Qürur hissi keçirirəm
Bu gün hər bir azərbaycanlı azad, müstəqil dövlətin vətəndaşı olması ilə fəxr edir, sonsuz qürur hissi keçirir. Bu müstəqillik igid və qeyrətli oğullarımızın canı, qanı bahasına əldə edilib. Mən bir ana kimi ikiqat qürur hissi keçirirəm ki, müstəqilliyimizin qazanılmasında və möhkəmlənməsində oğlum Elgizin də payı var. Erməni işğalçıları müstəqilliyimizin ilk illərində torpaqlarımıza təcavüz edəndə o da silaha sarılaraq düşmənlə savaşa yollandı. Ağır döyüşlərin birində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldi...
Oğlum Elgizin Vətənin azadlığı uğrunda göstərdiyi şücaətlər layiqincə qiymətləndirildi: ulu öndər Heydər Əliyevin sərəncamı ilə ona ən yüksək fəxri ad - Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Vaxtilə təhsil aldığı orta ümumtəhsil məktəbi indi Elgizin adını daşıyır. Bu məktəbin şagirdləri, eləcə də müəllim kollektivi müntəzəm olaraq mənimlə görüşür, problemlərimlə maraqlanır, qayğı yükümü azaltmağa çalışırlar. Onun ruhuna yüksək ehtiram göstərilməsi bir şəhid anası kimi mənim ağrılarımı azaldır, yarama məlhəm qoyur.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən də torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin adı uca tutulur, onların ailə üzvlərinə hər cür hörmət və ehtiram göstərilir.
Dövlət müstəqilliyimizin 25-ci ildönümü ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanlarının ailəsinə verilən təqaüdün 30 faiz artırılması dövlət qayğısının daha bir təzahürüdür.
Qumru KƏRİMOVA,
Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun anası,
Bərdə rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!