Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturu da yaradılır
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun cəmi 44 gün ərzində düşmən tapdağından azad etdiyi əzəli torpaqlarımızda bu gün həyat yenidən canlanır, bütün sahələrdə quruculuq, bərpa, tikinti işləri gedir. Sürətli şəkildə və müvəffəqiyyətlə həyata keçirilən bütün bu işlər keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına tezliklə qayıdışı üçündür.
Dövlət başçısının bu ilin yanvarında, 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə də bəyan etdiyi kimi, işğaldan azad olunan torpaqlarda böyük planlar həyata keçirilir: “...Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam...”
Vətən müharibəsindən cəmi bir neçə gün sonra, noyabrın 16-da Prezident
İlham Əliyev işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Füzuli - Şuşa, yəni “Zəfər yolu”nun təməlini qoyaraq azad edilən Vətən torpaqlarımızda görüləcək gələcək işlərin uğurlu startını verdi...
Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin barbarlıq izləri silinir, Böyük qayıdışı təmin etmək üçün mənfurların dağıtdıqları, məhv etdikləri hər şey yenidən əvvəlki görkəminə qaytarılır. Maddi, mədəni, dini irsimiz bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur, beynəlxalq hava limanları tikilir, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri gerçəkləşdirilir...
Təhsil müəssisələrimiz də erməni vandalizmi ilə üz-üzə qalmışdı
30 il ərzində, mənfur düşmən işğala məruz qoyduğu torpaqlarımızda təhsil müəssisələrini də tamamilə dağıdaraq məhv edib. Statistikaya əsasən, bu torpaqlarımızda işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib.
İşğaldan sonra həmin təhsil müəssisələri vəhşi düşmən tərəfindən darmadağın edilib.
Amma Ali Baş Komandan İlham Əliyevin 44 günlük “Dəmir yumruq” əməliyyatı qələbə qazanmaqla təhsil müəssisələrimizə də yeni nəfəs, dirçəliş bəxş edib...
Artıq Şuşada, Ağdamda orta məktəblərin tikintisi sürətlə aparılır.
Qarabağın qədim məktəblərinə yeni nəfəs verilir
Bu il mayın 12-də Prezident İlham Əliyev 28 ildir ki, qəriblikdə fəaliyyət göstərən və Qarabağın ən qədim məktəbi olan Şuşa 1 saylı tam orta məktəbin yeni təməlini atdı.
Həmin zaman dövlət başçısına məlumat verildi ki, 1830-cu ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin bünövrəsi məhz Şuşada qoyulub. 1980-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu məktəbin 150 illik yubileyi qeyd olunub.
1 saylı orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşada fəaliyyətini davam etdirib. Şəhərin erməni qəsbkarları tərəfindən işğal edilməsindən sonra məktəb Bakının Yasamal rayonundakı 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə 2015-2016-cı tədris ilinə qədər fəaliyyət göstərib.
Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncama uyğun olaraq Şuşa şəhər
1 saylı tam orta məktəbi 2015-2016-cı tədris ilindən etibarən yeni inşa edilən binada bütün təhsil infrastrukturu ilə şagirdlərin və müəllimlərin istifadəsinə verilib.
Hazırda isə 960 şagird yerlik məktəb üçün yenidən Şuşada möhtəşəm bina inşa edilir.
Respublika günündə, 28 mayda isə Prezident İlham Əliyev Qarabağ, ümumiyyətlə, bütün Azərbaycan təhsil ictimaiyyətinin sevincinə səbəb olan daha bir qədim təhsil müəssisəsinin, erməni vandalları tərəfindən dağıdılan Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının təməlini qoydu.
Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulan Ağdam şəhər 1 saylı orta məktəbi şəhərin müxtəlif yerlərində fəaliyyət göstərib. 1949-cu ildən isə hazırda Prezidentin təməlini qoyduğu ərazidə fəaliyyət göstərib. Məktəbin ikimərtəbəli binası 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılıb.
Ağdamda yeni inşa olunacaq qədim məktəbin layihəsində məktəb üçün üçmərtəbəli bina və plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunması nəzərdə tutulub. 960 nəfər şagird üçün nəzərdə tutulan məktəbdə 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə tədris üçün hər cür şərait, bütün texniki imkanlar olacaq.
“Ağıllı kənd” pilot layihəsi çərçivəsində müasir təhsil müəssisələri tikiləcək
İşğaldan azad edilən ərazilərdə həyata keçirilən “ağıllı kənd” pilot layihələri çərçivəsində müasir təhsil müəssisələrinin tikintisi nəzərdə tutulub.
Cari il aprelin 26-da Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarında olarkən dövlət başçısına məlumat verildi ki, birinci “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq.
Azərbaycan təhsil ictimaiyyətinin sevincinə və qüruruna səbəb olacaq möhtəşəm bir nailiyyət isə Ağdamda “Qarabağ” Universitetinin yaradılması olacaq.
Ağdamın Baş Planında əksini tapan “Qarabağ” Universitetinin yaradılması təkcə Qarabağ, Azərbaycan üçün bir universitet olmayacaq, həm də dünyanın ən tanınmış universitetləri ilə rəqabət apara biləcək ali təhsil müəssisəsi olacaq.
Yeni təhsil ilinin başlayacağı bir ərəfədə, həm də işğaldan azad edilən Vətən torpaqlarımızda təməli qoyularaq tikintisi həyata keçirilən təhsil müəssisələrimizdən fəxarət duymamaq mümkün deyil.
Artıq builki təhsil ilinə Vətən savaşında Zəfər qazanmağımızın qüruru ilə qədəm qoyuruq.
30 ildir ki, dərs kitablarımızda əksini tapan qara haşiyəli işğal təqvimlərini söküb atmışıq və indi onların yerlərini al qırmızı qələbə günləri tutub.
Çox keçməyəcək ki, Prezident İlham Əliyevin Qarabağda təməllərini qoyduğu bütün təhsil müəssisələrimizin elə dövlət başçısı tərəfindən möhtəşəm açılışları keçiriləcək və o məktəblərdə yenidən məktəb zənglərinin səsi ucalacaq, uşaqları dərsə səsləyəcək...
Yenə də əvvəllər olduğu kimi, həmin məktəblərdə təhsil alan Azərbaycan övladları elm və bilikləri ilə dünyaya səs salacaqlar...
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!