Özü yıxılan ağlamaz
Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasətinin peşmançılığını indi çəkməyə başlayıb
Postmüharibə dövründə sosial-iqtisadi sahədə üzləşdiyi tənəzzülün miqyası günbəgün artan Ermənistanda əhalinin yoxsullaşması prosesi sürətlənməkdə, insanların maddi problemləri daha kəskin xarakter almaqdadır.
Buna əsas səbəb hökumətin bir tərəfdən müharibədə aldığı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməməsidirsə, digər tərəfdən ölkənin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün hər hansı proqram və ya planının olmamasıdır.
Sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi və qarşıdakı dövr ərzində üzləşdiyi çətinliklərin miqyasının bir qədər də genişlənəcəyi gözlənilən Ermənistanda siyasi səhnədə də gərginlik durmadan artır. Belə ki, Litvaya səfəri çərçivəsində baş nazir Nikol Paşinyanın yerli erməni icması ilə görüşü zamanı səsləndirdiyi fikirlər İrəvanda müxalifət tərəfindən ciddi narazılıqla qarşılanıb.
Belə ki, baş nazir Vilnüsdə etiraf edib ki, İkinci Qarabağ müharibəsindən yayınmaq üçün rayonlar geri qaytarılmalı idi: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibədən qaçmağın yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı 5 rayonu. Digər 2 rayon məsələsi başqadır. Əslində isə, gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.
Daha sonra Paşinyan Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi “Şuşa bədbəxt və qaranlıq şəhər idi” sözlərinin üzərində dayandığını qeyd edib: “Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa buna dəyməz? Bu suallarla nə axtarırsınız? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən yox idim, başqa insanlar yox idi və heç kim orada vəziyyətin necə olduğunu görmədi? Sanki paralel reallıqlarda yaşayırıq. Bəli, dediklərim doğrudur”.
Görünən odur ki, Azərbaycanla sülh danışıqlarının uzadılmasının heç bir zaman ölkəsinə xeyir gətirməyəcəyini baş nazir daha yaxşı başa düşür. Ancaq unutmaq olmaz ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan Xankəndidə “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” ağılsız bəyanatını verərək sülhü deyil, müharibəni yaxınlaşdırmış oldu. Rayonları qaytarmaq əvəzinə, Tovuzla sərhəddə hərbi təxribatlara göstəriş verdi, o dövrün müdafiə naziri David Tonoyan isə Azərbaycanı “yeni ərazi uğrunda yeni müharibə” sərsəm tezisi ilə hədələdi.
Litvada verdiyi açıqlamalarla Paşinyan, əslində, erməni cəmiyyətinin on illər boyu yanlış yolda olduğunu, Ermənistan rəhbərlərinin isə səhv strategiya seçdiyini bəyan etdi. Özü isə bir daha anladı ki, Azərbaycanda iqtisadiyyatın dinamik inkişaf etdiyini görən əhalinin qəlbində erməni siyasi və hərbi elitasının çirkin daxili və xarici siyasətinə qarşı dəhşətli bir nifrət var və əgər həmin elita işğalçılıq yoluna qədəm qoymasaydı, Ermənistan Cənubi Qafqazda Azərbaycanın sahiblik etdiyi qlobal layihələrdən kənarda qalmaz, hər il yüz milyonlarla gəlirdən, xoş güzərandan və iqtisadi tərəqqidən məhrum olmazdı.
Yeri gəlmişkən, Ermənistanın iqtisadi böhrandan az da olsa qurtulmaq üçün digər ölkələrdən aldığı borclar da ilbəil artmaqdadır. Həmin borclar isə milyardlarladır və söz yox ki, sabit iqtisadiyyatdan məhrum ac ölkənin borcları 20-30 ilə belə qaytarmaq ehtimalı sıfıra bərabərdir. Bu isə borc verən ölkələrin asılılığına çevrilmək, əksər müəssisələri və yüz minlərlə hektar məhsuldar torpağı hərraca qoymaq, əldə olub-qalanını dəyər-dəyməzinə satmaq və son nəticədə müstəqilliyi itirmək məcburiyyətində qalmaq deməkdir.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!