15 İyul 2026 09:00
102
SİYASƏT
A- A+
Paşinyanın "demokratik" diktaturası

Paşinyanın "demokratik" diktaturası


İkili standartlardan çıxış edən Qərb Ermənistandakı avtoritar idarəçiliyə göz yumur 


Ermənistanda son aylarda baş verən daxili siyasi proseslər İrəvanın beynəlxalq auditoriyaya sırımağa çalışdığı "demokratiya" və baş nazir Nikol Paşinyanın "islahatçı lider" obrazını fərqli şəkildə ortaya çıxardı. Belə ki, Paşinyanın idarəçilik modeli cəmiyyətə və xarici tərəfdaşlara "sivil idarəetmə" kimi təqdim olunsa da, mahiyyət etibarilə getdikcə daha sərt, totalitar elementlərlə zəngin avtoritar rejimə çevrilməkdədir. Ermənistanın yalançı "demokratiya" modelinin beynəlxalq müstəvidə ciddi tənqidə məruz qalmaması, əksinə, dəstəklənməsi Qərbin növbəti dəfə nümayiş etdirdiyi ikili standartlar və geosiyasi maraqların mənəvi dəyərlərdən üstün tutulması faktorundan qaynaqlanır. 

Ermənisanda totalitar meyillərin ən bariz təzahürü 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri zamanı ortaya çıxdı. Parlament seçkiləri Ermənistanın siyasi tarixində növbəti sınaq sayılsa da, seçkiöncəsi və səsvermə günü qeydə alınan hadisələr prosesin demokratik prinsiplərdən tamamilə uzaq olduğunu təsdiqlədi. Gedişat göstərdi ki, hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qələbəsi azad və ədalətli siyasi mübarizənin deyil, sistemli təzyiq mexanizmlərinin və inzibati resursların kobud şəkildə sui-istifadəsinin nəticəsi idi. 

Ölkədə hələ səsvermədən çox öncə müxalif siyasi qüvvələrə və hökumət tənqidçilərinə qarşı genişmiqyaslı repressiya dalğası başladıldı. Hakimiyyət siyasi rəqiblərini neytrallaşdırmaq üçün "səslərin satın alınması" kimi süni ittihamları əlində alətə, təzyiq vasitəsinə çevirdi. Kampaniya çərçivəsində yüzlərlə müxalifət fəalı və təşkilatçı saxlanıldı, alternativ siyasi qüvvələrin təşviqat aparmaq imkanları inzibati yollarla tamamilə məhdudlaşdırıldı. 

Təzyiq mexanizmi səsvermə günü daha eybəcər formalarla davam etdirildi. Dövlət və bələdiyyə strukturlarında çalışan minlərlə işçi işlərini itirmək hədəsi ilə məcburi şəkildə hakim partiyaya səs verməyə cəlb edildi. Seçicilərə aşkar təzyiqlər, səsvermə otaqlarında müşahidə olunan ciddi pozuntular sübut etdi ki, bu seçki xalqın azad iradəsini yox, hakimiyyətin siyasi ömrünü uzatmaq məqsədi daşıyan əvvəlcədən planlaşdırılmış bir ssenarini əks etdirir. 

Paşinyan hökumətinin siyasi qisasçılığı təkcə səsvermə günü ilə məhdudlaşmadı. Seçkilər başa çatdıqdan sonra təzyiq və təqib siyasətinin daha da sərtləşməsi müşahidə olundu. Baş nazir qazandığı üstünlüyündən ölkədə siyasi plüralizmi təmin etmək əvəzinə cəmiyyətdəki fərqli səsləri boğmaq və müxalifəti darmadağın etmək üçün istifadə etməyə başladı.

Müxalif biznesmen və siyasi fiqur Qaqik Tsarukyanın və ona yaxın bir neçə şəxsin seçkilərin ardından dərhal həbs edilməsi də qisasçılıq prosesinin tərkib hissəsidir. Müxalifət rəhbərlərinin qondarma ittihamlarla həbsxanaya salınması ölkədə hüquq-mühafizə sisteminin tamamilə hakim partiyanın cəza alətinə çevrildiyini təsdiqlədi. Vəziyyət o həddə çatıb ki, Ermənistanda hakimiyyəti tənqid edən hər bir şəxs təqiblərlə üzləşir.  

