18 Aprel 2024 08:20
158
SİYASƏT
A- A+

Qətiyyətli və uzaqgörən siyasətin ifadəsi

 

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror əməliyyatlarında Azərbaycan ərazilərində erməni separatçılığına son qoyulması müasir tariximizin ən böyük hadisələridir. Bütün bunlar həm də Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsinin, inkişafının və yüksəlişinin təcəssümü oldu.
Bu hadisələr həm də Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ən möhtəşəm uğurlarıdır. Torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağda erməni separatçılığına son qoyulması Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. Bu gün tariximizə nəzər salanda, ötən 20 ilin reallıqlarını təhlil edəndə görürük ki, Prezident İlham Əliyev ötən illər ərzində Azərbaycanın inkişafını, respublikamızın beynəlxalq mövqelərinin güclənməsini təmin etməklə, qlobal müstəvidə erməni saxtakarlıqlarını ifşa etməklə torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağda erməni separatizminə son qoyulması üçün zamanında etibarlı təməllər formalaşdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikri məhz bu reallıqlara söykənərək, dövlətimizin başçısının milli maraqlarımız uğrunda həyata keçirdiyi düşünülmüş, uzaqgörən, praqmatik və təmkinli siyasətinin ifadəsidir.
Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanata əsasən bir vaxtlar separatçıların mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Bəyanata əsasən, sülhməramlı kontingentin qalma müddəti 5 il müəyyənləşdirilmişdi. Lakin ötən il Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyulmuş, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin edilmişdi. 
Bu günlərdə kütləvi informasiya vasitələrində Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Məsələ ilə bağlı AzƏrtac-ın sualını cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. 
Beləliklə, Vətən müharibəsinin başa çatdığı günlərdə Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları ölkəmizi vaxtından əvvəl tərk edirlər. Və bu, həm də xaricdə və daxildə olan bəzi dairələrin səsləndirdiyi cəfəng "proqnozlar"ın və iddiaların nə qədər əsassız olduğunu, bunu səsləndirənlərin siyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir daha sübut edir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video