Qlobal istiləşmə dövründə gözlənilməz hadisə
Cənub qütbündə ən soyuq mövsüm qeydə alınıb
Şimal yarımkürəsinin əksər hissəsində dağıdıcı daşqınlar, qasırğalar və yanğınlarla müşayiət olunan rekord dərəcədə isti yay fonunda Antarktidada güclü şaxtalar qeydə alınıb. Qitənin cənub nöqtəsində bu, adətən, qış aylarında baş verir. Lakin 2021-ci ildə hər şey əksinə olub. Aprel-sentyabr ayları dövründə Antarktidadakı Amundsen-Skott stansiyasında orta temperatur selsi üzrə mənfi 61 dərəcə olmuşdur. Bu, 1957-ci ildən bəri, bütün müşahidələr tarixi boyu ən soyuq temperaturdur.
Bu gözlənilməz hadisəni alimlər təsadüf kimi qiymətləndirirlər. Çünki Antarktida planetin qalan yerləri kimi ekstremal hava şəraiti fonunda sürətlə qızmaqda davam edir.
İlk olaraq temperatur rekordu barədə meteoroloq Stefano Di Battista məlumat verib. Sonradan bu informasiyanı NASA-nın Qlobal Modelləşdirilmə və Assimilyasiya İdarəsinin tədqiqatçı alimi Riçard Kalleter təsdiqləyib.
Bildirilir ki, avqust ayında Antarktida üzərindəki ekstremal soyuqlar qitə ətrafında dəniz buzunu bütün müşahidələr tarixi boyu qeyd olunan səviyyənin 5-ci dərəcəsinə qaldırıb.
Viskonsin Universitetinin alimi və Antarktida meteorologiyası üzrə ekspert Metyu Lazzara deyir ki, göstərilən dövrdə temperatur dəfələrlə mənfi 73 dərəcəyə yaxınlaşıb. Belə temperaturlarda təyyarəni idarə etmək çətindir. Belə ki, hidravlik sistem dona bilər və yanacaq jeleyə çevrilər.
Dünyada ekstremal hava şəraiti üzrə mütəxəssis, iqlimşünas Maksimiliano Errera bildirir ki, dünən Rusiyanın “Vostok” stansiyasında mənfi 79,4 dərəcə temperatur qeydə alınıb.
Alimlər hesab edirlər ki, bu şaxtaların arxasında güclü qütb çovğunu, yaxud Antarktida ətrafında stratosferdə güclü küləklər halqası dayanır.
NASA-nın elmi əməkdaşı Kşiştof Varqan deyir ki, çovğunun gücü yerdəki hava ilə əlaqəlidir və cənub halqa rejimi adlanan sikldən asılıdır. Hazırda həmin sikl müsbət fazada olduğuna görə çovğun intensivləşib.
Digər amerikalı alim Emi Batler isə hesab edir ki, qütb stratosferində əsən küləklər əvvəlkilərdən daha güclü olub və bu, qütbə yönəlmiş axının dəyişməsi ilə əlaqədardır. Nəticədə Antarktidanın əksər hissəsi üzərində soyuq hava “bağlı” qalır.
Alim yazır ki, güclü qütb çovğunu Antarktida üzərində şaxtanı saxlamaqla bərabər, həm də stratosfer ozonunun tükənməsinə aparan prosesləri sürətləndirir. Bu il Antarktida üzərindəki ozon dəliyi orta göstəricidən xeyli çoxdur və çovğunun qarşısını alarkən təxminən 24 milyon kvadratkilometrə çatıb.
Alimlər vurğulayıblar ki, cənub qütbü üzərində qeydə alınan rekord soyuqlar qlobal istiləşmə nəzəriyyəsini təkzib etmir. Belə ki, Antarktidada qlobal tendensiyalara zidd olan kəskin hava və iqlim dəyişikliklərinin baş verməsi məlumdur.
Antarktidada iqlimlə bağlı baş verənləri qiymətləndirmək üçün bir mövsümlük məlumat azdır. Vaşinqton Universitetinin atmosfer elmləri professoru Erik Steyq bildirir ki, “bir soyuq qış maraqlıdır, lakin bu, istiliyə doğru uzunmüddətli tendensiyanı heç cür dəyişmir”.
Rizvan CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!