Əslində, Ermənistanda yaşanan mənzərə göstərir ki, hakimiyyət dəyişsə də, təfəkkür dəyişməz qalıb, sadəcə, siyasi personajlar əvəzlənib. Keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın dövründə Ermənistanda hərbi-siyasi elitanın dominantlığına əsaslanan sərt diktatura hökm sürürdü. Maraqlıdır ki, Qərb dünyası o zaman da özünün strateji və geosiyasi maraqları naminə bu avtoritarizmə göz yumur, təzyiq mexanizmlərini işə salmırdı. Bu gün isə Nikol Paşinyanın öz sələflərindən daha repressiv idarəçilik üsullarından istifadə etməsinə baxmayaraq, o, Qərbdən heç bir təzyiq, hətta yüngül tənqidlə belə üzləşmir, bunun əksinə beynəlxalq platformalarda "demokrat" elan olunur. 

Məhz bu məqamda Qərbin klassik və ifrat ikili standartlar siyasəti tam çılpaqlığı ilə özünü büruzə verir. Qərbin məntiqinə görə, əgər bir lider "onların demokratıdırsa" və onların maraqlarına xidmət edirsə, əl atdığı bütün qanunsuzluqlar, kütləvi həbslər, siyasi təzyiqlər "qanun çərçivəsində atılan addımlar" kimi qələmə verilir.  

Bu yanaşmanın nə qədər qərəzli olduğunu qonşu Gürcüstana göstərilən münasibət də ortaya qoyur. Gürcüstanda keçirilən seçkilər və daxili siyasi qərarlar Avropa İttifaqı və ABŞ tərəfindən kəskin şəkildə tənqid olunurdu. Rəsmi Tbilisiyə qarşı sanksiya təhdidləri, maliyyə yardımlarının dayandırılması və "demokratiyadan geriləmə" ittihamları irəli sürülürdü. Bundan fərqli olaraq Qərb Ermənistanda baş verənləri, Paşinyanın şübhəli "qələbəsini" böyük coşğu ilə qarşıladı. Qərb üçün insan hüquqları, azad seçkilər və mənəvi dəyərlər anlayışları onların geosiyasi maraqlarına xidmət edən içi boş anlayışlardır. Onlar üçün demokratiya universal dəyər olmaqdan çıxaraq, beynəlxalq siyasətdə dövlətləri itaətdə saxlamaq üçün tətbiq edilən siyasi alətə çevrilib. 

Paşinyan hakimiyyətinin avtoritar rejimi Qərbin qeyd-şərtsiz dəstəyi ilə daha da stimullaşdırılır. Halbuki, bu dəstək Ermənistanı müstəqil ölkəyə çevirmir, onu böyük güclərin əlində təhlükəli geosiyasi alətə çevirir. Uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas hərbi-siyasi dayağı olan Ermənistan, indi sahibini dəyişərək Qərbin regiondakı yeni forpostuna çevrilməkdədir. Bu siyasət Ermənistanı daxili parçalanmaya, iqtisadi problemlərə və regional təhlükələrə sürükləyir. Ölkə getdikcə Qərb-Rusiya rəqabətinin qurbanına çevrilir. 

Nəticə etibarilə Ermənistanda yaşanan son proseslər Paşinyan diktaturasının kənar dairələrin dəstəyi ilə daha da güclənməsindən xəbər verir. Qərb dairələrinin İrəvandakı avtoritar rejimi israrla legitimləşdirmək cəhdləri ikili standartlarla yanaşı, Cənubi Qafqazda davamlı sülh və sabitlik perspektivlərinə də zərbə vurur. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın "demokratik" diktaturası

09:00
15 İyul

Qaraqayada Sahib zirvəsi

08:55
15 İyul

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!