27 May 2024 16:39
722
DÜNYA
A- A+
Prezident Ərdoğan: Türkiyədə çevrilişlər, terror aktları kimi hadisələrin dövrü başa çatıb  

Prezident Ərdoğan: Türkiyədə çevrilişlər, terror aktları kimi hadisələrin dövrü başa çatıb  

 

“Yassı ada” məhkəmələrində müxtəlif təzyiqlərə, insanlıqdan utandıran təhqirlərə, işgəncələrə məruz qalan üç dövlət xadimimizin hər birinin adı millətimizin qəlbinə şəhid, milli qəhrəman kimi yazılıb. Bu xalq mərhum Adnan Menderes və dostlarını minnətdarlıq, edamına mane ola bilmədiklərinə görə bir az da xəcalət hissi ilə xatırlayacaq. Xalqın adı ilə desək “Yaslı ada”nı verdikləri qərarlarla demokratiyamızın utanc və kədər adasına çevirənləri bu gün bir daha nifrətlə yad edirik. Aradan 64 il deyil, əsrlər keçsə belə, bu çevrilişi edənləri unutmayacağıq, bağışlamayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Demokratiya və azadlıqlar adası”nda keçirilən “Türkiyə əsri konstitusiyası, mülki konstitusiya, güclü Türkiyə” mövzusunda simpoziumda çıxışı zamanı ifadə edib.

Tədbir 1960-cı il mayın 27-də ölkədə baş verən və Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfərin edam edilməsi ilə nəticələnən dövlət çevrilişinə həsr olunub.

Həmin çevrilişin addım-addım həyata keçirilən təxribatın nəticəsi olduğunu vurğulayan Prezident Ərdoğan edam edilən bu şəxslərin rəhbərliyi altında on il idarə edilən Türkiyə dövlətinin o vaxtlar mühüm işlərə imza atdığını, bu hadisədən sonra Türkiyə siyasətinin uzun illər qarışıqlıq, qeyri-sabitlik və özünə inamsızlıq burulğanından xilas ola bilmədiyini deyib.

Türkiyə Prezidenti “Yassı ada” məhkəmələrində verilən heç bir qərarın təsadüf olmadığını, Menderes və yoldaşlarının səlahiyyəti millətə vermənin əvəzini ödəməyə məcbur edildiyini bildirib.

Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyətdə olduğu ötən 22 il ərzində Türkiyənin siyasi tarixində ən çox çevriliş cəhdinə məruz qalan hökumət olduğunu qeyd edən Ərdoğan deyib: “Ən son 15 iyul çevriliş cəhdi ilə birbaşa bizi, ailəmizi, milli iradənin təzahürü olan Türkiyə Böyük Millət Məclisini və sevimli millətimizi hədəfə alacaq qədər gözləri dönmüşdü. Bütün bunlar baş verdi. Bunlardan başqa da bir çox gizli və aşkar cəhdlər olub”.

Türkiyədə çevrilişlər, terror aktları kimi ölkəni qarışdıracaq hadisələrin dövrünün artıq başa çatdığını vurğulayan Prezident Ərdoğan yeni konstitusiya ilə bu günədək əldə edilən bütün uğurları daha da irəliyə aparacaqlarını deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!