08 Noyabr 2025 18:41
380
CƏMİYYƏT
A- A+
Qazi Kamran Babayev: Hadruta bayraq sancdığımız an Qələbənin nəfəsini hiss etdik  

Qazi Kamran Babayev: Hadruta bayraq sancdığımız an Qələbənin nəfəsini hiss etdik  

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi sentyabrın 27-də Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüşlərə başladı. İlk döyüş Kəlbəcərin Murovdağ yüksəkliyində - “Canavar sağ”, “Canavar sol”, “Susuzluq” postları istiqamətində baş verdi. Keçilməz dağ relyefinə və dumanlı hava şəraitinə baxmayaraq, 3200 metr yüksəklikdə yerləşən “Koroğlu” postuna qalxaraq qruplar şəklində tərtibləndik. Komandirlərin tapşırığına əsasən digər postlar uğrunda döyüşlərə başladıq. Düşmən qüvvələri sayca üstün olsa da, postlarımızı üzbəüz döyüşlərlə azad etdik. Onlar azad etdiyimiz mövqeləri minaatanlarla atəşə tuturdular, lakin daha yaxşı mövqe tutduğumuz üçün bizə qarşı ciddi müqavimət göstərə bilmirdilər. Döyüşdə şəhid və yaralılarımız olduqca qisas hissimizi daha da artırdı. İntiqam duyğusu ilə ölümü gözə alaraq irəli atılırdıq.

Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi qazisi, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri Kamran Babayev deyib. O, müharibə xatirələrini davam etdirir: “Susuzluq” postu istiqamətində hərəkət etdiyimiz zaman düşmənin “Sekretni post” adlanan mövqeyindən bizə qarşı pusqu quruldu. Bizim dazor qrupunun göstərdiyi şücaət nəticəsində düşmən postu darmadağın edildi. Daha sonra Füzulinin Horadiz qəsəbəsi istiqamətindən hərbi əməliyyatlara başladıq. Qarşımıza çıxan düşmən postlarını ələ keçirərək irəlilədik, Cəbrayıl istiqamətində də döyüş tapşırıqlarını uğurla yerinə yetirdikdən sonra Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda mübarizəyə yollandıq.

Yadımdadır, Cəbrayıldan Hadruta doğru irəliləyirdik. Gecə vaxtı tabor şəklində düşmənin hərbi hissəsinin önündən sızma və sıyrılma əməliyyatı həyata keçirdik. Düşmən mövqelərinə sezilmədən yaxınlaşıb onları müşahidə etdik. Plana əsasən, Hadruta ön hissədən, yəni, düşmən hərbi hissəsi istiqamətindən daxil olmalı idik. Hava çiskinli, şəxsi heyət isə yorğun və yuxusuz idi. Hadruta dağlıq ərazidən keçəcəyimiz nöqtə düşmən tərəfindən minalanmışdı. Lakin bu, tapşırığın icrasına mane ola bilməzdi. Qruplar halında hərəkət edərək “Vışka” deyilən ərazidən Hadrut istiqamətinə 60 kilometr məsafəni yuxusuzluq, yorğunluq və aclığa baxmayaraq qət etdik.

Hadruta çatanda sübh çağı idi. Həyəcan siqnalı çalınırdı, mülki əhali qəsəbəni tərk edirdi. Biz mülki şəxslərlə döyüşmürdük. Təxminən dörd saat müşahidə apardıqdan və tapşırıqları dəqiqləşdirdikdən sonra ertəsi gün Hadrut istiqamətində hücuma keçdik.

Tapşırığa əsasən qəsəbənin bütün tərəfləri qruplar halında nəzarətə götürülməli idi. Mənim istiqamətim Hadrutun mərkəzi küçələrindən biri idi. Düşmən bizə pusqu qurdu, snayper və iriçaplı silahlarla atəş açdılar. Lakin manevr edərək onların yerləşdiyi mövqeləri müəyyənləşdirdik, əl qumbaraları və yaxın məsafəli atəşlə onları məhv etdik. Sonra tapşırığa uyğun olaraq mərkəzə çatdıq və düşmənin “notarius” adlandırdığı binanın üzərində üçrəngli bayrağımızı dalğalandırdıq. Bayrağımızı görən düşmən daha da azğınlaşdı, mövqeyimizə bir dəqiqə ərzində 7-8 minaatan mərmisi atılırdı. Amma biz qorxmadan, çəkinmədən, qələbə ruhu ilə irəliləyirdik.

Hadrut daxilində hər tərəfdən düşmən qüvvələri ilə qarşılaşırdıq. Mövqeyimizdə dərə yatağı vardı. Ermənilər Azərbaycan Ordusunun Hadrutda möhkəmləndiyini gördükdən sonra həm Xocavənd, həm də bizim istiqamətə doğru hərəkət edirdilər. Onların qarşısını almaq üçün 10-a yaxın post qurmuşduq. Gecələr gecəgörmə cihazları ilə müşahidə aparır, düşmən 8–12 nəfərlik qruplarla yaxınlaşdıqda pusquya salıb məhv edirdik. Yaralılarını xilas etməyə gələn qüvvələr də yerindəcə zərərsizləşdirilirdi.

Növbəti gün Hadrut ətrafındakı strateji yüksəkliklərin azad olunması tapşırığı verildi. Bir neçə yüksəkliyi düşməndən təmizlədikdən sonra qarşıda strateji nöqtə qalırdı. Oradan bir yol Xocavəndin mərkəzinə, digəri Qırmızı Bazar istiqamətinə, Tuğ kəndinə aparırdı. Bu yüksəkliyi almaq üçün hərəkət etdikdə pusquya düşdük. Düşmən bütün növ ağır silahlardan atəş açırdı. Qızğın döyüş zamanı minaatan mərmisi nəticəsində şəhid və yaralılarımız oldu. Lakin əzmkarlıq göstərərək həmin strateji yüksəkliyi düşməndən azad etdik. Mən ön cəbhədə qrup komandirinin yaxınlığında düşməni atəş altında saxlayırdım. Komandirdən göstəriş aldım ki, şəxsi heyətə kömək üçün atəş istiqamətinə yaxınlaşım. Düşmən Hadrutdan sızaraq arxamızdan pusqu qurmağa çalışırdı. Mövqemi möhkəmləndirdim və sağ istiqamətdən sızmağa çalışan bir neçə düşmən hərbçisini məhv etdim. Lakin 150 metr məsafədən düşmən snayperi məni hər iki ayağımdan vurdu.

Sol diz oynağım və sağ bud nahiyəmdən yaralandım. Mövqedə qaldım, çünki strateji yüksəkliyi artıq azad etmişdik. Döyüş yoldaşlarım ilkin tibbi yardım göstərərək məni təxliyə etdilər. Əvvəlcə Horadizdəki hospitala, sonra Füzuliyə, daha sonra helikopterlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına aparıldım. Aldığım xəsarətə görə 2021-ci ildə ordu sıralarından tərxis olundum. O şərəfli günlərin üzərindən beş il keçsə də, hər anı yaddaşımdadır. Bu gün biz şanlı Zəfərin beşinci ildönümünü qeyd edirik. Müqəddəs amal naminə canından keçən qəhrəman silahdaşlarımın xatirəsini dərin ehtiramla yad edir, şanlı tariximizin bir parçası olmaqdan qürur duyuram”.

Qeyd edək ki, 2008–2021-ci illərdə Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edən Kamran Babayev Vətən müharibəsində Kəlbəcər, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak edib. O, Prezident İlham Əliyevin sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!