənc Qvardiyası” Sankt-Peterburq şəhər şöbəsinin rəhbəri Aleksandr Malikovun, Sankt-Peterburq Millətlər Evinin direktoru Valeri Nikolayevin, RAGB-nin Sankt-Peterburq üzrə regional şöbəsinin rəhbəri Elman Manafovun və RAGB-nin məsul katibi Ceyhun Hüseynovun çıxışları ilə başlayıb.
C.Hüseynov çıxışında RAGB-nin sədri Leyla Əliyevanın sağlam həyat tərzi və ətraf mühitə qayğı məsələlərinə xüsusi diqqət göstərməsini vurğulayıb. Forum iştirakçıları gənclərin sosial cəhətdən həssas kateqoriyası ilə iş barədə məlumatlandırılıb. Məlum olduğu kimi, Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bununla əlaqədar RAGB-nin Regional forumunun iştirakçıları şair və filosof Nizami Gəncəvinin Sankt-Peterburqdakı abidəsini ziyarət ediblər. Forum Sankt-Peterburq şəhərində yerləşən Aviatorlar parkında Dostluq xiyabanının salınması ilə davam edib. Təşkilatın artıq ənənəyə çevrilən ağacəkmə ekoloji aksiyasında “Vahid Rusiyanın Gənc Qvardiyası”nın könüllüləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar bir-birilərinə xatirə hədiyyələri veriblər. Regionlararası forumların keçirilməsində məqsəd RAGB-nin regional şöbələrinin daha səmərəli qarşılıqlı əlaqələri üçün platformanın yaradılmasıdır. Forumlarda RAGB-nin fəal iştirak edə və regional şöbələri dəstəkləyə biləcəyi ideya və layihələr geniş müzakirə olunur.
Xatırladaq ki, Sankt-Peterburqda keçirilən forum RAGB-nin 2021-ci ildə təşkil olunun sayca dördüncü forumudur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!