24 Noyabr 2025 15:50
524
CƏMİYYƏT
A- A+
Praktik Psixoloqların I Respublika Konfransı keçirilib  

Praktik Psixoloqların I Respublika Konfransı keçirilib  


22-23 noyabr tarixlərində Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Praktik Psixoloqların I Respublika Konfransı keçirilib. 

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov konfransın əhəmiyyətini vurğulayaraq psixologiya sahəsində müasir elmi-praktik yanaşmaların tətbiqi, nevro-psixoloji cihazların imkanları, psixoterapevtik metodların elmi əsaslarla inkişafı və tələbələrin peşəkar hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Konfransda müxtəlif aktual mövzular üzrə elmi məruzələr təqdim olunub:

Yaddaş və diqqət zəifliyinin nevro-psixoloji cihazlarla ölçülməsi və klinik müdaxilə üsulları — Uzman klinik psixoloq Narınc Rüstəmova;

Mənlik kultu və özünü tanrılaşdırma: Narsistik şəxsiyyət pozuntusuna klinik və fəlsəfi baxış — Həkim-psixiatr Orxan Fərəcli;

İntihar, idrak və zaman — Dosent Məhərrəm Əliyev;

EMDR və neyropsixologiya: beynin travmanı sağaltma mexanizmi — EMDR terapevt Süleyman Məmmədzadə;

İrrasional inanclar və yerli sosial stereotiplərin dəyişdirilməsində KDT-nin rolu — Klinik psixoloq Xudaverdi Məmmədov;

Nitq inkişafında gecikmələr: Loqopedik diaqnostika və erkən müdaxilənin əhəmiyyəti — Loqoped Nərmin Rüstəmova;

Beyin siqnallarından davranışa – neyropsixoloji cihazların rolu — Həkim-nevroloq Səyanə Əliyeva;

Sxem terapiya mental sağlamlığımız haqqında nə deyir? — Klinik psixoloq Şəbnəm Əşrəfzadə.


Məruzələrdə psixoloji xidmətlərin elmi əsaslarla təkmilləşdirilməsi, klinik praktikanın inkişafı, yeni texnologiyaların tətbiqi, psixoterapevtik müdaxilə üsullarının effektivliyi, nitq inkişafındakı gecikmələrin erkən diaqnostika və korreksiya ilə həlli, eləcə də müasir psixologiyanın aktual nəzəri və klinik istiqamətləri geniş şəkildə müzakirə olunub.

Konfransın sonunda tədbirin yüksək təşkilati səviyyədə həyata keçirildiyi və ölkədə psixologiya sahəsinin inkişafına mühüm töhfələr verdiyi qeyd edilib. Bu elmi platformanın gələcək illərdə də davam etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!