Qazaxda beş məktəb binası tikilir
Cari ildə Qazax rayonunda müasir quruluşlu iki məktəb binası istifadəyə verildi. Birinci Şıxlı kəndində məktəb binasının açılışında dövlət başçısı İlham Əliyev iştirak etdi. Aradan bir qədər keçəndən sonra isə Kommuna kəndində hər şəraiti olan yeni məktəb binası şagirdlərin ixtiyarına verildi. Hər iki məktəbdə yüzlərlə şagirdin təlim-tərbiyəsi üçün gözəl şərait yaradılıb. İşıqlı, yaraşıqlı sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, kompyuter mərkəzləri, idman salonları vardır. Məktəblər istilik sistemi ilə təchiz edilmişdir.
Sərhəd bölgəsində yerləşən Qazax rayonunda məktəb binalarının inşası geniş vüsət alıb. Son səkkiz ildə burada on məktəb binası ucaldılıb, yaxud yenidən qurulub, əsaslı şəkildə təmir olunub.
Qəza vəziyyətində olan məktəblər üçün müvafiq binaların tikilməsi barədə Prezident İlham Əliyevin sərəncamı ilə əlaqədar rayonda sistemli surətdə bir sıra işlər görülür. Yerlərdə vəziyyət ətraflı araşdırılandan sonra bir neçə məktəb üçün təzə binaların tikilməsi qərara alınmışdır.
İlk növbədə, ucqar kənd məktəblərinə xüsusi üstünlük verilir. Artıq bir neçə yerdə məktəb binalarının təməli qoyulmuşdur. Canallı və Qazaxbəylər kəndlərində işlər daha sürətlə gedir. Şəhər ümumtəhsil məktəbi üçün də hər şəraiti olan müasir üslublu əlavə korpus tikilir. Çaylı və Aslanbəyli kəndlərində də binaların inşasına hazırlıq işləri görülür.
Şəhərin mərkəzində 4 saylı məktəb üçün əlavə korpusun inşası "Turan" MMC-nin inşaatçılarına həvalə edilib. Bu mühüm obyektdə işin gedişi ilə maraqlandıq. İş icraçısı Akif Məhərrəmov deyir ki, hər şey qabaqcadan tərtib olunmuş cədvəl üzrə gedir. İki aydır inşasına başlanılıb, qısa müddət ərzində xeyli iş görülüb. Texnikamız, işçi qüvvəmiz, vəsaitimiz kifayət qədərdir. Çalışırıq ki, baharın gəlişinə kimi obyekti istifadəyə verək.
Məktəblərin bazası möhkəmlənib şərait yaxşılaşdıqca tədrisin keyfiyyəti də yüksəlir. Təhsil şöbəsi müdirinin müavini Zakir Nəsirov dedi ki, rayonun 47 ümumtəhsil məktəbində 11,6 min nəfər oğlan və qız oxuyur. Çox yerdə şagirdlərin bir növbədə təhsil almaları təmin olunub. Yalnız dörd məktəb iki növbəlidir. Hər yerdə kompyuter otaqları, laboratoriyalar fəaliyyət göstərir.
Ona görə də son vaxtlarda yerlərdə fəallıq xeyli yüksəlib. Şagirdlər olimpiadalarda, bilik yarışlarında uğurlar qazanırlar. Xüsusən, şəhər 1 nömrəli məktəbdə, Yuxarı Salahlı, İkinci Şıxlı kənd məktəblərində və digər təhsil ocaqlarında tədrisin keyfiyyəti daha çox diqqəti cəlb edir. Bu il ali məktəblərə qəbul üzrə rayonumuz Qaxdan sonra ikinci yerə çıxdı. Altı yüzdən yuxarı bal toplayanların sayı xeyli artıb. 290 nəfər məzunumuz ali məktəblərə qəbul olunub.
Bu günlərdə rayon icra hakimiyyətində ümumən təlim-tərbiyə işlərinin gedişinin və xüsusən, məktəb binaları inşasının vəziyyəti ətraflı müzakirə olunmuş, hər sahədə işlərin günün tələbləri səviyyəsinə qaldırılması üçün konkret tövsiyə və tapşırıqlar verilmişdir.
Yerlərdə şərait yaxşılaşdıqca uğurlar çoxalır. Dövlətin təhsilə göstərdiyi tükənməz qayğı və diqqətə pedaqoji kollektivlər əməli işlə cavab verməyə çalışırlar.
Əhməd İSAYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!