07 Noyabr 2025 15:28
6404
Elm və texnika
A- A+
Professor Nadir Məmmədli: Azərbaycan dilinin milli korpusu yaradılır  

Professor Nadir Məmmədli: Azərbaycan dilinin milli korpusu yaradılır  


Dövlətimizin başçısının Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq internet mühitində digər dillərin Azərbaycan dilini sıxışdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda keçirilən yığıncaqda Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli deyib.

Professor Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması prosesinə başlanıldığını söyləyib. Vurğulayıb ki, bu, həm dilçilik elminin, həm də tətbiqi tədqiqatların inkişafı baxımından strateji əhəmiyyət daşıyan mürəkkəb bir mərhələdir. Müasir dilçilik və texnoloji sistemlər üçün etibarlı mənbə rolunu oynayacaq bu korpus dil resurslarının sistemləşdirilməsi, avtomatik emalı və statistik təhlili üçün zəruri baza yaradır.

“Dilçilik İnstitutu tərəfindən müxtəlif mənbələrdən toplanan dil materialları Süni intellekt və kompüter dilçiliyi şöbəsi tərəfindən emal edilərək sistemləşdirilib. Bu işlərin nəticəsi kimi Azərbaycan dilinin 220 min sözdən ibarət söz bazası formalaşdırılıb. Eyni zamanda, sözlərin işlənmə tezliyini müəyyən edən tezlik lüğətləri hazırlanıb. Gələcəkdə bu lüğətlərin nəticələri əsasında sözlərin Orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulur”, - deyə professor Nadir Məmmədli bildirib. O, dilimizə daxil olan alınma sözlərin ayrıca lüğətinin hazırlanmasının da gündəmdə olduğunu qeyd edib. Əlavə edib ki, Azərbaycan dili nə ölkə daxilində, nə də xaricdə sadəcə məişət səviyyəsində ünsiyyət vasitəsi kimi qəbul edilməməlidir. Dil xalqımızın mədəni yaddaşını, elmi və intellektual potensialını ifadə edən canlı bir sistemdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” – “Mançester Yunayted”: Maraqlı faktlar

13:56
10 Sentyabr

Türkiyənin İğdır vilayətində Qərbi Azərbaycandan olan qəhrəmanın abidəsi təmir edilib

13:30
10 Sentyabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

13:25
10 Sentyabr

Azərbaycan və Çin enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

13:20
10 Sentyabr

Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 

13:15
10 Sentyabr

Baş nazir Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb

13:10
10 Sentyabr

Ölkədə muzdla çalışan işçilərin sayı artıb

13:00
10 Sentyabr

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

12:55
10 Sentyabr

Koreya səfiri: "KOICA Qarabağ və Şərqi Zəngəzurda kəhrizlərin bərpası layihəsinə başlayacaq "

12:50
10 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə

12:45
10 Sentyabr

Sabah Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

12:43
10 Sentyabr

Haqsız rəqabətə qarşı nəzarət güclənir

12:40
10 Sentyabr

Tovuzda bu il ali məktəblərə qəbul olunanlar sırasında şəhid övladları da var

12:35
10 Sentyabr

“Qarabağ KOB-ları” layihəsində yeni mərhələ

12:30
10 Sentyabr

AMB və Dünya Bankı əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər

12:25
10 Sentyabr

Lənkəranda dövlət proqramının icrası çərçivəsində növbəti hədəflər müəyyən edilib

12:20
10 Sentyabr

Bir qrup gənc Şəmkir RİH-də könüllülük fəaliyyətini başa vurub

12:15
10 Sentyabr

YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib

12:10
10 Sentyabr

Salyanda pambıq yığımına hazırlıq yekunlaşmaq üzrədir

12:05
10 Sentyabr

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

12:00
10 Sentyabr

İsraildə körpə qidasına anestezik maddə qatmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb

11:50
10 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!