22 Oktyabr 2025 16:27
635
CƏMİYYƏT
A- A+
“PeşəFest-2025" başa çatıb

“PeşəFest-2025" başa çatıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.

Nazir Anar Əliyev 2022-ci ildən təşkil olunan “Peşələr festivalı”nın gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib.

Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial siyasətin vətəndaş rifahının təminatına xidmət etdiyini, eyni zamanda, insan kapitalının inkişaf etdirilməsinin bu siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. Bildirib ki, “PeşəFest”də iştirak edən gənclərimiz bu platforma vasitəsilə əmək bazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarını qurmaq imkanı əldə ediblər.

Bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 371 min nəfərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğu, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması sahəsində aparılan işlər, 1500-dən çox peşə və kvalifikasiya standartının hazırlanaraq işəgötürənlərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri də qeyd edilib, onlardan iqtisadi fəal olan 6 min 108 nəfərin məşğulluğunun təmin edildiyi bildirilib.

Digər çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, “PeşəFest”in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını diqqətə çatdırıblar. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər.

Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar.

Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.

Qeyd edək ki, “PeşəFest-2025” layihəsinə ötən ay Astarada başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.

İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!