15 İyul 2026 08:15
605
SİYASƏT
A- A+
Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır


Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə müstəqil Azərbaycanın tarixində yeni bir mərhələ başlayıb. Yeni dövr isə yeni çağırışlar deməkdir. Yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas prioritetlərdən biri  işğaldan azad edilmiş ərazilərə Böyük qayıdışın təmin olunmasıdır. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, güclü Azərbaycan dövləti keçmiş qaçqın və məcburi köçkün vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışını layiqli şəkildə təmin etmək əzmini nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci ildə imzaladığı müvafiq sərəncamla təsdiqlənən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Böyük qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. Ötən illər ərzində görülən işlər dövlətimizin bu istiqamətdə siyasi iradəsini nümayiş etdirir. Eləcə də Böyük Qayıdış üzrə I Dövlət Proqramı da uğurla icra olunur. 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri artıq dövlət idarəçiliyinin formalaşmış siyasi ənənəsinə çevrilib: "Bu səfərlər yalnız yeni infrastruktur layihələrinin istifadəyə verilməsi və ya tikinti işlərinin gedişi ilə tanışlıq məqsədi daşımır. Hər bir səfər Azərbaycanın postmünaqişə inkişaf strategiyasının əsas istiqamətlərini, dövlətin uzunmüddətli prioritetlərini və regional təhlükəsizlik konsepsiyasını özündə əks etdirən mühüm siyasi mesajlar verir. Prezidentin Şuşa, Xocavənd və Laçına son səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Yeni sosial və turizm obyektlərinin, enerji layihələrinin istifadəyə verilməsi, yaşayış məntəqələrində aparılan bərpa işləri ilə tanışlıq, Böyük qayıdış çərçivəsində doğma yurdlarına qayıdan sakinlərlə görüşlər bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurun inkişafı vahid dövlət proqramının ardıcıl mərhələləridir. Qarabağ artıq bərpaolunan deyil, inkişaf edən regiondur. Şuşada yeni turizm infrastrukturu, Laçında enerji və kommunal layihələr, Xocavənddə yaşayış məntəqələrinin bərpası dövlətin strateji məqsədinin bu əraziləri ölkənin iqtisadi inkişaf mərkəzlərindən birinə çevirmək olduğunu göstərir. Burada "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" təşəbbüsləri və müasir şəhərsalma prinsipləri tətbiq edilir".

Böyük qayıdış proqramının icrasının artıq praktik mərhələyə keçdiyini deyən S.Fətəliyeva qeyd edib ki, yeni evlər, məktəblər, bağçalar, səhiyyə və sosial xidmətlər insanların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin edir. Prezidentin sakinlərlə görüşləri dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha nümayiş etdirir.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan möhtəşəm işlər Azərbaycanın güclü dövlət olduğunu bir daha təsdiqləyir: "Bu fakt göstərir ki, bundan sonra heç bir qüvvə dövlətimizə qarşı hansısa iddialarla çıxış edə bilməz. Bu baxımdan Xocavənddə sakinlərlə görüş zamanı Prezident İlham Əliyevin "İnanıram ki, daha lazım olmayacaq. Amma lazım olanda hamı bilməlidir ki, "Dəmir yumruq" yerindədir və yerində olacaq" fikri mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir. Bu bəyanat müharibə çağırışı deyil, Azərbaycanın sülhə sadiqliyini qorumaqla yanaşı, milli təhlükəsizliyini və suverenliyini qətiyyətlə müdafiə etmək əzmini ifadə edir".

S.Fətəliyeva bildirib ki, son illərin təcrübəsi davamlı sülhün yalnız etibarlı təhlükəsizlik təminatları ilə mümkün olduğunu göstərir. Məhz buna görə də iqtisadi inkişaf, quruculuq və güclü müdafiə potensialı Azərbaycanın postmünaqişə inkişaf modelinin ayrılmaz hissələridir. Prezident İlham Əliyevin növbəti səfəri bir daha təsdiqlədi ki, Qarabağ artıq keçmiş münaqişənin simvolu deyil. Bu gün region Azərbaycanın modernləşmə siyasətinin, Böyük qayıdış proqramının icrasının və uzunmüddətli inkişaf strategiyasının əsas platformasına çevrilir. Quruculuq və təhlükəsizliyin vəhdəti isə regionda davamlı sülhün və sabitliyin əsas təminatıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!