Pandemiya dövründə əhalinin sosial müdafiəsini gücləndirmək üçün bütün zərur tədbirlər görülür
2020-ci il dünya tarixində insanlığın sınağa çəkildiyi il kimi qalacaq. İlin əvvəlindən sürətlə yayılan koronavirus pandemiyası tək can almaqla kifayətlənmir.
Pandemiya üzündən dünya düzəni pozulmağa başlayıb. Məlumdur ki, belə bir şəraitdə insanlar məcburi məhdudiyyət üzündən işə çıxmır, iş yerləri sürətlə bağlanır, bu dövrədək formalaşan iqtisadi münasibətlər pozulur. Beləliklə, dünyada böyük sosial problemlər yaranmağa başlayır.
Pandemiya insanlar kimi dövlətləri də sınağa çəkir. Səhiyyə sistemi yüksək səviyyədə olan ölkələrdə belə bu sahədə böyük qüsurlar üzə çıxır. Koronavirus pandemiyasına yoluxanların çoxu vaxtında tibbi yardım ala bilmədiyi üçün həyatlarını itirir. Bir tərəfdən də işsizlik orta və aşağı təbəqənin sosial vəziyyətini daha da ağırlaşdırır.
Dünyanı narahat edən koronavirus pandemiyasının ölkəmizə də mənfi təsir göstərəcəyi məlum idi. Bu səbəbdən Prezident İlham Əliyev əhalinin sağlamlığını və sosial rifahını qorumaq üçün önləyici tədbirlərin görülməsinə qərar verdi. Hələ pandemiyanın başlanğıcında dövlət başçısı bəyan etdi ki, əhalinin sağlamlığı və sosial rifahı onun üçün hər şeydən üstündür. Bu məqsədlə dövlət büdcəsindən külli miqdarda vəsait ayrıldı. İnsanların sağlamlığını qorumaq, sosial durumunu yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülməyə başlandı.
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamı ilə hazırlanan Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək vermək məqsədilə 4 istiqamətdə 12 tədbirin icrası əksini tapdı. Bununla dövlət başçısının göstərişi ilə hazırlanan sosial-iqtisadi paket çərçivəsində karantin dövründə əhalinin sosial müdafiəsi istiqamətində mühüm addımlar atıldı. Proqramın icrası məşğulluq və sosial rifaha ehtiyacı olan 5 milyon insanı əhatə etdi. Bunun sayəsində dövlət sektorunda çalışan 900 min insanın əməkhaqqı, özəl sektorda işləyən 760 min nəfərin iş yeri saxlanılmaqla əməkhaqqı ödənildi. Eyni zamanda işsiz vətəndaşlara hər ay 190 manat birdəfəlik müavinət ödənildi. Ümumilikdə, bu məqsədlə dövlət 333 milyon manat vəsait ödədi. Bununla yanaşı, 85 min ailəyə aylıq orta məbləği 225 manat dəyərində ünvanlı sosial yardım ayrıldı.
Bütün bunlar o vaxt həyata keçirilirdi ki, dünyanın bir çox ölkəsində koronavirus pandemiyası ilə əlaqədar "kəmərsıxma” siyasəti hökm sürürdü. Bu siyasətin nəticəsində bir çox dövlətlər, ilk növbədə, sosial layihələrin həyata keçirilməsini təxirə salırdı. Lakin Prezident İlham Əliyev bəyan etdi ki, pandemiya dövründə heç bir sosial layihənin icrası dayandırılmayacaq. Dövlət başçısının cari ildə bir çox sosial layihələrin açılış və təməlqoyma mərasimlərində iştirakı bir daha sübut etdi ki, verilən vəd yerinə yetirilir.
Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin davamlı olacağını bildirərək demişdir: "Biz sosial yardım alanların sayını artırdıq. Bu rəqəm təqribən 85 minə yaxınlaşır - 85 min ailə, yəni 300 mindən çox insan. Digər önəmli sosial layihələr icra edildi. Bildiyiniz kimi, işləyənləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur və o vəsaitin bir hissəsi artıq xərclənib”.
Dövlət başçısı nəinki vədinə əməl edərək sosial layihələrin icrasını dayandırmadı, üstəlik, bu sahədə bir sıra rekordlara da imza atdı. Belə ki, cari ildə rekord sayda - 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək, həmçinin şəhid ailələri üçün yenə də rekord sayda - 1500 mənzil tikilib istifadəyə veriləcək. Eyni zamanda cari ildə 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzil verilməsi nəzərdə tutulub.
Pandemiya dövründə dövlətin həyata keçirdiyi çevik və əhatəli sosial müdafiə tədbirləri əhali tərəfindən yüksək qiymətləndirilir. Çünki bu çətin anlarda dövlət vətəndaşın yanında olduğunu bir daha sübut edir. Əhalinin sosial rifahını pandemiya dövründə qorumaq üçün nəinki vəsait əsirgənir, əksinə vətəndaşa hərtərəfli dayaq olmaq üçün daha çox vəsait xərclənir. Çünki dövlətin başlıca məqsədi dünyanı sınağa çəkən pandemiyadan Azərbaycan vətəndaşının ən az ziyanla çıxmasıdır və bunun üçün çoxşaxəli tədbirlər davam etdirilir.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb
04 May
Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq ...
04 May
Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub
04 May
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb
04 May
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər
04 May
Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!